Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 14.14MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Apellyasiya Məhkəməsi məhkəmə tərkibinin dəyişdirilməsi ilə bağlı Fərhad Əliyevin vəsatətini təmin etməyib (Yenilənib).
Apellyasiya Məhkəməsi məhkəmə tərkibinin dəyişdirilməsi ilə bağlı Fərhad Əliyevin vəsatətini təmin etməyib (Yenilənib).
19.53
 

Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digərlərinin apellyasiya şikayəti üzrə ilin məhkəmə baxışı davam edib. ANS PRESS-in məlumatına görə, prosesdə hakim Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin qərarını elan edib. Qərar F. Əliyevin vəkillərinin məhkəmə tərkibinə etirazı ilə bağlı olub. Vəsatət əsassız sayıldığı üçün təmin edilməyib.

Daha sonra hakimlər digər vəsatətləri müzakirə etmək üçün müşavirə keçiriblər və qaldırılan heç bir vəsatətin təmin edilməməsi barədə qərar veriblər. Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlərüzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrlik etdiyi məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla F. Əliyev 10 , R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib (5 il dövlət vəzifəsi tutmamaqla). Digər təqsirləndirilənlər Maarif Qurbanov 7 il 6 ay, Mirməcid Əhmədov 5 il, Əlixan Paşayev isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmü ilə digər təqsirləndirilənlər şəxslər Çingiz İbadov, Rafiq Abbasov, Məhəmmədnəbi Rüstəmov, Sakit Baxışov 7 il 6 ay, Mirsalam Əhmədov, Elçin Nadirov, Qədir Hüseynov 6 il, Ədalət Dadaşov 3 il (1 il sınaq müddəti olmaqla), Yusif Həmidov, İsmayıl Mənsimov 2 il, Ağa-Əli Əhmədov 2 il (6 ay sınaq olmaqla), Sergey Borşevski 2 il (1 il sınaq olmaqla), F. Əliyevin sabiq köməkçisi Elşad Abbasov və Ağabəy Hüseynov 1 il şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. F. Əliyev CM-nin 179.3.1, 179.3.2, 192.2.1, 192.2.2, 206.4, 213.4, 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313-cü, onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev isə CM-nin 179.3.1, 179.3.2, 188, 192.2.1, 192.2.2, 206.3.1, 206.4, 213.4, 259, 313-cü maddələri ilə ittiham olunub. Cinayət işi üzrə 1287 zərərçəkmiş, 700-ə yaxın şahid var, 164 mülki iddiaçı olub./Redaktor/M.Xudaverdi

Category: Yeni Xəbərlər | Views: 725 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024