Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2017-06-24, 09.19MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 12 » Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax xalqına ünvanladığı son müraciəti
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax xalqına ünvanladığı son müraciəti
20.27
2030-cu ilə qədər ölkəsinin qarşısında dayanan prioritetləri sıralayıb. Bu çıxışı ilə o, “Qazaxıstan-2030: çiçəklənmə, təhlükəsizlik və bütün qazaxıstanlıların rifahını yaxşılaşdırmaq” proqramının başlanmasını elan edib. Ölkə başçısı çıxışında Qazaxıstanda müstəqillikdən sonra yaranan vəziyyəti təhlil edib və ölkənin 2030-cu ilə qədər dünyanın ən qabaqcıl 50 dövləti sırasına qoşulmaq üçün uzunmüddətli inkişaf strategiyasının hazırlanması təklifini irəli sürüb. Çıxışda eyni zamanda Qazaxıstanın gələcəkdə siyasi istiqamətdə tutacağı yola da aydınlıq gətirilib. Prezident dövlət siyasətinin aşağıdakı əsas prioritetlərini göstərib: 
- İnvestisiyalar və onların yanacaq-energetika sahəsində effektiv idarə edilməsi və infrastrukturun inkişafı; 
- dövlətin makroiqtisadi siyasəti;
- ümumi məsələlər və inzibati islahat;
- sosial siyasət və regionların inkişafı;
- dünya siyasəti.
Enerji siyasəti iqtisadi müstəqilliyin təmin olunmasının əsas vasitəsidir 
Qazaxıstanın yanacaq-energetika sektorunda qısa və ortamüddətli siyasəti əsasən belədir: daxili investisiya ehtiyatları dövlət holdinqlərinin, inkişaf institutlarının və sosial-sahibkar korporasiyalarının artan rolu ilə aktivləşdirilməlidir. Burada əsas istiqamət karbohidrogen ehtiyatların hasilatıdır. Bununla əlaqədar olaraq, hasilat sənayesinin inkişafı və ölkənin beynəlxalq neft və energetika bazarlarının nüfuzlu və məsul iştirakçısı qismində möhkəmlənməsi üçün dövlətin rolunu gücləndirmək lazımdır. Bu addımlar ölkədə nəinki iqtisadi, eləcə də siyasi inkişafa da səbəb olmalıdır.  
Prezident yaxın gələcəkdə Qazaxıstan iqtisadiyyatının “xammal” modelindən “istehsal” modelinə keçməli olduğunu da vurğulayıb. Qazaxıstanın istehsalla bağlı layihələrin reallaşdırılmasında israr etməsi bunun göstəricisidir. Məsələn, cari ilin yanvar ayının 18-də Qazaxıstan senatorları Orenburq Qaz Emalı Zavodunun (QEZ) bazasında birgə müəssisənin yaradılması haqqında Qazaxıstan-Rusiya sazişini təsdiqlədilər. Ehtimal edilir ki, Orenburq QEZ Qazaxıstanın “Karaçaqanak” və Rusiyanın Orenburq vilayətinin yataqlarından xammal kimi yararlanacaq. Bundan başqa, “Samruk” Superholdinqə və yerli sosial-sahibkarlıq korporasiyalarına dağ-mədən metallurgiya sahəsinin effektiv inkişafı və rəqabət qabiliyyətinin artırılması ilə bağlı konkret tədbirlər görməsi barədə də göstəriş verilib.
Qazaxıstan TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) layihəsinin icrasına da böyük önəm verir. Bununla bağlı hökumətlərarası komissiyanın iclaslarından biri Astanada keçirilib. Layihənin reallaşdırılması Rusiyanın “Transsib”inə alternativdir. Hesab etmək olar ki, TRASEKA-nın davamı hazırda Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən texniki-iqtisadi əsaslandırması hazırlanmış “Qərbi Avropa-Qərbi Çin”  layihəsi olacaq. “Qərbi Avropa-Qərbi Çin” TRASEKA ilə birlikdə Avropadan Asiyaya bu vaxta qədər yük daşınmalarının həyata keçirildiyi Süveyş kanalı və Malak boğazı yolunu qısaldacaq.
