Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 20.31MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Oktyabr » 24 » «Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan»!.
«Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan»!.
00.23
 
 
 
İlham Əliyev öz çıxışının əvvəlində ona etimad göstərib səs verdiyi üçün Azərbaycan xalqına minnədarlığını bildirib və Azərbaycan xalqını əmin edib ki, bundan sonra da ölkənin inkişafı üçün səyləri əsirgəməyəcək. Dövlət başçısı eyni zamanda namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirərək, partiya fəallarına seçki kampaniyasında fəal iştiraka görə minnətdarlıq edib. «Bu seçkidə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirərəm. Ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası ölkədə yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana yeni ənənələr gətirəcək və bundan sonra siyasi mübarizə sivil yolla aparılacaq. Məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onlardan göndərilmiş təbrik teleqramlarına görə təşəkkür edirəm».

Daha sonra İlham Əliyev 2003-cü ildə keçirilmiş inauqurasiya mərasimi zamanı verdiyi vədlərə əməl etdiyini bildirib. «Mən söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışacam, H.Əliyev siyasətini davam etdirəcəm, çünki bu, Azərbaycanın bugünü, sabahı və gələcəyi üçün yeganə siyasətdir ki, ölkəni böyük bəlalardan qurtardı. H.Əliyevin rəzhbərliyilə ölkə inkişaf edib, böhran, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atıb. Məhz onun rəhbərliyi altında Azərbaycan müstəqilliyini mökhəmləndirib, sabitlik yaranıb və inkişaf başlanıb. Növbəti 5 il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan döməyəcəm».

İlham Əliyev son beş il ərzində ölkənin inkişafı istiqamətində atılan addımlar və hyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanın mövqeləri daha da möhkəmləniğ, dövləti quruculuğu prosesi möhkəm gedib, müstəqillik möhkəmləndirilib, siyasi-itqtisadi, demokratikləşmə siyasəti uğurla aparılıb. Prezident bəyan edib ki, Azərbaycan güclənib və cgələcəyə nikbinliklə baxan ölkəyə çevrilib. İlham Əliyevin sözlərinə, Azərbaycanın təşəbbüsləri böyük uğur gətirib, bölgədə aparılan işlər həm ölkənin mövqeyinin möhkəmlənməsinə, həm də regional inkişafa böyük təkan verib: «Azərbaycançılıq fəlsəfəsi - əsas dəyərimizdir. Milli layəqət, qürur, milli-dini tolerantlıq, Ar-də xalqların mehribanlıq şəraitində yaşaması - budur uğurların əsas şərtləri. Şadam ki, son 5 il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da gücləndirilib, ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərqərar olub və cəmiyyət açıq-aydın bunları görür və bilir Azərbaycan hansı istiqamətdə irəliləyir».

İlham Əliyev bəyan edib ki, siyasəti açıq həyata keçirilir və bu siyasətin əsas məqsədi - milli maraqların qorunması, möhkəmlənməsi, güclü siyasi potensialın yaradılması, xalqın təhlükəsizlik və rifah çiində yaşamasıdır. Beynəlxaq məsələlərin həlli istiqamətində böyük işlər görüldüyünü qeyd edən Prezident deyib ki, rəsmi Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın regional müstəvidə təşəbbüsəri həm regional müstəvidə özünü göstərir, həm ölkə maraqlarına uyğundur və bölgədəki ölkələr, çox cuman ki, bundan razıdır. İ.Əliyev bildirib ki, əsas istək - bölgədə sülh və sabitlik, iqtisadi əməkdaşlığın möhkəmlənməsidir.

«Son 5 il ərzində biz daha çox müttəfiq ölkələrlə danışmışıq. Bir çolxları ilə bizim münasibətlər strateji partnyorluq pilləsinə qalxıb, bütün ölkələrlə dostuq və münasibətlərin davamında maraqlıyıq, bu münasibətlər bərabər hüquqludur. Beynəlxalq Təşkilatlarla əməkdaşlığımız daha da dərinləşib, üzv odlduğumuz təşkilatlarda Azərbaycan çox fəal olub və mövqelərimiz güclənib ki, bütün beynəlxalq təşkilatlarda maraqlarımıza cavab verən qərarlar qəbul edilib və şübhə etmirəm ki, növbəti illərdə də xarici siyasətimiz çox çevik olacaq, bununla da ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənəcək».

