Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 12.51MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 4 » Məhkəmənin AK Partiya ilə bağlı qərarı dünyanı şoka saldı
Məhkəmənin AK Partiya ilə bağlı qərarı dünyanı şoka saldı
12.00
Dünən Konstitusiya Məhkəməsi Apelyasiya Məhkəməsinin baş prokuroru Abdurrahman Yalçınkayanın AK Partiyanın

bağlanması ilə əlaqədar göndərdiyi iddianaməni qəbul etdi. Bu qərar ölkə ictimaiyyətində və eləcə də bu məsələni gündəmdə tutan dünya ölkələrində, beynəlxalq təşkilatlarda şok təsiri doğurdu.

Prezident Abdullah Gül məhkəmənin qərarına münasibət bildirərkən: “Bu qərar mənim üçün sürpriz olmadı”, - dedi. İddianamədə Prezident Abdullah Gülün özü haqqında da xeyli ittihamlar yer alır. Dünən məhkəmə çıxardığı qərarda ittihamnamənin Prezident Güllə bağlı bölümü səs çoxluğu, qalan hissəsini isə yekdilliklə qəbul etmişdir.
Məhkəmənin qərarına iqtidar partiyasından ilk reaksiyanı millət vəkili Nihat Ərgün verdi. O: “Sistem siyasi partiyaların əl-qolunu bağlayır. Konstitusiya dəyişikliyi ilə əlaqədar partiyalarla görüşəcəyik, uzlaşma olmasa, referenduma gedəcəyik. Ancaq öncə xalqın təmsilçiləri ilə bu işi həll etmək istəyirik”, - dedi.
Axşam saatlarında isə Nazirlər Şurasının toplantısından sonra hökumət təmsilçisi Cəmil Çiçək mövzu ilə əlaqədar açıqlama verib.
Konstitusiya Məhkəməsinin qərarına ana müxalifət partiyasından hər hansı bir reaksiya gəlmədi. Reaksiya gəlməməklə yanaşı, AK Partiya Konstitusiya dəyişikliyi edərək vəziyyətdən çıxmaq qərarına gələrsə, yenidən Konstitusiya Məhkəməsinə müraciət ediləcəyi bildirildi. CHP-li millət vəkili Özyürək AK Partiyanın bu nöqtədə atacağı addımların qarşısını almaq üçün boş durmayacaqlarını dedi: “Parlamentdə üstünlüyüm var, dünyəviliyi ləğv edirəm” mərhələsinə işi gətirsələr, bu, böyük bir sistem böhranına səbəb olar. Bu mövzuda biz hər cür demokratik və hüquqi mübarizəmizi davam etdirəcəyik. Əgər onlar deyilən dəyişikliyi edərlərsə, Konstitusiya Məhkəməsinə gedərik.

AB: “Hər şey tamamlana bilər”

AB-nin genişlənmədən məsul komissarı Olli Reyn 47 faiz səslə hakimiyyətə gələn bir partiyanın bağlanmasını onun üzərində hüququn təzyiqi kimi dəyərləndirir. Son illərdə Türkiyə ilə üzvlük məsələsində xeyli işlər görüldüyünü vurğulayan Reyn partiya bağlamaq məsələsinin Avropada qəbul edilməyən bir hadisə olduğunu xatırlatdı və onu da bildirdi ki, əgər məhkəmə AK Partiyanı bağlayarsa, Türkiyənin AB üzvlüyü məsələsinə yenidən baxıla bilər.
AB komissarının sözləri əslində Türkiyəyə sərt  mesaj xarakteri daşıyır və “AK Partiya bağlanarsa, Avropaya yolunuz bağlanar” mahiyyətindədir.

Dünya qərarı şok təsiri ilə qarşıladı

Konstitusiya Məhkəməsinin qərarı dünya gündəminin ən mühüm hadisələrindən birinə çevrildi. Ən tanınmış telekanallar, xəbər agentlikləri və qəzetlər bu hadisəni Türkiyədə demokratikləşməyə qarşı ciddi təzyiq kimi dəyərləndirirlər. Bir çox media quruluşları məhkəmənin çıxardığı qərarın hökumətin “Ergenekon” terror təşkilatına qarşı başladığı açıq mübarizə ilə əlaqəli olduğunu deyirlər.
 
Hadisələr necə cərəyan edəcək?

Bu mərhələdən sonra ilkin müdafiə sənədi hazırlamaq üçün iddianamə AK Partiyaya göndəriləcək. AK Partiya bir ay ərzində özünümüdafiə sənədini hazırlayıb məhkəməyə verəcək. Bundan sonra iddiaçı tərəf, yəni Yalçınkaya iddiası haqqında öz əsaslarını söyləyəcək. İddiaçının əsasları məhkəməyə təqdim olunacaq və məhkəmə də onları qarşı tərəfə, AK Partiyaya göndərəcək. Bu mərhələdən sonra tarix müəyyən ediləcək və həmin tarixdə Yalçınkaya öz ittihamlarını dilə gətirəcək, AK Partiya təmsilçiləri isə o ittihamlara cavab verəcək, öz siyasi təşkilatlarını müdafiə edəcəklər.
Sonra bütün sənədlər Konstitusiya Məhkəməsində toplanacaq. Tərəflər bu müddətdə məhkəməyə əlavə ittiham və müdafiə xarakterli sənəd təqdim edə bilərlər.
Daha sonra məhkəmənin hazırladığı sənədlər 11 üzvün hər birinə paylanacaq və sədr Haşim Kılıç toplantı gününü təyin edəcək. Üzvlər həmin gün toplaşaraq partiyanın bağlanıb-bağlanmaması haqda qərar çıxaracaqlar. Xatırladaq ki, Konstitusiya Məhkəməsinin ən azı 7 üzvü partiyanın bağlanmasına səs verərsə, Yalçınkayanın iddiası təmin ediləcək.
Alternativ variant
Məhkəmənin qarşısında bir neçə variant durur. Onlardan biri də partiyanın dövlətdən aldığı maddi yardımın qismən və tamamilə kəsilməsidir. Baş nazir Ərdoğana və eləcə də iddianamədə adıçəkilən digər 70 partiya üzvünə siyasət qadağası qoyulsa belə, bu, heç də onların növbəti parlament seçkilərindən kənarda qalmaları anlamına gəlmir. Çünki onlar partiya siyahısında olmasa da, müstəqil namizədlər kimi seçkilərə qatıla biləcəklər.
 
AK Partiya təmkinini qoruyur

Məhkəmə qərarının yaxın günlərdə ölkə iqtisadiyyatına öz təsirini göstərəcəyi şübhə doğurmur. Mütəxəssislərin rəyinə görə, bu hadisə türk lirəsinin dollar qarşısında zəifləməsinə səbəb olacaq. Hökumət nümayəndələri iqtisadi sabitliyi qorumaq üçün hər cür tədbirlər gördüklərini açıqlayırlar. Partiya rəhbərləri mövcud mərhələdə təmkinli olmağı və hər hansı provokasiyadan uzaq durmağı məsləhət görürlər.


Category: Yeni Xəbərlər | Views: 665 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024