Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 10.04MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 12 » Azərbaycanda idman televiziya kanalı açılacaq.
Azərbaycanda idman televiziya kanalı açılacaq.
22.09
 
Milli Teleradio Şurası kanalın tezliyi ilə bağlı aprelin 21-də tender elan edəcək.

Azərbaycanda idman televiziya kanalı açılacaq. Bu barədə MTRŞ-ninn bu gün keçirilən iclasında qərar qəbul olunub. Şuranın sədri Nuşirəvan Məhərrəmli ANS TV-yə müsahibəsində toplantıda Azərbaycanda yeni sahə kanallarının açılmasına zərurət yaranmasına dair müzakirələr aparıldığını bildirib.

Yaxın vaxtlarda Azərbaycanda daha bir telekanal fəaliyyətə başlayacaq. Yeni televiziya kanalı digər kanallardan fərqli olaraq həyatımızın hər sahəsini yox, yalnız idmanla bağlı verilişləri işıqlandıracaq. Bu haqda ANS TV-yə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Sahə xarakterli kanallarla bağlı məsələnin uzun müddətdən bəri gündəmdə olduğunu qeyd edən şura sədri, ilk növbədə idman kanalı açmaq qərarına gəldiklərini söyləyib: «Son dövrlər Azərbaycanda idman sahəsində çox böyük uğurlar əldə olunub. Bakı şəhərində beynəlxalq miqyaslı çoxsaylı turnirlər keçirilir. Azərbaycanın bütün bölgələrində olimpiya kompleksləri tikilir və Azərbaycan dövləti özü də idmana xüsusi diqqət göstərir. Bakı şəhərində olimpiadanın keçirilməsi ilə bağlı işlər aparılır. Bütün bu faktlar bu sahədə Teleradio Şurasının dəstəyinin ortaya qoyulması istəyini də ortaya qoydu. Hesab edirik ki, idman kanalının açılması bu sahəyə diqqəti daha da artıracaq».

Qeyd edək ki, artıq kanalın tezliyi ilə bağlı aprelin 21-də tender elan olunacaq. 1 ay müddətində sənəd qəbulu həyata keçiriləcək. Növbəti bir ayda isə bu müraciətlər saf-çürük edilərək qərar veriləcək.

Kanalda yalnız idman verilişlərinin yaymlanmasına icazə veriləcək. İlk vaxtlar kanala 24 saat efirdə olmaq tələbi qoyulmayacaq. Amma o, bütün Azərbaycan ərazisini əhatə etməlidir. Yeni kanalın nə dərəcədə uğurlu olması isə gələcəkdə mədəniyyət, təhsil və digər sahələrlə bağlı kanalların açılması üçün də stimul olacaq. /

Category: Yeni Xəbərlər | Views: 664 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024