ÇÖRƏK VƏ UN MƏHSULLARININ QİYMƏTİ ARTIRILACAQ . - 12 April 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2016-12-02, 23.56MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 12 » ÇÖRƏK VƏ UN MƏHSULLARININ QİYMƏTİ ARTIRILACAQ .
ÇÖRƏK VƏ UN MƏHSULLARININ QİYMƏTİ ARTIRILACAQ .
20.48

Qubad İbadoğlu: “Ölkəyə taxıl idxalı ən azı 1,5 dəfə baha başa gələcək”                           

Qazaxıstan hökumətinin taxılın ixracını dayandıracağı, o cümlədən rüsumları artıracağı barədə xəbərdarlığı dünya taxıl bazarına təsirsiz ötüşməyib. Taxıl bazarında əsas alqı-satqı meydanlarından biri olan “Minnearolis Grain Exshange” birjasında əla növ buğdanın qiyməti 25 faizədək bahalaşıb. MDB Taxılçılar Assosiasiyası qiymət artımının başlıca səbəbi kimi Qazaxıstan hökumətinin məlum açıqlamasını göstərib.
Qurumun bəyanatında bildirilir ki, dünya bazarında müşahidə olunan taxıl qıtlığı bahalaşmanı  bir qədər də sürətləndirəcək. Azərbaycana taxılın əsasən Rusiya və Qazaxıstandan idxal edildiyini nəzərə alsaq, prosesin ölkəyə ikili təsiri olacaq. Belə ki, respublikada həm taxıl qıtlığı yarana, həm də onun qiyməti bahalaşa bilər. Hərçənd ki, müvafiq qurumlar, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi (KTN) məsələ ilə bağlı fərqli mövqe nümayiş etdirir. Nazirlikdən bildirilir ki, Rusiya və Qazıxstanın ixraca rüsumlar tətbiq etməsi Azərbaycanda taxıl qıtlığına səbəb olmayacaq. Çünki ötən il ixracdan bütünlüklə asılı olmamaq üçün lazımi addımlar atılıb. O da qeyd edilir ki, bu il ölkədə buğda və taxıl istehsalının həcmi 2007-ci illə müqayisədə 20-25 faiz çox olacaq. Ümumiyyətlə, 2008-ci ildə ölkədə 2,5 milyon ton taxıl yığılacağı gözlənilir. Qurumdan  həmçinin taxıl istehsalını artırmaq məqsədilə yığımın 1,3 milyondan 1,6 milyon tona çatdırılacağı da bildirilib. Yeri gəlmişkən, məhsul qıtlığı problemini aradan qaldırmaq üçün KTN Taxıl Ehtiyat Fondunu yaratmağı planlaşdırır. Fond yaradıldıqdan sonra daxili bazarda buğdaya olan tələbatın tam şəkildə ödəniləcəyi söylənilir.
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyyətinin sədri Qubad İbadoğlu ötən il analoji qərarın Rusiya və Ukrayna tərəfindən verildiyini söylədi: “Qazaxıstanın məsələyə münasibəti Rusiyanın mövqeyinə oxşardır. Onlar ola bilər ki, ixraca müəyyən rüsumlar, məhdudiyyətlər qoysunlar. Hətta qeyri-tarif baryerlər tətbiq etmələri də mümkündür. Çünki Qazaxıstanın indiki vəziyyəti aydındır. Bu ölkə Ümumi Ticarət Təşkilatının üzvü deyil. Təşkilatın üzvü olmayan dövlətlərin isə bu istiqamətdə müstəqil qərarlar qəbul etməsi mümkündür. Azərbaycanın əsas idxalının Qazaxıstandan olduğunu nəzərə alsaq, ölkəyə taxıl gətirilməsində problemlər yaşanacaq”.
Q.İbadoğlu bildirdi ki, region ölkələri problemi həll etməyə çalışmalıdırlar: “Çünki Azərbaycan üçün Rusiya, Ukrayna və Qazaxıstan potensial taxıl satıcısı ola bilər. Bir zamanlar Azərbaycan Kanada, o cümlədən bu kimi uzaq dövlətlərdən ölkəyə taxıl idxal edib. Ancaq indiki halda, dünya bazarında qiymətlərin bahalaşması, eyni zamanda Cənubi Amerika, Afrika ölkələrində bu istiqamətdə tələbatın artması Kanada taxılının Azərbaycana gətirilməsində müəyyən çətinliklər yaradacaq. İstənilən variantda, hətta Kanadadan Azərbaycana taxıl gətirilsə,  belə ölkədə yenə də qiymət bahalaşmasının qarşısını ala bilməyəcəklər. Çünki bu, regional, o cümlədən beynəlxalq səviyyədə gedən prosesdir. Ölkəyə taxıl idxalı əvvəlki ilə müqayisədə ən azı 1,5 dəfə baha başa gələcək. Bu da çörək və çörək məhsullarına təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, vəziyyətdən çıxış üçün yeganə gözlənti bu il ölkədə taxılın məhsuldarlığının çox olmasındadır. Çünki 2008-ci ildə əvvəlki illə müqayisədə daha çox həm payızlıq, həm də yazlıq taxıl əkilib. Taxılın məhsuldarlığının çox olması son nəticədə istehlakda idxalın payının azalmasına gətirib çıxara bilər”.
İqtisadçı bildirdi ki, taxılın məhsuldarlığının çox olması mövsümü dəyişikliklərdən və təbii şəraitdən asılıdır: “Çünki məhsuldarlığı artıran aqrotexniki, texnoloji, mineral resurslar baxımından Azərbaycanın imkanları məhduddur. Kənd təsərrüfatında investisiya qıtlığı, ümumiyyətlə, maddi-texniki bazanın zəif olması, aqrotexniki, mineral, gübrə, toxum və bu istiqamətdə digər problemlərin getdikcə kütləviləşməsi taxılın məhsuldarlığının artacağına ümid bağlamağa əsas vermir. Güman etmirəm ki, yüksək məhsuldarlıq olacaq”.
Q.İbadoğlunun sözlərinə görə, Azərbaycan yenə də idxal qiymətlərindən asılı vəziyyətə düşəcək: “Bu məhdudiyyətlər həm idxalın qiymətinə, həm də xərcinə təsir göstərəcək. Xərcin qiymətinin artımı son nəticədə ona gətirib çıxaracaq ki, taxıl məhsulları bazasında bişirilən çörək və digər un məmulatları əvvəlki qiymətə satılmayacaq”.
İTM rəhbəri KTN-ın bu il taxıl istehsalının 20-25 faiz artacağı yönündə iddialarına da münasibət bildirdi: “Nazirliyin açıqlaması gerçək vəziyyəti əks etdirmir. Əslində aqrar sektor tənəzzüldədir. İstənilən variantda deyilənlər mövcud vəziyyətdə düzgün dəyərləndirmənin,  real statistikanın nəticəsi deyil”.

12.04.2008

Sevdimali_Pervin.

Category: Siyasət | Views: 488 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016