Azərbaycanın qarşısında dayanan prioritet məsələnin - Dağlıq Qarabağ probleminin olduğunu qeyd edən Prezident bildirib ki, bu istiqamətdə, əfsuslar olsun ki, hələlik irəliləyiş yoxdur. Danışıqlarda Azərbaycanın mövqeyinin, baxışlarının və irəli sürdüyü əsas prinsiplərin çox böyük dəyər qazandığını qeyd edən İlham Əliyev deyib ki, bu gün danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır, bu, heç kimdə şübhə yaratmır, yarada da bilməz. «Bizim addımlar mövqelərimizin güclənməsinə, bu məsələ ilə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb və bu gün dünyada açıq-aşkar dərk edilir ki, dondurulmuş münaqişələr həllini tapmalıdır. Bu, ancaq beynəlxalq norma və hüquq çərçivəsində ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bu, danışıqlar mövzusu deyil, olmayıb və olmayacaq! Heç vaxt - nə bu gün, nə sabah, nə də 50 il sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan onu heç vaxt tanımayacaq».

İlham Əliyevin sözlərinə görə, Ermənistanın işğalçı siyasəti davam edir və bunun nətcəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bu etnik təmizləmə siyaətindən əziyyət çəkən 1 mln Azərbaycan vətəndaşı doğma torpaqlarına qayıda bilmir: «Bu, böyük cinayətdir. Biz danışıqların davamında hələ ki, maraqlıyıq, ümidlər tükənməyib. Hələ hesab edir ki, danışıqlar məsələnin müsbət həllinə gətirib çıxara bilər. Azərbaycan heç vaxt əzəli torpağı olan Dağlıq Qarabağın ayrılmasına razılıq verməyəcək. Biz dövət müstəqilliyini möhkəmləndirərək ərazi bütövlüyümüzü bərpa edəcəyik»! İlham Əliyev BMT və digər beynəlxalq təşkilatlarda bu münaqişəyə dair qəbul edilmiş bütün qərarların Azərbaycanın mövqeyindən irəli gəldiyini, ölkənin ərazi bütövlüyü çərçivəsində qəbul olunduğunu bir daha xatırladıb və qeyd edib ki, ədalət Azərbaycanın tərəfindədir. Ölkədə aparılan iqtisadi layihələrdən söz açan Dövlət başçısı bildirib ki, bölgədəki siyasi proseslər Azərbaycanın mövqeyini möhkəmləndirir. Çünki Azərbaycan burada fəal iştirak edir və hətta bəzi təşəğbbüslərin müəllifidir. Onun sözlərinə görə, bölgədəki heç bir iqtisadi layihə Azərbaycanın xəbəri olmadan həyata keçirilmir və Dağlıq Qarabağ məsələsi həll edilməyincə Azərbaycan Ermənistanla heç bir münasitbət qurmayacaq. İlham Əliyev qeyd edib ki, Azərbaycanla rəqabət aparmaq çətindir, ölkənin iqtisadi gücü, Ordu potensialı və beynəlxalq haqq-ədalət prinsipləri mövqelərimizi möhkəmləndirir. İ.Əliyev ümidvar olduğunu bildirib ki, bütün bu nailiyyətlər nəticədə torpaqların işğaldan azad olunmasına gətirib çıxaracaq.

Dövlət başçısı daha sonra deyib: «5 il əvvəl mən xalqa söz vermişdim ki, 5 il ərzində ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Buna biz 4 il ərzində nail olmuşuq. 2004-cü ildə qəbul edilmiş məcburi köçkünlərə dair dövlət proqramının icrası uğurla aparılıb və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir evlər, binalar, məktəblər, tibb məntəqələri tikilib, 36 yeni qəsəbə salınıb və minlərlə soydaşımız yeni evlərə köçüb. 2007-ci ildə bu proqrama əlavələr edib və əminəm ki,bunun nəticəsində biz soydaşlarımızın yaşayışının yaxşılaşmasına nail olacağıq».

