Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 02.30MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 1 » “Erməni vəhşiliklərinin qarşısı alınmasa, bəşəriyyət uçuruma sürüklənəcək”
“Erməni vəhşiliklərinin qarşısı alınmasa, bəşəriyyət uçuruma sürüklənəcək”
09.51
Bakıda keçirilən “Tarix: olduğu kimi” adlı beynəlxalq konfransda çıxış edən ABŞ-ın BMT-dəki keçmiş səfiri

Sichan Siv bildirdi ki, BMT Azərbaycanda baş vermiş soyqırımılara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir. Yaponiyalı tədqiqatçı Ayumi Kishigami isə:”Azərbaycanlıların başına gətirilən faciələrin günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”, - dedi.

31 mart soyqırımı ilə əlaqədar dünən “Park-İnn” otelində işinə başlayan “Tarix: olduğu kimi” beynəlxalq konfrans Almaniya, ABŞ, Fransa, Portuqaliya, Türkiyə, Yaponiya və Gürcüstandan gələn tədqiqatçıların diqqət mərkəzində oldu. Konfransı açan gənclər və idman nazirinin müavini İntiqam Babayev xalqımızın son 200 ildə ermənilər tərəfindən dəhşətli soyqırımına məruz qaldığını söylədi. Onun sözlərinə görə, baş verən hadisələrin arxasında regionda öz çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr dayanıb. O, erməni vəhşiliyinin baş alıb getməsinin səbəbini onların digər dövlətlər tərəfindən dəstəklənməsi ilə əlaqələndirdi. Sonra İntiqam Babayevin təklifi ilə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə Bakıda belə bir konfransın keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O dedi ki, ermənilər hər yerdə tarixi saxtalaşdırmaqla özlərini soyqırımına məruz qalan məzlum xalq kimi göstərirlər, əslində isə onlar türklərə qarşı genosid siyasəti yürütmüşlər. O, ermənilərin yalnız azərbaycanlılara qarşı deyil, digər xalqlara qarşı da eyni vəhşiliyə əl atdıqlarını vurğuladı. Bildirdi ki, Azərbaycanın başına gələnlərin arxasında onun strateji yöndən əlverişli məkanda yerləşməsi faktı dayanır. Elnur Aslanov bununla bağlı bölgədə marağı olan dövlətlərin erməni amilindən ölkəmizə qarşı zorakılıq vasitəsi kimi istifadə etdiyini söylədi. O: “Biz heç kəsin torpağını işğal etməmişik, heç kimi soyqırımına məruz qoymamışıq, amma ermənilər ərazilərimizin 20 faizini işğal etmiş, 1 milyondan yuxarı insanımızı yurd-yuvasından didərgin salmış, 10 minlərlə günahsız insanı qətlə yetirmişlər. Tarix bunu onlara bağışlamayacaq”, - dedi.
Milli Məclis Sədrinin müavini Bahar Muradova isə tarixin bütün xalqlara bir ibrət dərsi verdiyini xatırlatdı. O dedi ki, düşmən elə bilir ki, bugünkü hərəkətlərinə görə, həmişə cəzasız qalacaq, amma ermənilər tarix boyu törətdikləri cinayətin ağır nəticələrini öz üzərlərində hiss ediblər, indi də hiss edəcəklər. Bu gün onlar cəzasız qalacaqlarını düşünməklə səhvə yol verirlər. Bahar Muradova ermənilərin törətdikləri cinayətlərə göz yuman Qərb dövlətlərindən də söz açdı: “Bir vaxtlar ermənilər türk diplomatları öldürəndə Qərbdə buna biganə yanaşdılar, nəticədə onlar daha dəhşətli terrorlarla qarşılaşdılar. Bu gün də ermənilərin vəhşiliyinə biganə qalanlar sabah hansısa formada bunun ağrısını üzərlərində hiss edəcəklər”.
“Biz niyə ermənilərin əlində aciz qalmışıq?”
BDU-nun rektoru Abel Məhərrəmov əslində soyqırımı ilə bağlı tədbirlərin martın 29-da başlandığını söylədi: “BDU-da keçirilən tədbirdə bu konfransda iştirak edənlərin əksəriyyəti də vardı. Yaponiyalı tədqiqatçı Ayumi Kishigami bizdən soruşdu ki, niyə siz 50 milyonluq xalq ola-ola 4 milyon erməninin əlində aciz qalmısınız? Bu, çox maraqlı sualdır. Həqiqətən də, biz niyə ermənilərin əlində aciz qalmışıq? Ona görə ki, ermənilərin haçansa bizim kimi insanlıq hissi yaşayacağına inanmışıq. Səhvimiz də bunda olub. Ermənilər isə əksinə, vəhşiliklərini davam etdiriblər. Ona görə də biz bu gün keçmişi yenidən xatırlatmaqla bir daha başımıza belə bəlaların gəlməsinin qarşısını almaq istəyirik”.
“Danışır erməni elitası”
BDU-nun müəllimi Atamoğlan Məmmədov Nuridə Allahyarovla birgə “Danışır erməni elitası” adlı kitab yazdıqlarını söylədi. O dedi ki, biz erməniləri öz dilləri, öz sözləri ilə ifşa etməyə çalışmışıq. Kitabda ermənilərin özləri haqqında dedikləri fikirlər tarixi faktlar əsasında öz əksini tapıb. Sonra 31 mart soyqırımı ilə bağlı videoklip və “Danışır erməni elitası” adlı sənədli film nümayiş etdirildi.
“Sizin soyqırımına
məruz qalmağınıza da
soyuq yanaşılır”
