Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 16.43MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » "Dağlıq Qarabağın statusu məsələsində referendum ideyası yanlış idi"
"Dağlıq Qarabağın statusu məsələsində referendum ideyası yanlış idi"
19.48
Eldar Namazov: "Təməl prinsiplər arasında referendum məsələsinin müzakirəsini artıq bitmiş saymaq olar"

Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin iştirakçılarından hər birinin üzərinə məsuliyyət düşür. Bu fikri "Turan"a müsahibəsində nizamlanma üzrə danışıqlarda yaranmış vəziyyəti şərh edərkən "Azərbaycan naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.
Təbii ki, əsas məsuliyyəti Azərbaycan ərazilərini zəbt etmiş Ermənistan daşıyır. Bu zaman İrəvan danışıqlarda güc mövqeyindən çıxış edir və 5 rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir.
Bu zaman dünya birliyi adından çıxış edən ATƏT-in Minsk qrupu Ermənistanın mövqeyinə adekvat reaksiya vermir və faktiki olaraq, təcavüzkarı və təcavüz qurbanının bərabərləşdirir.
"Nəhayət, danışıqlar prosesinin gedişatında səhvlərə yol vermiş Azərbaycanın da üzərinə məsuliyyət düşür", - deyə Namazov qeyd edib. Xüsusən, bir neçə il əvvəl Azərbaycanın Dağlıq Qarabağın statusu üzrə referendum keçirilməsi ideyasını rədd etməməsi ciddi səhv olub. "Axı onda biz xəbərdarlıq edirdik ki, referendum ideyası Azərbaycan Konstitusiyasına, ölkənin milli maraqlarına ziddir", - deyən Namazov formal olaraq bunun demokratik prosedur olduğunu, amma Qarabağ münaqişəsinə münasibətdə qəbuledilməz olduğunu qeyd edib.
Namazov xatırladıb ki, hələ 1988-ci ildə Akademik Andrey Saxarov eyni vaxtda həm Dağlıq Qarabağda, həm də Ermənistanda olan Azərbaycan milli azlığı arasında plebisit keçirməyi təklif etmişdi. Azərbaycanlıların Ermənistandan köçürülməsindən sonra Ermənistandakı azərbaycanlılar üçün plebisit haqqında məsələ həmişəlik qüvvədən düşüb.
Görünür, yalnız indi Azərbaycan hakimiyyəti DQ-də referenduma qəti "yox" deməyi qərara alıb. "Niyə indiyədək Bakı etiraz etmirdi? Bundan başqa, həmin xarici işlər nazirinin müavini Araz Əzimov, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov və XİN rəhbəri Elmar Məmmədyarovun özü bildiriblər ki, Dağlıq Qarabağda referendum Azərbaycan əhalisinin regiona qaytarılmasından sonra mümkündür. Bu, beynəlxalq hüquq məntiqinə zidd tamamilə yanlış mövqe idi", - deyə Namazov qeyd edib.
Azərbaycan hakimiyyətini bu məsələ üzrə mövqeyini dəyişməyə nəyin məcbur etdiyi ilə bağlı suala cavabda Namazov bildirib ki, görünür, Kosovonun müstəqilliyini elan etməsindən sonra yaranan vəziyyət və Minsk Qrupu həmsədrlərinin BMT-nin "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" qətnaməsi üzrə mövqeyi buna səbəb olub.
Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazı olması ilə əlaqədar həmsədrlər tərkibinin dəyişməsi nə dərəcədə realdır? Buna cavabda Namazov vəziyyətin düzgün qiymətləndirilməsi zərurətini qeyd edib. Bu, ondan ibarətdir ki, nə Azərbaycan, nə də Ermənistan həmsədrlər tərkibini müəyyən etmir. Digər tərəfdən, həmsədrlər bütün mühüm beynəlxalq oyunçuları təmsil edirlər. ABŞ, Rusiya və Fransanın simasında Aİ. Doğrudur, Çin yoxdur, amma ÇXR ATƏT-in və Minsk qrupunun üzvüdür.
Azərbaycan üçün Türkiyənin həmsədrliyə cəlb edilməsi yaxşı olarda. Lakin bu real deyil, belə ki, Ermənistana ziddir. Hazırki həmsədrlərin Qafqazda xüsusi qeosiyasi marağı olmayan Avropa ölkələri ilə əvəzlənməsi alternativ ola bilərdi. Baxmayaraq ki, artıq belə olub (İsveç, Finlandiya) və bu da nəticə verməyib. Ona görə də həmsədr kimi ən iri dövlətləri təyin etmək qərara alınıb ki, onlar vəziyyətə daha çox təsir göstərə bilsinlər.