Ordu quruculuğundan danqışan Prezident bildirib ki, bu istiqamətdə son 5 il ərzində böyük uğurlar əldə edilib. 2003-cü ildə seçkiqabağı kampaniyası zamanı Ordunun gücləndirilməsi məsələsinin prioritetlərdən biri olduğunu xatırladan İlham Əliyev bildirib ki, son 5 ildə orduda hazırlıq və peşəkarlıq səviyyəsi artıb. Dəfələrlə hərbi hissələrdə, səngərlərdə əskər-zabitlərlə görüşdüyünü qeyd edən Ali Baş komandan döyüş qabiliyyətinin, döyüş ruhunun yüksəklikliyinin şahidi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bundan sonra da Azərbaycanda Ordu quruculuğu prosesi sürətlə gedəcək. Maddi-texniki bazanın möhkəmlənməsində böyük işlər görüldüyünü xatırladan İ.Əliyev 2003-cü ildə Azərbaycanın hərbi xərclərinin 163 mln dollar, 2008-ci ildə isə 1 mlrd 850 mln dollar olduğunu açıqlayıb. Dövlət başçısı vəd edib ki, gələcəkdə bu məbləğ daha da artırılacaq.

İ.Əliyev bəyan edib ki, bununla da böyük Ordu potensialı yaratmaqla Azərbaycan Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır. Onun sözlərinə görə, qarşı tərəf bilməlidir və bilir ki, Azərbaycanın hərbi, siyasi çəkisi artıb, bölgədə Azərbaycanın iştirakı və xəbəri olmadan heç bir siyasi, iqtisadi məsələ həllini tapa bilməz. Azərbaycanın müasir mütəşəəkil ordusunun mövcud olduğunu vurğulayan Prezident qeyd edib ki, bunu xalqın dəstəyilə etmək mümkün olub. Bölgələrə səfərlərini, sadə camaatla ünsiyyəti qurduğunu xatırladan İlham Əliyev onların əhval-ruhiyyəsini görmək imkanı olduğunu və vəziyyətlə yaxından tanış olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bütün səylər və təşəbbüslər xalq tərəfdən dəstəklənib.

