Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 20.00MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 4 » Rusiya və Ukraynaya gedən qatarlara biletin qəfil bahalaşması sərnişinləri çaşbaş salıb
Rusiya və Ukraynaya gedən qatarlara biletin qəfil bahalaşması sərnişinləri çaşbaş salıb
12.19
“Artıq bir neçə gündür ki, Azərbaycandan Rusiya və Ukraynaya gedən qatarlara bilet bahalaşıb.
 
Bu isə məsələdən xəbərsiz olan, xüsusilə, rayonlardan bu ölkələrə gedən qatarlara bilet almaq üçün paytaxta üz tutan vətəndaşlara ciddi problemlər yaradıb. Son bir həftədə bu anlaşılmazlıq nəticəsində təqribən 200-ə yaxın vətəndaş biletsiz geri dönməli olub”. Bu barədə bizimlə söhbətində Dəmir Yolu Vağzalında bilet satışı ilə məşğul olan xəzinədarlardan biri məlumat verdi. Adının çəkilməsini istəməyən həmsöhbətimizin sözlərinə görə, biletlərin qiyməti ümumilikdə təqribən 10 faiz bahalaşıb: “Məsələn, əvvəllər Ukraynanın Xarkov şəhərinə gedən qatarlara bilet 52 manat idisə, indi 60 manatdır”.
Dəmir Yolu Vağzalı əməkdaşı bahalaşma ilə bağlı əvvəlcədən onlara heç bir xəbərdarlıq edilmədiyini söylədi: “Yalnız qiymətlər bahalaşan gün bizə bu barədə məlumat verilib. Vətəndaşlara isə bunu çatdıranda çoxu narazılıqla qarşıladı. Hətta onların arasında xəzinədarları qınayanlar, “pulu alıb, cibinizə qoyursunuz”, deyənlər də oldu.
“Hər gün ən azı 100-150 soydaşımız Rusiyaya gedir”
Müsahibimiz deyir ki, bu cür problemlərin yaranmaması üçün bir neçə gün öncədən telekanallar vasitəsilə vətəndaşlara məlumat verilməsi daha məqsədəuyğun olardı: “İndi mövsümün elə bir dövrüdür ki, hər gün ən azı 100-150 soydaşımız iş dalınca Rusiya və Ukraynaya üz tutur. Onlar biletlərin bahalaşmasından xəbərdar olsalar, tədbirli davranar və əlavə xərcə düşməzlər. Ancaq indiki vəziyyətdə onların arasında elələri var bilet almağa  pulu çatışmadığından yenidən rayona qayıdır və nəticədə əlavə xərcə düşürlər”.
Bəs ölkəmizdən Rusiya və Ukraynaya gedən sərnişin qatarlarına biletlərin qiymətinin artmasının səbəbi nədir?
Təəssüf ki, bu sualımıza xəzinədarlar arasında konkret cavab vermək istəyən tapılmadı. Kimisi “bilmirəm, xəbərim yoxdur”, kimisi “mənim işim bilet satmaqdır”, kimisi də “bizə bu barədə başqalarına məlumat verməmək tapşırığı verilib”,- deməklə cavab verməkdən yayındı.
“Qiymətləri Rusiya və Ukrayna tərəfi artırıb”
Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir əzməmmədov  məsələyə belə aydınlıq gətirdi: “Biletlərin qiymətini Azərbaycan yox, Rusiya və Ukrayna tərəfi artırıb. Həmin ölkələr sərnişin qatarlarına biletlərin qiymətini “dəyişən tarif sistemi” əsasında müəyyənləşdirirlər. İndiki bahalaşmanı isə Rusiya tərəfi sərnişin sıxlığı ilə əlaqələndirir”.
Nadir əzməmmədov biletlərin qiymətinin təqribən 8-10 faiz bahalaşdığını bildirdi: “Ümumiyyətlə, Rusiya və Ukrayna hər bayram öncəsi biletlərin qiymətini cüzi də olsa artırır. Necə deyərlər, bu, artıq adət halını alıb. Ona görə də bahalaşmanın gələcəkdə də davam edəcəyini istisna etmirəm”.
Nadir əzməmmədov ölkədaxili reyslərdə qiymətlərin artacağı ilə bağlı deyilənlərə də aydınlıq gətirdi. “Ölkədaxili qatarlarda biletlərin qiymətini Tarif Şurası müəyyənləşdirir. Artım olmayıb və yaxın gələcəkdə nəzərdə tutulmur”,- deyə o, qeyd etdi.
Views: 989 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024