Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2017-12-17, 23.28MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Kesilmeyen ateşkes.
Kesilmeyen ateşkes.
20.22
Kəsilməyən ATƏŞ
Atəşkəsin pozulmasından yaranan ümidlər atəşkəs bərpa ediləndə ölür.

Biz Tərtərə çatanda artıq gecə yarıdan keçmişdi. Amma atışma hələ də səngiməmişdi. Pulemyotun şaqqıltısı gecənin səssizliyində dağlarda əks-səda verirdi. Düşmən ağır çaplı silahlardan milli ordumuzun mövqelərini atəşə tuturdular. Zil qaranlıq gecədə havada sayrışan güllələri daha da yaxından müşahidə etmək üçün Tərtərdən cəbhə bölgəsinə qədər olan yoldakı çuxurları «saya-saya» səngərlərə tərəf istiqamət götürdük. Şıxarq kəndinin xarabalıqlarına çatanda qarşımızı əsgərlər kəsdi:

- Hara geirsiniz?- əsgərlərdən biri bizə yaxınlaşaraq soruşdu.
Təpədən dırnağa qədər silahlanmış əsgərə özümüzü təqdim edirik: - Cəbhə bölgəsinə gedirik, atəşkəsin pozulması ilə bağlı ANSPRESS-dən bölgəyə ezam olunmuşuq.

- Mülki şəxslərin keçməsi qadağandır, xahiş edirik geri qayıdasınız.
Nə qədər dilə tutsaq da, əsgərin inadını sındıra bilmədik. Yoldakı çuxurları saya-saya yenidən rayon mərkəzinə qayıdırıq. Yolda əsgərlərin gözündən yayınaraq əraziyə keçmiş jurnalistlərdən birinə zəng edib, ondan post qoyulmayan yolları öyrənirik və tərif edilən yola doğru istiqamət götürürük. Yol boyu yanımızdan ötüb keçən tankları və üzərinə «adamlar» yazılmış hərbi maşınları gördükcə artıq jurnalistlərin istifadə etdiyi bu yolun da deşifrə olunduğu hiss olunurdu. Atəş səslərinin daha aydın eşidilməsindən hiss olunurdu ki, yolun sonuna az qalıb. Təxminən 500-600 metr gedib əkin sahələrinə tərəf dönməli idik. Ondan sonra isə bizi ərazidə olan jurnalistlərdən biri qarşılamalı idi. Bu da yolun sonu və əkin sahəsi. Amma qarşımıza jurnalistlər deyil, tank çıxdı. Maşını yolun kənarına çəkib saxlayırıq. Mühərrik yerini açıb bir gözümüz əsgərlərdə yalandan qurdalanırıq. Əsgərlər isə yolu ortalamış tankın işıqlarını üstümüzə tuşlayıb bizi seyr edirlər... Gözləməyin faydası yox idi. Cəbhə bölgəsində atışma səngisə də, ara-sıra plemyotlar şaqqıldayırdı. Səhər saat 4-ə işləmiş rayon mərkəzinə qayıtdıq.

... Səhər isə rayonda hamının üzü gülürdü. Düşmənin burnu ovulmuşdu. Aldığımız informasiyalar qeyri-dəqiq də olsa sevindirici idi. Milli ordumuzun mövqelərini atəşə tutan düşmən geri oturtmaqla yanaşı iki post itirmişdi. Rayonda qarşına çıxan hər kəs bundan danışırdı.
- Xəbəriniz var, axşam nələr olub? Əsgərlərimiz erməniləri dovşan kimi qovublar. Tək postun birində 19 erməni öldürülüb. 20-30 nəfəri də yaralayıblar.
- İki dənə də post götürüblər.
- O biri postlarda da nə qədər qırıblar, amma özləri gizlədirlər.
- Belə filan uşağı dörd əsgərimizi vurublar...
Çay masası ətrafında əyləşmiş dörd yerli kişi atışmanın nəticələrini müzakirə edirdilər...

...Biz isə yenidən səngərə tərəf yol gedirdik. Necəsini yazmayacam, amma artıq əsgərlərin postunu keçib Şıxarq kəndinə daxil olmuşduq. Arxdan su içən mal-qaranı və bulaq başından su daşıyan qız-gəlini görməsən bəlkə də top gülləsindən darmadağın olmuş bu xaraba evlərdə kiminsə yaşadığını düşünməzsən. Əsasən Laçın və Kəlbəcər qaçqınlarının məskunlaşdığı bu kənddə həyat öz axarı ilə davam edirdi. Heç bir şey olmamış kimi kənd sakinləri bir gün, bəlkə də bir neçə gün əvvəlki formada öz yaşayışlarını davam etdirirdilər. Qız-gəlin bulaq başında paltar yuyur, kişilər mal-qara suvarır, həyatyanı təsərrüfatla məşğul olurdular.

