Ermənistan ordusundan yüksək çinli yerli zabitlər çıxarılır.. - 2 April 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2016-12-11, 17.52MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 2 » Ermənistan ordusundan yüksək çinli yerli zabitlər çıxarılır..
Ermənistan ordusundan yüksək çinli yerli zabitlər çıxarılır..
20.57
 
Qafar Çaxmaqlı: «Qarabağ klanı yüksək çinli yerli zabitlərin müxalifətə dəstək verəcəyindən qorxur»

"Manvel Qriqoryanın Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilməsini bu qurumun Qarabağ klanı tərəfindən tam işğalı kimi dəyərləndirmək olar". Bu barədə ANSPRESS-ə Azərbaycan Ermənişünaslıq Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı bildirib.

«İndiki nazir Mikael Arutyunyan da, ondan əvvəlki müdafiə naziri Serj Sakisyan da Azərbaycanda doğulub böyümüş adamlardır. Serj Sarkisyan Dağlıq Qarabağda, Mikael Artuyunyan isə Şamaxıda doğulub böyüyüb. Manvel Qriqoryan isə eçmiadzinlidir. O, Dağlıq Qarabağda vuruşmuş səhra komandirləri arasından Ermənistan müdafiə nazirliyinə qədər dırmana bilmiş tək yerli ermənistanlıdır»,- deyə Qafar Çaxmaqlı vurğulayıb.

Onun sözlərinə görə, son günlər Ermənistan ordusunda yüksək çinli yerli ermənilərin vəzifədən uzaqlaşdırıması müşahidə edilir: «Çünki bu hərbi rejimdir və narıncı inqilab hələ bitməyib. Qarabağ klanı qorxur ki, orduda olan yüksək çinli yerli ermənilər müxalifətə dəstək verə bilər».

Qafar Çaxmaclının sözlərinə görə, bu məsələyə dünən Dağlıq Qarabağda olan Robert Koçaryanla separatçı rejimin rəhbəri Bako Saakyan arasında olan görüşdə də toxunulub. Koçaryan kimlərinsə erməniləri iki yerə bölmək istəməsindən danışıb.

Category: Siyasət | Views: 508 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016