Siyasi islahatlardan söhbət açan Prezident İlham Əliyev söyləyib ki, son 5 ildə siyasi islahatlar güclü yol keçib. Siyasi sistemin təkmillləşməsinin vacibliyini vurğulayan İ.Əliyev bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübənin Azərbaycanda tətbiq olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycana səfr edən, məqbul olan, xalqa yad olmayan müsbət təcrübə ölkədə tətbiq olunmalıdır, çünki bununla ölkə müasirləşir. Müasirləşmənin sadəcə infrastruktur layihələr və iqtisadi artımla ölçülməməsini bildirən dövlət başçısı deyib ki, siyasi sistem möhkəmlənməli, müasirləşib təkmilləşməlidir.
Bu yaxınlarda keçirrilmiş seçkilərin bunun əyani sübutu olduğunu bildirən İlham Əliyev ümidvar olduğunu bildirib ki, bundan sonra da bu istiqamətdə siyasət uğurla davam edəcək və ölkənin hərtərəfli iqtisadi inkişafı təminq olunacaq. İqtisadi, siyasi islahatların paralell aparılmasının vacibliyini qeyd edən Prezident bildirib ki, uğurun əsas səbəbi bundan ibarətdir ki, siyasi islahatlar yaranmış güclü iqtisadi təməl üzərində qurulur. İ.Əliyevin sözlərinə görə, bu təməl olmasa, siyasi islatahar asan olmayacaq: «Demokratik inkişaf baxışından demokratik ölkələrlə müqayisədə görə bilərik ki, onlarda iqtisadi inkişaf yüksək səvyyədədir. Onlar dünyada inkişaf etmiş dövlətlər kimi tanınır. Bizim məqsəd də ondan ibarətdir. Təəccüblü ola bilər, amma inanıram ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Olacaq da! Bunun üçün potensialımız var! Aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, coğarafi vəziyyətimiz və bu vaxtadaək aparılan siyasət buna imkan yaradacaq. Çalışmalışyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün irliəyə baxmalıyıq, xalqımızın bundan sonra da təhlükəsizlik şəraitdə yaşamsı üçün çalışmalıyıq. Uğurlarımız Azərbaycan xalqının dəstəyilə həyata keçirilib. Uğurlarımızın əsas mənbəyi - xalqdır, onun fəaliyyəti və iradəsidir. Biz bundan sonra da siyasi sahədə islahatları davam etdirəcəyik və artıq son 5 ildə görülən işlər belə deməyə əsas verir ki, bu yoldan kənara çıxmayacağıq»!
İqtisadi islahatların və siyasətin parallel aparılmasının uğurlara səbəb olduğunu qeyd edən Prezident xatırladıb ki, 2003-dən etibarən Azərbaycanda böyük iqtisadi proqramlar icra olunmağa başlayıb və bu gün ölkədə elə sahə yoxdur ki, onun üçün konkret proqram olmasın. İlham Əliyevin sözlərinə görə, konkret iş cədvəli üzrə iş görülür, bu proqramların maddi-texniki təminatı var, işlək icra mexanizmləri mövcuddur, bir sözlə, hərtərəfli inkişaf üçün bütün şərait var.

Dövlət başçısı bilirib ki, son 4 il ərzində Azərbaycan iqtisadi artım tepmpinə görə, birinci ölkədir - Ümümi Daxili Məhsulun artımı baxımından Azərbaycandan qabaqda ölkə olmayıb, bu, böyük nailiyyətdir. İ.Əliyev xatırladıb ki, ölkədə ÜMD həcmi 2, 7 dəfə artıb və bu, dünya miqyasında görünməmiş nəticədir. Belə ki, adambaşına 2008-ci ilin sonunadək ümumdaxili məhsul təxminən 6 min dollar təşkil edəcək. ÜMD artması ilə bərabər sənaye istehsalının son 5 ildə 2, 7 dəfə artdığını qeyd edən Prezident bildirib ki, dövlət büdcəsi də son 5 ildə 10 dəfədən çox artıb: əgər 2003-cü də dövlət büdcəsi 1, 2 mlrd dollar idisə, 2008-ci ilin icmal büdcəsi 15 mlrd dollara bərabərdir. 2009-cü ildə isə bu məbləğin daha da artırılması nəzərdə tutulur. Həmçinin valyuta ehtiyatlarının artdığını vurğulayan İ.Əliyev bildirib ki, əgər 2003-cü ildə bu məbləğ 1, 6 mlrd dollar idisə, bu ilin oktyabr ayına olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 17 mlrd dollar təşkil edir və bu məbləğ gələn illərdə artacaq. Dövlət başçısı son 5 il ərzində Azərbaycan iqtisadiyyatına 44 mlrd dollar sərmayə qoyulduğunu da qeyd edib. Onun sözlərinə görə, bu, bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77% təşkil edir: «Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, sərmayələr böyük məbləğdə qoyulur. Təbii ki, dövlət investisiyalarının sayı çoxdur, amma özəl sərmayələr də vacib rol oynayır ki, Azərbaycanda güclü sahibkarlıq sinfinin yaranmasına imkan yaradaq, orta sinfin yaranması artıq realdır».
 
