Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 06.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » May » 3 » XAKER HÜCUMUNA MƏRUZ QALAN İLK ÖLKƏ
XAKER HÜCUMUNA MƏRUZ QALAN İLK ÖLKƏ
01.20
Bir şeyi itirməyincə qədrini bilmirsən. Keçən ilin aprelində bu sözləri yəqin Estoniyanın hər yerində eşitmək olardı.


Onda hakerlər Estoniyanın mətbuatdan tutmuş banklarına qədər-bütün dövlət idarələri və təşkilatların saytlarını bombaladılar. Bununla da Estoniya hakerlərin hücumuna məruz qalan ilk ölkə oldu. Təsəvvür edin, çörək, süd, ya yanacaq almaq istəyən adam kredit kartının işləmədiyini görür. Çünki Estoniyanın ən iri bankı «Hansabank» da hakerlərdən canını qurtara bilməyib. Milyonlarla kompyuter, sahibinin xəbəri olmadan hakerlərin əməliyyatına qoşulub.

Ekspert deyir ki, hakerlərin hücumu zamanı Estoniya 90 dəqiqədə çörək, süd və yanacağının 50%-ni itirdi. Sonrakı 5 dəqiqə ərzində həmin məhsulların 75%-ni itirib. İnformasiya texnologiyaları üzrə analitik Peeter Marvet deyir ki, o başlarına gələnləri xaricilərə, kredit kartıyla bir fincan qəhvə alan əcnəbilərə tez-tez danışır.

Tallində sürücülər maşını dayanacaqda saxlamaq üçün telefonla «sms» göndərir, dayanacağın haqqını ödəyirlər. Estoniyada WİFİ-yəni simsiz internet hər yerdə olduğundan camaat kafe və restoranlarında laptoplardan istifadə edir. Yəni internetin informasiya əldə eləmək üçün vacib vasitə olduğu məlumdur. Hətta Estoniya hökuməti bəzi əməliyyatları, hətta toplantıları kağızsız aparır. Səsvermə, vergi ödənişləri kimi əməliyyatlar Estoniyada internetlə aparılır. Müəllim və şagirdlər məktəbdən kənarda da e-məktəb, yəni internet-məktəblə bağlı olurlar.

İndi milyonlarla adamın istifadə elədiyi Skype rabitə xidməti də Tallində yaradılıbmış. İndi məlum olur ki, niyə Estoniya hakerlərin hücumuna məruz qalanda NATO-ya müraciət edib. Müdafiə naziri Jaak Aaviksoo deyib ki, kiberhücum Estoniyanın milli təhlükəsizliyinə problem yaradıb. Nazir kiberhücumu Estoniyanın dəniz limanlarının bağlanmasına bənzədib.

NATO Estoniyanın müraciətinə ciddi cavab verdi. Bu ilki sammitdə də bildirildi ki, NATO kiberhücuma məruz qalan üzvlərinə kömək etməyə hazırdır. Amma Estoniyanın özünün kiberhücuma qarşı mübarizəsi o qədər effektli oldu ki, NATO-nun köməyinə ehtiyac qalmadı. Yəqin ona görə NATO-nun baş katibi Yaap De Hoop Sxeffer Estoniyanı təşkilatın informasiya texnologiyaları sarıdan ən ağıllı üzvü adlandırır. Hətta deyir ki, NATO Estoniyanın kibermüdafiə sahəsində aparıcı rolunu alqışlayır. Estoniya Tallində yerləşən kibermüdafiə mərkəzini NATO-nun idarəsi kimi qeydiyyatdan keçirməyə hazırlaşır. /azadlıq radiosu/
Category: Yeni Xəbərlər | Views: 745 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024