Konfransda çıxış edən ABŞ-ın 2001-2006-cı illərdə BMT-dəki səfiri Sichan Siv oxşar hadisələrlə doğma vətəni Kambocada qarşılaşdığını və bu ağrıların ona yaxın olduğunu söylədi. O, qeyd etdi ki, vaxtilə Kambocada anadan olmuş, aprel ayında Yeni ili təntənə ilə qeyd etmiş və ailənin 6 uşağı ilə birlikdə ən xoş günlərini yaşamışdır. Ancaq 1975-ci ildə hakimiyyətə gələn qırmızı kxmerlər əhalini kütləvi surətdə qırmağa başladılar. O, anası ilə birgə bir müddət xüsusi düşərgədə yaşayıb, sonra isə anasının razılığı ilə Kambocanı tərk etmək qərarına gəlmişdir. Başı min bəlalar çəkəndən sonra Tailandla sərhədi keçmək istəyəndə onu həbs etmişlər. O vaxt buna görə ölüm cəzası verilirdi. Lakin bir sürücü onu labüd ölümdən qurtarmış və o, Tailanda, oradan da Amerikaya gəlib çıxa bilmişdir. Siv dünyada dini, irqi ayrı-seçkilik edib insanların qətlə yetirilməsinin yolverilməz olduğunu və bunun bəşəriyyətə qarşı cinayət olduğunu vurğuladı. Siv: “ABŞ bütün hallarda belə qeyri-insani hərəkətlərin əleyhinə çıxır. Amma biz də sizin kimi dünya xalqlarından vaxtilə çox şey gözləyirdik. Təəssüflər olsun ki, o vaxt Kambocada baş verənlərə dünya biganə qaldığı kimi, sizin soyqırımına məruz qalmanğıza da soyuq yanaşılır. Bu məsələdə müxtəlif faktorlar xüsusi önəm daşıyır. Yəni hər bir dövlət özünün müəyyən maraqları dairəsindən çıxış edir. Ona görə də baş verən hadisələr təcavüzə məruz qalanlar tərəfindən ümidsizliklə qarşılanır, ümidi itirmək isə dünya üçün çox təhlükəlidir”, - dedi.
“Tarixdə erməni
soyqırımı olmayıb”
Konfransda Almaniyanın Siegen Universitetinin təmsilçisi Henrix Cohannes: “Erməni məsələsinə tarixi baxımdan yanaşmaq lazımdır. Vaxtilə ermənilər Osmanlının zəifləməsindən istifadə edərək baş qaldırdılar. Osmanlının dağılmasında maraqlı olan Avropa ölkələri və Rusiya erməni kartını işə salaraq, Osmanlını çökdürməyə başladılar. I Dünya müharibəsində ermənilər Osmanlıya arxadan zərbə vurdular və nəticədə Türkiyə onları köçürməyə məcbur oldu. Bu köçürmə qışa düşdüyündən xəstəlikdən və aclıqdan ölən ermənilər oldu. Amma bu, soyqırımı deyil. Osmanlı öz təhlükəsizliyini təmin etmək üçün, sadəcə olaraq, onları köçürməyə məcbur idi. Köçürülmə zamanı ermənilərə qarşı heç bir zorakılıq hallarına yol verilməyib. Bir daha təkrar edirəm: bu, soyqırımı deyildi. Eyni zamanda ermənilər həmin dövrdə 1,5 milyon türkü və digər müsəlman xalqları qətlə yetirmişlər. Halbuki ermənilər bu faktla hesablaşmaq istəmir və özlərinin yarım milyon qırılmalarını əllərində bayraq edirlər. Azərbaycanlıların başına gələnlər də ermənilərin Anadoluda və digər yerlərdə həyata keçirdikləri qırğınların davamı idi. Bu gün də Qarabağda baş verən hadisələr o günlərin təkrarıdır. Amma bütün hallarda təcavüz və zorakılıq yolverilməzdir”.
“Zorakılığın qarşısı
alınmasa, bəşəriyyət
uçuruma sürüklənəcək”
Portuqaliyanın postsovet ölkələri üzrə tədqiqat mərkəzinin direktoru Antonio Eduardo Mendonca qeyd etdi ki, sənədli filmlərdə xaç önə çıxarılıb: “Belə çıxır ki, guya ki, bütün Qərb sizə qarşı pis münasibətdədir. Əslində belə deyil, siz keçmişi unutmalı və bağışlamağı bacarmalısınız”. Buna cavab olaraq, millət vəkili Asim Mollazadə qeyd etdi ki, Azərbaycanda tolerantlıq var, sadəcə olaraq, ermənilər xaçdan istifadə etdikləri üçün sənədli filmlərdə bu, öz əksini tapıb. Azərbaycan Avropa ölkəsidir, Avropa dəyərlərinə sadiqdir və bunu bizim ölkəmizdə inşa edilən katolik kilsəsi və yəhudi sineqoqları da bir daha sübut edir.
Yaponiyanın Kobe Şounin Universitetinin təmsilçisi, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin üzvü, Azərbaycan tarixi və mədəniyyəti üzrə araşdırmaçı Ayumi Kishigami isə bu məsələ ilə bağlı öz fikirlərini belə açıqladı: “Mən belə hesab edirəm ki, istər 1918-ci ildə, istərsə də bu günümüzdə azərbaycanlıların başına gətirilən faciələrin günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Dünyanın hər yerində baş verən bütün hadisələrə siyasi qiymət verilməlidir. Əgər bunun qarşısı alınmasa, onda dünyada zorakılıq baş götürüb gedəcək və bəşəriyyət uçuruma sürüklənəcək”.
Qeyd edək ki, Respublika Gənclər İdman Nazirliyi, Bakı Dövlət Universiteti və “İrəli” Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən konfrans bu gün öz işini başa vuracaq.

Category: Yeni Xəbərlər | Views: 640 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024