Qeyri-neft sektorunda uğurlardan danışan Prezident öz çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Onun sözlərinə görə, Azərbaycan artıq özü-.zünü əsas ərzaq məhsulları ilə təmin edir və ölkədə istehsal olunan emal məhsulları başqa öklələrə ixrac edilir ki, həmin məhsullardan bəziləri yüksək beynəlxalq sərgilərdə sertikifatlara və mükafatlara layiq görülüb. İ.Əliyevin sözlərinə görə, bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı tək enerji resurslarından asılı deyil: «Yeni tikilmiş fabrik və zavodlar bunun nəticəsidir. Güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, yeni texnika, verilən dəstək, sahibkarlara prezident tərəfindən mənəvi-siyasi, əməli-praktiki dəstək qeyüri-neft sektorunun inkişafında böyük dönük yaradıb, bu istiqamətdə daha böyük işlər göürləcək. Bu son 5 ildə
görülən işlər növbəti illərdə özünü göstərəcək. İqtisadi sahədə uğurlarla fəxr edə bilərik. Azərbaycan iqtisadi cəhətdən müstəqiliiyini təmin edib».

İlham Əliyev qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər planı hazırlanır. Azərbaycanın təxminən 90-95 % özü-özünü əsas ərzaq məhsulları ilə təmin etməyə qadir olduğunu söyləyən dövlət başçısı, iqtisadi sahədə göstərilən səylər və əldə edilmiş nailiyyətlərin dünya və beynəlxalq maliyyə qurumları tərəfindən də bəyənilib-dəstəkləndiyindən şad olduğunu vurğulayıb. Buna sübut kimi Dünya Bankının 2008-ci il üçün hesabatını qeyd edən İlham Əliyev xüsusi qeyd edib ki, bu hesabatda Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınıb. Bu, çox bğöyük qiymətdir, - deyən Prezident bəyan edib ki, bu, Azərbaycanın səyləri və apardığı siyasətinə verilən qiymətdir, çünki bu islahatlar qeyri-neft sektorunda aparılır, biznes inkişafına, iqtisadiyyatın liberallaşmasına xidmət göstərir. Dövlət başçısının sözlərinə görə, bu islahatlar imkan verir ki, insanlar daha da yaxşı yaşasın. «Ona görə də bu qiymətə çox diqqət göstəririk. Azərbaycanda şəffaflıq təmin edilir. Neft-qaz hasil edən ölkə üçün bu, çox vacibdir. Keçən il Azərbaycanın Dövlət Neft Fondu şəffaflığa görə mükafatla təltif edilib. Azərbaycan xalqı bilir nə qədər vəsait daxil olur və nə qədər xərclənir. İqtisadi sahədə siyasəti davam etdirəcəyik, konkret proqramlar həllini tapacaq. Son 5 ildə təcrübə onu göstərir ki, nəyi planlaşdırmışıqsa, onu icra etmişik. Bəzən vaxtından tez».
 

Öz çıxışında dövlət başçısı daha sonra ölkədəki sosial duruma və bu sahədə həyata keçirilən islahatlar, əldə edilmiş nailiyyətlərdən söz açıb. Onun sözlərinə görə, sosial məsələlərin həllinə son 5 ildə böyük diqqət göstərilib. Keçid dövründə yaşamış ölkələrdə köklü siyasi islahatlar nəticəsində sosial vəziyyətin pisləşə biləcəyinin dəfələrlə tarixdə də öz əksini tapdığını qeyd edən Prezident, köklü islahatlar müvəqqəti olaraq istər-istəməz insanların yaşayış səviyyəsini endirməsinə səbəb olduğunu söyləyib. Azərbaycanda vəziyyətin əksinə olduğunu bildirən İlham Əliyev qeyd edib ki, ölkədə köklü islahatlarla yanaşı sosial məsələlərin həllində böyük işlər görülüb: «Minimum pensiya 4 dəfə arıb, minimum əmək haqqı 8 dəfə artırılıb, ünvanlı sosial yardımı alan insanların sayı 600 minə çatıb. Dövlət ehtiyacda olan vətəndaşlarının yaşayışını yaxşılaşdırmanq üçün əməyini göstərir və gələcəkdə bu siyasətini davam etdirəcək. Yoxsulluğun azaldılması məni çox sevindirir. 2003-də onların sayı 49% idisə, 2007 yekununa görə, bu rəqəm 16%-dək düşüb. Mənə verilən proqnoz hesablamalara görə, bu ild daha da aşağı düşəcək. Bu onu göstərir ki, bizim strategiya ilk növbədə insanların yaşayının yaxşılaşmasına xidmət göstərir. Bu onu göstərir ki, Azərbaycanda təbəqələşmə prosesi getmir. Ölkədə orta sinif yaradılır, iş yerləri açılır və yoxsulluğun azaldılması böütün görülən işlər arasında böyük yer tutur».
 
