Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 18.49MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Odlar Yurdu...............
Odlar Yurdu...............
19.12
 
Olmayan şeydən necə korluq çəkmək olar?

Gündən-günə inkişaf edib neftdən gələn gəlir hesabına çiçəklənən Bakı son zamanlar mənə Gürcüstanın Azərbaycanla sərhədində yerləşən kəndimizi xatırladır. Hələ sovet dövründə payız girən kimi kənd camaatı işıq üzünə həsrət qalardılar. Mantyorlar iki dəqiqədən bir işıqları söndürərdilər. Amma indikindən fərqli olaraq o zaman hamı mantyorların qarnının sancısını bilərdi. Bilirdilər ki, payız girən kimi kənddə toy mövsümü başlayır. Mantyorların nəməri çatmasa, toyun ən qızğın çağında işıqlar kəsiləcək (toyun sonuna yaxın söndürsəydilər, bəlkə də onları başa düşmək olardı). Ona görə də arif adamlar toydan əvvəl mantyoru «görüb» nəmərini çatdırardı ki, camaat toyxanada oturanda qaşığı qulağının dibinə aparmasın.

Kəndə hamı mantyorların bu vərdişinə öyrəşmişdlər. Elə ki işıqlar kəsilirdi, əvvəlcə mantyorun nəslinin-nəcabətinin, sonra da özünün «nəmər»ini çatdırarlar. Hələ ötən il HESABAT jurnalı üçün elektrik enerjisinin verilməsindəki problemlərlə bağlı araşdırma apararkən bu barədə xatırlatmışdım: Kəndimizdə Hümbət adlı mantyor vardı. Günahı oldu, olmadı işıqlar sönən kimi hamı bir ağızdan deyərdi ki, «gözün kor olsun ay Hümbət». Axırda yazığı kəndin qarğışı tutdu. Odun yararkən qamqalaq kişinin gözünü çıxardı və Hümbət həqiqətən kor oldu.

Amma son zamanlar kəndimizdə vəziyyət düzəlib. Azərbaycandan işıq alan Gürcüstan hökuməti kəndimizin mantyorlarını elin qarğışından xilas edib. Elektrik enerjisini hansısa özəl bir şirkətə həvalə etdiyindən, kəndimizdə heç kəs daha mantyorlara qarğış etmir. Amma Bakıda vəziyyət düzəlmir ki, düzəlmir. Bəzən düşünürəm ki, yəqin ki, işıq məsələsində cavabdeh olan şəxslər xalqın «nəmər»ini almadan yaşaya bilmir. Ona görə də günlərlə camaatı işıq üzünə həsrət qoyurlar.

Ancaq insafnan danışsaq, son üç gündə işıq məsələsində heç bir problem yoxdur. Bilmirəm indi, bayram günləri olduğuna görə, camaata hörmət edirlər, onların işığını oğurlayıb, hansısa şirkətə satmırlar, yoxsa özlərini bayram günlərində xalqın «nəmər»indən məhrum edirlər.
Bir də axı ODLAR YURDUnda işıq kimin nəyin
ə lazımdır?Redaktor(M.Xudaverdi)

Category: Ordan-burdan | Views: 644 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024