Xocalı faciyəsi. - 30 March 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2016-12-08, 11.53MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 30 » Xocalı faciyəsi.
Xocalı faciyəsi.
21.39
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.

Həmin gecə erməni silahlı dəstələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edirlər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanır. Nəticədə şəhərdə yanğınlar baş verir və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünür. Belə bir vəziyyətdə, erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali qonşu, azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olurlar. Ancaq onların bu niyyətinin qarşısı erməni silahlıları tərəfindən törədiləcək, tarixdə görünməmiş vəhşiliklə alınır. Həmin gece bəşəriyyət Xocalı adlanan bir yerdə ona qarşı törədilən ən qəddar cinayyətdən xəbərsiz idi. Xocali şəhəri həmin gece faktiki olaraq yer üzündən silinir.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir;
25 uşaq hər iki valideyninin itirmişdir;
130 uşaq valideynylərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür:
150 nəfər itkin düşmüşdür:
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rub dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Allah xocalıda ölenlere rehmet elesin(amin)/Redaktor/M.Xudaverdi 

Category: Azərbaycan | Views: 1341 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2016