İlham Əliyev çıxışına davam edərək xatırladıb ki, son 5 ildə ölkədə dörd beynəlxalq aeroport istismara verilib, 8 elektrostansiya tikilib, minlərlə kilometr yol salınıb, qazlaşma uğurla həyata keçirilib. Dövlət başçısı bildirib ki, əgər 2003-də qazlaşma 46% idisə, indi 85% təşkil edir. Habelə su kəmərlərinin çəkilişi barədə danışan dövlət başçısı bütün bu infratuktur layihələrinin Azərbaycanı gücləndirdiyini vurğulayıb və qeyd edib ki, bütün siyasət Azərbaycan xalqının yaşayış səviyyəsinin qaldırılmasına yönəlib.
«2003-də hələ seçki ərəfəsində bəyan etmişdim ki, Azərbaycan xalqı mənə etimad göstərsə, məni seçsə növbəti 5 ildə 600 min yeni iş yeri açılacaq, böyük bəla olan işsizlik aradan qaldırılacaq. Qürurla deyə bilərəm ki, Azərbaycanda 741 min iş yeri açılıb ki, onlardan 531 mini daimi iş yerləridir. Bizim uğurlara kölgə salmaq istəyənlər bütün bunları yalnız neftlə əlaqələndirirlər. Düzdü, neftin ÜMD-də xidməti böyükdür. Hər bir ölkənin inkişaf üçün əsas istinad nöqtəsi var. Amma baxın bizim rayonların iqtisadi inkişafına. Əksər rayonlarda iqtisadi artım 2, 5 dəfə, bəzilərində isə hətta 3 dəfə ÜMD artıb. Rayonlarda ki, neft hasilatı yoxdur! Bütün bunlar qoyulan investisiyalar, açılan zavod-fabriklərə görədir. Bu gün Azərbaycanda işləmək istəyən əksər hallarda iş tapa bilər».
 
Azərbaycanın üzləşdiyi daha bir problem - qeyri-qanuni miqrasiyadır. Prezident bildirib ki, ölkədə işləmək üçün xaricdən gələn işçi qüvvəsinin sayı çoxalır və bu məsələni tənzimləmək üçün Dövlət Miqrasiya Xidməti yaradılıb: «Budur Azərbaycanın bugünki reallığı. 2003-də keçdiyimiz yol bütün istiqamətlərdə özünü büuruzə verib. Bu gün bütün uğurlardan danışa bilmərəm, danışsam bir neçə saat vaxt apara bilər. Amma onu deyim ki, son 5 ildə ölkə ərazisində 1600 yeni məktəb inşa edilib, yüzlərlə məktəb binası təmir olunub. Məktəblərdə kompüterləşmə aparılıb və internetə bütün məktəblər qoşulub. Əgər 5 il əvvəl 1 kompüter min şagirdə düşürdüsə, indi 1 kompüter 109 şagirdə düşür. Gələcək nəsil savadlı, vətənpərvər olmalıdır və Azərbaycanın gcələcəyi üçün hazırlıqlı, peşəkar, Vətəni sevib ona bağlı olan kadrlarımız olmalıdır».

