Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 18.33MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 1 » “MƏNİM NADİR QAFARZADƏDƏN BOŞANMAQ FİKRİM YOXDUR”
“MƏNİM NADİR QAFARZADƏDƏN BOŞANMAQ FİKRİM YOXDUR”
13.13

Xəbər verildiyi kimi, müğənni Nadir Qafarzadə Xocalı faciəsinin ildönümündə İsraildə konsertdə çıxış edib və buna görə də “Nömrə 1" realiti-şousundan uzaqlaşdırılıb. Eyni zamanda, müğənninin ”Sarı" jurnalında dərc olunan açıq-saçıq şəkillərinə görə həyat yoldaşının ondan boşanmaq qərarına gəldiyi də söylənir. Bəzi yazılarda isə müğənninin bu yaxınlarda bir toyda hətta möhkəm döyülməsinə dair də xəbərlər yer alır.
Məsələ ilə əlaqədar müğənni və onun xanımı ilə telefon əlaqəsi saxladıq. Müğənninin həyat yoldaşı Sevinc xanım bildirdi ki, onlar mayın 2-də ailə qurmalarının 15 illiyini qeyd etməyə hazırlaşırlar və ərindən boşanmaq haqda deyilənlər yalandır: “Nadir müğənnidir, onun açıq-saçıq şəkilləri çap oluna bilər. Mən buna görə onu günahlandırmıram. Burada Nadirin hansısa xanımla çəkdirdiyi şəkillərdən gəlir mənbəyi kimi istifadə edənlər məsuliyyət daşıyır. Görünür, onlar bu hərəkətlə bizim ailəni dağıtmaq və yeni bir şou-biznesə yol açmaq məqsədi güdürlər. Amma buna nail ola bilməzlər. Çünki bizim aramızda sevgi var. Nadir ailəcanlı adamdır. Mənim ondan boşanmaq fikrim yoxdur. Bu yaxınlarda evlənməyimizin 15 illiyini qeyd edəcəyik. Onu da deyim ki, ailəmizdə iki oğlan uşağı böyüyür. Mən qəzetiniz vasitəsilə həyat yoldaşımın içkili vəziyyətindən istifadə edib onun şəklini çəkən informasiya agentliyinə və bunu tirajlayan jurnala müraciət edərək deyirəm ki, adamları bu cür aşağılamaqla özünüzə tiraj toplayıb qazanc güdməyin, çünki sizin də ailəniz var. Belə işlər sizin də başınıza gələ bilər. Ailələri qorumağa çalışın, onları dağıtmağa yox”.
Müğənni özü isə efirə çıxmamasının səbəbini belə izah etdi: “Mənim efirdə görünməməyimin və ”Nömrə 1"-dən uzaqlaşmağımın səbəbini “Xocalı faicəsi məsələsi” ilə əlaqələndirirlər. Lakin bildirim ki, mənə oxumağa heç kim qadağa qoymayıb. Onsuz da mən dövlət tədbirlərinə dəvət almıram. “Nömrə 1"-dən dostlarımın təklifi ilə uzaqlaşdım. Çünki bu söz-söhbət və qınaqlardan yorulmuşam. Dost-tanışlarımın məsləhəti ilə tamaşaçılarda qıcıq doğurmamaq üçün bir müddət efirdən aralı olmağı qərara aldım. Gözləyirəm ki, söz-söhbət səngisin, sonra efirə çıxım. Toyda döyülməyimə gəlincə isə, bu barədə deyilənlər yalandır. Mənim toy biznesim çox uğurlu alınır. Bunu gözü götürməyənlər var. Onlar haqqımda şayiə yayıb məni gözdən salmaq istəyirlər. Qoy özlərini yormasınlar. Onların nə deməsindən asılı olmayaraq mən hər gün toya dəvət alıram”.

Category: Yeni Xəbərlər | Views: 602 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024