- Dayı, atəşkəs tez-tez pozulur buralarda?, - yedəyində at arxadan mal-qara suvaran orta yaşlı kənd sakinindən soruşuruq.
- Pozulur, hə, demək olar ki, hər gün.
- Bu, sizi narahat eləmir?
- Yox, niyə narahat oluruq ki, artıq öyrəşmişik.
- Atışma zamanı kəndə çoxmu ziyan dəyir?
- Bu kəndə o qədər də ziyan dəymir. Uzaqdı, güllə çatmır. Amma örüşdə çox təlafatlarımız olub. Mal-qaranı atəşə tuturlar, neçə nəfər yaralanıb, ölənlərimiz olub.

- Ermənilər Çardaqlı kəndinə ağır texnika gətirib yığıblar, bu, elə-belə atəşkəsin pozulmasna bənzəmir, - deyə yaşlı bir kişi müdaxilə edir.
- Bizimkilər də gətirərlər ey, sadəcə olaraq atəşkəsin pozulmasını istəmirlər, - deyə başqa bir kişi həmkəndlisinin sözünə müdaxilə edir.
- A kişi, nə atəşkəsdən danışırsan ey, ərəbləri görürsən, israillilər gəlib onları qırırlar, amma yenə də silahı əldən qoymurlar. Neçə illərdir döyüşürlər, - deyə kəndli öz fikrini müdafiə etməyə çalışır. - Axşam saat üçə qədər atışma olub. Sonra sakitləşdilər. Onların atdığı hamısı pulemyot və TŞK-dır, biz isə gülləni saynan atırıq, - deyə kişi əsgərlərimizə hücum əmrinin verilməməsindən gileylənir.
- Nə günü gözləyirlər bilmirəm. İki-üç dığanın nazı ilə oynayırlar. Əjdaha kimi əsgərlərimiz var, inan ki, imkan versələr, bir gecədə qırıb axırına çıxarlar ermənilərin. Elə dünənki gecə də bunu sübut edir də. 4 nəfər biz şəhid vermişik, 20-30 nəfər də onlardan qırılıb. İkisi çavuş, biri kapitandır bizdən şəhid olanların. Halal olsun kapitana. Kişi kimi iş görüb. Nə qədər ermənini qırıb. İmkan vermirlər. Yoxsa nədi ki erməni? Hələ atəşkəsdən əvvəl müharibə gedəndə erməniləri dovşan kimi qovurduq qabağımızda. Gülləni atırdıq qaçırdılar, oturub yeyib-içirdik, gəlirdilər, bir də qovurduq. Sonra Surət-murət kimiləri çıxdı ortalığa bir-birinin bəhsinə torpaqları verdilər, - deyə məcburi köçkün öz xatirələrindən danışırdı.
- Siz gedə bilirsinizsə, Həsənqaya kəndinə gedin, onlar cəbhə bölgəsinə lap yaxındırlar, - deyə başqa birisi müdaxilə edir.

Atəşkəsin pozulmasından yaranan ümidlər

Həsənqaya kəndi cəbhənin Tərtər rayonu istiqamətində düşmən mövqelərinə ən yaxın kəndlərdən birildir. Burada əsasən Kəlbəcər və Laçın rayonundan olan 20 ailə məskunlaşıb. Ümumilikdə kənd əhalisinin sayı 70 nəfəri keçər, ya keçməz. Onların da əksəriyyəti qadınlar və uşaqlardır. Kənd sakinləri əsasən müharibə zamanı uçub dağılmış divarların arasına məskunlaşıblar. Kəndin nə məktəbi, nə poliklinikası, nə də uşaq bağçası var. Bütün bunlara baxmayraq burada yaşayanlar öz həyatlarından məmnundurlar. Onlar atəşkəsin pozulmasından nəinki qorxuya düşürlər, əksinə, düşmən tərəfə atılan cavab güllələri onların ürəyindəki ümidlərini atırır və bir gün bu güllərin ardınca doğma ocaqlarına qayıdacaqlarını düşünürlər...