Öz çıxışında İlham Əliyev insanların sağlamlığının təminatına yönəlmiş işlərdən də söz açıb. İ.Əliyev bəyan edib ki, ölkə ərazisində çoxlu sayda tibb müəssisəsi yaradılıb ki, onların hamısı yüksək standartlara cavab verir. Onun sözlərinə görə, tək Bakıda yox, bölgələrdə müasir tibb xidmətinin yaradılması xalqın sağamlığına töhvədir. İçməli su məsələsinin həlli də bu istiqamətdə atılmış daha bir addımdır. «Xüsusi təmizləyicilərin qurulması insanların sağlağılını, həyatını yaxşılaşdıracaq. Genofonda diqqətlə yanaşmalıyıq. Gənc nəsil sağlam olmalıdır - fiziki və mənəvi! 14 müasir Olimpiya idman kompleksi tikilib. 20-dək belə kompleks tikilməkdədir. Bütün şərait yaradılıb bunun üçün. Budur Azərbaycanın gələcəyi. Azərbaycan gəncliyi bu imkanlardan istifadə etməlidir! Azərbaycanın hərtərəfli inkişafı artıq reallıqdır»!
 
Dövlət başçısı öz çıxışında enerji təhlükəsizliyi məsələlərini də diqqətdən kənarda qoymayıb və bildirib ki, Azərbaycanın daxili və xarici siyasətinin uğurla aparılması üçün enerji təhlükəsizliyi məsələlri həllini tapıb və bu gün bu istiqamətdə məsələlər 100 faiz həll edib: «Bu, dünyada böyük danışıqlar və narahtlıq mövzusudur. H.Əliyevin təşəbbüsü ilə 90-dcı illərin ortalarında başlanan və uğurla inkişaf edən neft strategiyası uğurlara gətirib. Bunu etmək o qədər də asan deyildi. Bu gün Bakı-Tiflis-Ceyhan neft kəməri istismardadır, tam gücü ilə işləyir. Son 5 il ərzində kəmərin tikintisi başa çatıb. Bakı-Tiflis-Ərzurum qaz kəməri uğurla fəaliyyət göstərir və Azərbaycan son 5 il ərzində qazı idxal edən ölkədən qazı ixrac edən ölkəyə çevrilib. BTC neft və BTƏ qaz kəmərlərinin məntiqi davamı - Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisinə başlmaşıq. Həm biz, şəm regiondakı qonşu ölkələr, həm də bütün bölgə üçün bunun böyük əhəmiyyətidir. Vaxtilə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri layihələri kağız üzərində idi, niyyət idi. Bəziləri bunu əfsanə adlandırırdı. Bu, artıq gerçəkdir - bizim siyaətimiz, regional əməkdaşlıq çərçivəsində və layihə iştirakçısı olan dövlətlərin fəallığı ilə. Bu layihələr Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək».

İlham Əliyevin sözlərinə görə, son 5 ildə neft-qaz hasilatı artıb. Əgər 2003-cü ildə bu göstərici 15, 4 mln ton idisə, indi 50 mln nəzərdə tutulur. Prezident qeyd edib ki, qısa müddət ərzində Azərbaycan öz imkanlarından istifadə edib və edir. Bu istiqamətdə məqsədyönlü siyasət aparılıb və buna doğru uğurla irəliləmə göz qabağındadır. Azərbaycanın 7 qaz və neft kəmərinin olduğunu söyləyən İ.Əliyev bildirib ki, onlar işlək vəziyyətdədir və Azərbaycan onların sayəsində təbii resurslarını ixrac etməyə qadirdir.
 
Öz çıxışını Azərbaycan Respublikasının Prezidenti bu cümlələrlə bitirib: «Müstəqillik bizim üçün böyük sərvət və dəyərdir. Ancaq onu əldə edib qorumaq, möhkəmləndirmək asan məsələ deyil. Bizim siyasət Azərbaycan xalqının maraqlarına xidmət göstərir və xalqın maraqları Azərbaycan dövloətinin möhkəmlənməsi, Azərobaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi mən və hər bir Azərbaycan vətəndaşı üçün başlıca məqsəd və vəzifədir! Doğma xalqıma bir daha minnətdarılığımı bildirirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənin uğurlu inkişafı və çiçəklənməsi üçün əlimdən gələni əmsirgəməyəcəam! Bundan sonra da xalqa xidmət edəcəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan»!!!
Category: Yeni Xəbərlər | Views: 646 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024