Hazırki vəziyyətdə Namazov ABŞ və Rusiyanı Minsk qrupu həmsədri kimi saxlayaraq, Fransanın Avropa İttifaqında sədrlik edən ölkə ilə dəyişdirilməsini ağlabatan hesab edir. Amma müəyyən müddətlik Fransanın yerinə Almaniya həmsədrlik etsəydi, daha da yaxşı olardı.
"Fransanın rolunu kiçiltmək lazım deyil. Lakin Fransa və Almaniya arasında partnyorluq o qədər güclüdür ki, onlar Avrointeqrasiyanın lokomotividir. Və bu vəziyyətdə müəyyən vaxtlıq həmsədrliyi Almaniyanın üzərinə qoymaq olar", - Namazov belə hesab edir.
Bundan başqa, o hesab edir ki, bütün Minsk qrupunu fəallaşdırmağın əhəmiyyəti var və onun tərkibinin rotasiyası aparılması mümkündür.
Minsk prosesinin alternativi kimi yeni danışıqlar formatının yaradılması mümkündürmü? Namazov bu mümkünlüyə yalnız Minsk qrupu alternativi kimi yox, parallel qurum kimi yol verilə biləcəyini hesab edir. Xüsusən, Yerevanın Ankara və Bakı ilə oxşar problemləri olduğunu nəzərə alaraq, Azərbaycan-Ermənistan-Türkiyə formatında danışıqlar aparılması mümkündür. "Ermənistan və Türkiyə arasında problemlərin həlli Qarabağ münaqişəsinin də həllinə şərait yaradardı. Və ya Ermənistan-Azərbaycan münaqişəsinin həlli Yerevanın Ankara ilə münasibətlərinin normallaşmasına müsbət təsir göstərərdi", - Namazov belə hesab edir. Bu prosesin kosponsorları, onların beynəlxalq münasibətlərdə mühüm rolunu nəzərə alaraq, ABŞ və Rusiya ola bilərdi
Azərbaycanın ATƏT-in MQ həmsədrlərindən narazılığının Bakının bu dövlətlərlə qarşılıqlı münasibətlərinə necə təsir edəcəyi haqqında suala cavabda Namazov bildirib ki, artıq müəyyən gərginlik var. Və münasibətlərdəki gərginlik aydındır, çünki söhbət Azərbaycan üçün ərazilərinin işğalı kimi həssas problemdən gedir.
Namazov hesab edir ki, Azərbaycan danışıqlarda dəqiq və aydın mövqe hasil etməli və yerinə yetirilə bilməyən vədlər verməməli və üzərinə yerinə yetirilməyən öhdəliklər götürməməlidir. Axı əvvəldən məlum idi ki, referendum ideyası bütün sülh prosesini dağıda biləcək gec açılan minadır.
Vasitəçilərin davranışına gəldikdə isə, onlar artıq Azərbaycandan onun ərazi bütövlüyünə zidd kompromisslər tələb etməməlidir. Azərbaycan artıq DQ-yə yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirməklə, DQ üçün beynəlxalq ictimaiyyət tərəfindən təhlükəsizlik zəmanətlərinə və sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılaşaraq, böyük kompromisslərə gedib. Çətin ki, daxili münaqişəsinin həllinə belə fəal beynəlxalq müdaxiləni qəbul edəcək başqa bir dövlət tapıla. Amma Azərbaycan buna münaqişənin sülh yolu ilə həll olunması üçün razılaşıb.
Hərbi əməliyyatların bərpası perspektivlərinə gəldikdə, Namazov hesab edir ki, münaqişə həll olunmadıqca, bu həmişə realdır. Qarabağ münaqişəsi bəzilərinin səhv olaraq düşündükləri kimi, dondurulmuş münaqişə deyil, közərən münaqişədir. Atışma olursa və insanlar həlak olursa, dondurulmuş münaqişələrdən danışmaq olmaz.
Namazov həmsədrlərin ermənipərəst mövqe tutduqları barədə fikri "şişirdilmiş" adlandırıb. Hətta ABŞ və Rusiya bir çox beynəlxalq problemlərdə fikir ayrılıqları olsa da, Qarabağ məsələsində həmrəyliklə fəaliyyət göstərirlər. Əlbəttə, "ikili standartlar" özünü göstərir. Lakin çətin ki, nizamlanma prosesinin uzadılmasının İrəvanın maraqlarına cavab verdiyini hesab etmək olar. Ermənistan artıq bir çox regional əməkdaşlıq layihələrindən kənarda qalıb. Ermənistanda sonuncu prezident seçkiləri göstərdi ki, ölkə hakimiyyətinin siyasəti əhalinin böyük bir hissəsi tərəfindən rədd edilir.
Praqa prosesinin gələcək taleyinə gəldikdə isə, Namazovun fikrincə, təməl prinsiplər arasında referendum məsələsinin müzakirəsini artıq bitmiş saymaq olar
./Redaktor/M.Xudaverdi

Category: Yeni Xəbərlər | Views: 615 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024