Əldə edilmiş nailiyyətlərlə kifayətlənməmək  Qazaxıstanın maliyyə sistemində müəyyən uğurlar əldə edilməsinə baxmayaraq, sonradan islahatlar aparmağın vacibliyi də vurğulanır: bank sisteminin möhkəmləndirilməsi, qiymətli kağızlar bazarının inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə sahəsində idarə proqramlarının işlənib hazırlanması, vergi sistemində islahatların aparılması və s..
Xüsusilə, keçən ilin sonunda Maliyyə Nazirliyi lazımi dərəcədə inflyasiyanın öhdəsindən gələ bilmədi. Nəticədə maliyyə naziri istefa verməli oldu. Baş nazir Karim Masimov inflyasiyaya görə yeni il qabağı qiymətlərin artımının inzibati üsullarla dayandırmağa cəhd edirdi. Bu nöqsanları nəzərə alaraq, Nazarbayev öz çıxışında açıq deyib ki, inflyasiya ilə mübarizəni gücləndirmək lazımdır. Hökumət tərəfindən düşünülmüş və adekvat tədbirlərin görülməsi tələb olunur.
Prezidentin dediyi kimi, Qazaxıstanın qarşısında yeni siyasi sistemin inkişafını davam etdirmək; cinayət və korrupsiya ilə mübarizəni gücləndirmək; inzibati islahatı sürətləndirmək; dövlət vəsaitlərinin idarə edilməsi və xərclənməsinin effektivliyini yüksəltmək; kadrları inkişaf etdirmək; xırda və orta biznesin rəqabət qabiliyyətliliyini stimullaşdırmaq durmaqdadır. Ancaq bəlkə də, Nazarbayevin etdiyi ən önəmli dəyişikliklərdən biri də Dövlət Büdcəsi ilə bağlı oldu: gələn ildən etibarən büdcə 3 illik olacaq.
Həmçinin prezidentin müraciəti əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dair tədbirlərin geniş kompleksini: pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması, səhiyyənin inkişafını əhatə edib. Bununla əlaqədar olaraq, ölkə vətəndaşları üçün mənzil sahibi olmağın mümkünlüyü və keyfiyyətin yüksəldilməsi proqramına xüsusi diqqət yetirilir. Mənzil məsələsinin həlli üçün Almatı, Astana və Atırauda yeni binalar tikmək əvəzinə, inşaat şirkətlərindən tikilmiş mənziləri satın alıb, daha ucuz qiymətə (kvadratmetri 450 dollar) əhaliyə satacaqlar. Bu problemlərin həlli üçün illik 4 faizi aşmayan tariflərlə mənzil istiqrazı vermək və inşaat şirkətlərinin fəaliyyətinin şəffaflığını təmin etmək kimi tədbirlər nəzərdə tutulur.
Ölkənin beynəlxalq və daxili siyasəti: hamı üçün sabitlik və təhlükəsizlik  2010-cu ildə ATƏT-ə Qazaxıstan sədrlik edəcək. Bu titul üçün inadlı mübarizə bir neçə il davam edib. Nəticədə Rusiya, Qazaxıstan və Mərkəzi Asiyanın başqa ölkələrinin ortaq maraqları sayəsində Astananın namizədliyini bütün əsas oyunçular dəstəklədi. Qazaxıstanın beynəlxalq prioritetləri dəyişməzdir: regional təhlükəsizlik, sabit iqtisadi əməkdaşlıq, dini ekstremizm və terrorizmə qarşı mübarizə. Beynəlxalq strukturların çərçivəsində Qazaxıstan fəal işini davam etdirmək niyyətindədir: ATƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM), Kollektiv Təhlükəsizlik Haqqında Saziş Təşkilatı (KTHST).
Category: Siyasət | Views: 453 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017