Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 22.55MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 1 » SƏMƏD SEYİDOV AVROPA ŞURASINI İTTİHAM ETDİ .
SƏMƏD SEYİDOV AVROPA ŞURASINI İTTİHAM ETDİ .
13.05

“Azərbaycanda siyasi məhbus olduğunu deyənlər başqa ölkələrdə baş verənlərə də baxsınlar”“Siyasi məhbus məsələsinin qabardılması Azərbaycanla Avropa Şurası arasında gərginlik yaradılmasına xidmət edir”. Bu sözləri APA-nın sualına cavabında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, Azərbaycan demokratiya sahəsində inkişaf etməkdə olan dövlətdir və ölkədə insan haqları ilə bağlı problemlərin mövcudluğu təbii qəbul olunmalıdır: “Önəmlisi budur ki, ölkə rəhbərliyi, parlament və QHT-lər səviyyəsində insan haqları sahəsində problemlərin aradan qaldırılması istiqamətində zəruri addımlar atılır. Lakin bu məsələni siyasiləşdirmək və Azərbaycanın imicinə xələl gətirmək qəbuledilməzdir”.
S.Seyidov AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edəcəyi ilə bağlı deyilənlərə də toxunaraq, bu məsələdə Azərbaycana ikili standartlarla yanaşıldığını söyləyib: “Təəssüf ki, bəzi AŞ PA nümayəndələri Azərbaycanda siyasi məhbusların olması ilə bağlı açıqlamalarla çıxış edirlər. Qonşu ölkədə mitinqdə iştirakına görə 200 nəfər həbs olunur, amma onlar siyasi məhbus kimi göstərilmir. Azərbaycanda bu sahədə problemlərin olduğunu deyənlər gözlərini bağlamasınlar və başqa ölkələrdə baş verənlərə də eyni gözlə baxsınlar. Əks təqdirdə, etiraf etsinlər ki, qaldırdıqları məsələlər siyasi məqsədlərə xidmət edir”. S. Seyidov Azərbaycanda siyasi məhbusların olmadığını deyib: “Heç kim Azərbaycanda insan haqları ilə bağlı problem olduğunu inkar etmir. Ancaq bu məsələdən Azərbaycana qarşı istifadə edilməsi düzgün deyil. Tutaq ki, Avropa Şurası məruzəçi təyin etdi. Kim o şəxslə işləyəcək? Bu addım vəziyyəti gərginləşdirəcək və Azərbaycana qarşı ikili standartların bariz nümunəsi olacaq”.


31.03.2008

Sevdimali_Pervin.

Category: Yeni Xəbərlər | Views: 627 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024