Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 23.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 1 » Avropa Şurası Ermənistanı pisləyib..
Avropa Şurası Ermənistanı pisləyib..
16.21
 

"Aqo" qrupu «mitinq, nümayiş və aksiyaların keçirilməsinə dair» qanuna dəyişiklik edilməsini ilə razılaşmır.

Avropa Şurası «Aqo» qrupunun 9 ölkədən olan üzvləri Ermənistanda səfərdədir. Səfər çərçivəsində qrupun rəhbəri Pyer Sioqre Ermənistanın Ədliyyə naziri Gevork Danielyan, xarici işlər naziri Vardan Oskanyan, eks-prezident Levon Ter-Petrosyanla görüşlər keçirib. Həmçinin qrup üzvləri 1 mart hadisələrinə görə həbs olunmuş aksiya iştirakçıları ilə də görüşüblər.

Bu gün xarici işlər naziri Vardan Oskanyanla birgə keçirdiyi mətbuat konfransında Pyer Sioqre siyasi motivlərlə həbs olunanların azadlığa buraxılmalı olduğunu deyib. "Biz «kentron» islah əmək müəssisəsində olduğumuz zaman öyrəndik ki, həbs edilənlər cəmiyyətdən və öz ailələrindən təcrid olunmuş şəraitdə yaşayırlar. Bu yolverilməzdir. Ədliyyə naziri Gevork Danielyan bizi əmin etdi ki, bu məsələ öz həllini tapacaq və bu gündən başlayaraq 1 mart hadisələrinə görə həbs edilənlər azadlığa buraxılacaq. Baş prokuror bizi mütəmadi olarq bu şəxslərin azadlığa buraxılması barədə məlumatlandırmalıdır", - deyə Pyer Sioqre qeyd edib.
«Aqo» qrupunun rəhbəri martın18-də prezident Robert Koçaryanın ölkədə mitinqlərin davam etməsinin qarşısını almaq üçün «mitinq, nümayiş və aksiyaların keçirilməsinə dair» qanuna dəyişiklik etməsini də pisləyib:
«Avropa Şurasının Venesiya komissiyası həmin dəyişikliklərlə razı deyil, onlar Avropa Şurası ilə məsləhətləşmədən edilib. Ümid edirik ki, bizim təkliflər parlamentdə nəzərə alınacaq»

Pyer Sioqren həmçinin Ermənistan hakimiyyətini və müxalifətini dialoqa, kütləvi informasiya vasitələrinin müstəqilliyinə təminat verməyə çağırıb.
Mətbuat konfransında iştirak edən xarici işqlər naziri Vardan Oskaynan Pyer Sioqrenin fikirlərinə və qurumun irəli sürdüyü təkliflərə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, Ermənistanda vəziyyətin yaxşılaşdırılması üçün «Aqo» qrupu hökumətə 6 bənddən ibarət təkliflər paketi təqdim edib. Sənəddə hökumət qarşısında martın1-də baş vermiş hadisələrə görə həbs edilənlərin öz ailələri ilə görüşməsinə icazə verilməsi, siyasi məhbusların təcili azadlığa buraxılması, müxalifət liderlərinin həbsindən çəkinmək, bu təkliflərlə bağlı 102 nəfər siyasi məhbusun məlumatlandırılması tələbi irəli sürülüb. Bundan əlavə, «Aqo» qrupu rəsmi İrəvana martın 1-də baş vermiş hadisələrin müstəqil araşdırılmasını və bu prosesə xarici ekspertlərin cəlb olunmasını təklif edir.
Təkliflər paketinin digər bəndində Venesiya komissiyasının Ermənistanda "mitinq, nümayiş və aksiyaların keçirilməsinə dair" qanuna təklif etdiyi dəyişikliklərin müzakirəsi tələbi irəli sürülür.

İrəvanda isə əhalinin sükut etiraz aksiyaları davam edir. Son günlərdə paytaxtın mərkəzində şahmat oynamaq, "şaurma" yemək və digər bu kimi aksiyalar keçirən sakinləri Ermənistan polisi heç bir əsas göstərmədən saxlayır. Saxlananlar arasında ATƏT-in bu ölkədəki ofisinin əməkdaşı da olub. Ölkədəki siyasi vəziyyəti araşdıran «Aqo» qrupunun Ermənistanda olmasına baxmayaraq hüquq-mühafizə orqanları sükut etiraz aksiyaları keçirən vətəndaşları, bəzi hallarda isə ümumiyyətlə küçədən keçən insanları həbs etməkdən çəkinmirlər./

Category: Yeni Xəbərlər | Views: 593 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024