...Biz kəndə daxil olanda günəş qürub etmək üzrəydi. Yaşlı bir qadın kəndin girəcəyindəki uçub dağılmış divarın dibində oturub Murov dağının arxasında yox olan günəşin şəfəqlərinə tamaşa edə-edə ermənilərə lənət oxuyur, şəhid olmuş əsgərlərimizə ağı deyirdi:
- Onların anası-bacısı ölsün. Kaş onlara bir şey olmayaydı, bizi qıraydılar...
- Nə olub ay nənə, niyə gileylənirsən?
- Nə olmalıdı daha dağ kimi igidlərimizi vurdular, yazıq onların ana-bacılarının gününə.
- Atışma olanda narahat olmursuz?
- Nədən qorxmalıyıq ki, dağ kimi dayanıb əsgərlərimiz qarşımızda. Əksinə hər atışma başlayanda ümid yaranır ki, indi qatıb qabaqlarına qovacaqlar onları torpaqlarımızdan. Qayıdacağıq evimizə-eşiyimizə. Biz canımızdan bezmişik ki, ölsək də heç olmazsa torpaqlarımıza qayıdarıq. O qədər cavanımız qırılandan sonra biz kimə lazımıq?

Səngərdə yaşayanlar

- Çətin deyil cəbhə xətində yaşamaq, necə dolanırsınız?
- Çətindi, əlbəttə çətindir. Nə işimiz var, nə mal- qoyunumuz. Kasıb adamıq. Gələn gündən damlarda qalmışıq. İmkanımız da yoxdu ki, başqaları kimi gedib torpaq alıb ev tikək. Bu əsgərlərə bel bağlayıb oturmuşuq burada.
- Heç buradan köçmək ağlınızdan keçibmi?
- Hara köçək qadan alım?
- Başqaları kimi, Bakıya başqa rayonlara, şəhərə?
- Yox qadan alım, bizim imkanımız olmaz ki, Bakı, Şəki gəzək. Ayrı yerdə yaşaya bilmərəm mən. Bura vətənə yaxındı necə olsa da.
- Yardım alısınızmı?
- Alırıq amma, onunla dolanmaqmı olar? 12 kilo unla neçə gün yaşamaq olar? Pensiya ilə dolanırıq. Ayrı yardım yoxdur.
- Deyəsən kənddə qadınlardı ancaq.
- Niyə var bir iki cavan-cuvan var, onlarda iş-güc dalınca gediblər. Bu boyda atışmanın qabağında gözümüzə yuxu da getmir.
- Niyə, bəs deyirsiniz əsgərlərimizə güvənirsiniz...
- Güvənirik, nə olsun a bala, onların da anası bacısı yoxdumu? Elə ona görə yata bilmirik, ürəyimiz qalır onların yanında. Allah onlara dəyməsin. Ana-bacıları yol gözləyir.
- Atışma olanda işıqlar söndürülür?
- İki gündür sönüb, küləkdə qırıldı. İndi düzəldirlər. Atışmaya görə heç kəs gələ bilmirdi. İşıq keçdi nə çay qoya bilirik, nə yemək.
- İşıq pulu verirsinizmi?
- Veririk. Adam başına 3 manat çörəkpulumuzdan tuturlar, - deyə cavan bir xanım müdaxilə edir. Ev-eşiyimizi qoyub gəlmişik, indi də yatmağa yer tapa bilmirik. Kaş heç gəlməzdik. Xocalını görəndən sonra çıxdıq, yoxsa çıxardınmı. Uşaqlar televizorda görəndən sonra qala bilmədilər. Burada da şəraitimiz çox pisdir. Yağış yağanda evin içində gölləyir...
- Əsas problem su problemidir, - deyə başqa bir qadın söhbətə qoşulur. - Sudan korluq çəkirik. İçməli suyu Tərtər çaydan götürürük. O da ermənilərin işğal etdiyi ərazilərdən gəlir.
- Bəs kənddə məktəb varmı, uşaqlar harada oxuyur ?
- Kənddə nə var ki, məktəb də olsun? Şıxarq kəndinə gedirik, - deyə 14-15 yaşlarında oğlan uşaqlarından biri əlavə edir. - Yağış yağanda, atışma olanda gedə bilmirik. Kimin maşını var, yağışlı günlərdə uşaqlarını aparır, kimin yoxdur, gedə bilmir.
- Getməyin nə mənası var, mən iki ildi orta məktəbi qurtarmışam, amma təhsilimi davam etdirə bilmirəm, - deyə qızlardan biri deyir.
- Niyə davam edə bilmirsiniz, attestat ala bilməmisiniz?
- Almışam, bütün sənədlərim qaydasındadır, amma necə gedim, harada qalacam? Nə yataqxana var, nə də şəhərdə qohum-əqrəbamız.

Bu kəndin 5-10 nəfər kişisini isə bir şey maraqlandırır. Müharibə. Hələlik onlar hər atəşkəs pozulanda əllərində çomaq hazır dayanırlar və nə zaman bu çomaqların silahla əvəz olunduğu günü həsrət gözləyilər
.../Redaktor/M.Xudaverdi

Category: Azərbaycan | Views: 463 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017