Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 18.32MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » «Azərbaycan Beynəlxalq Məhkəməyə müraciət etməlidir» (FOTOSESSİYA)
«Azərbaycan Beynəlxalq Məhkəməyə müraciət etməlidir» (FOTOSESSİYA)
19.04
Fəzail İbrahimli: «Azərbaycan hökuməti soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı 1918-1920-ci illərdən yarımçıq qalmış işləri başa çatdırmalıdır»

1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsinə Bakıda abidə qoyulması prosesinə start verilməlidir. Bunu ANSPRESS-ə açıqlamasında tarixçi-professor, millət vəkili Fəzail İbrahimli deyib: «Belə bir abidə indiyədək qoyulmalıydı. Lakin bu gün də gec deyil. Əlaqədar orqanlar bu haqda düşünməlidir. Əgər belə bir abidə qoyularsa, dövlət tərəfindən soyqırımı qurbanlarının xatirəsinə hörmət olar».

Qeyd edək ki, Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq hakimiyyəti dövründə, 1918-ci il soyqırımının əbədiləşdirilməsi üçün atılan addımların davam etdirilməsinin vacibliyi vurğulanır. Fəzail İbrahimlinin fikrincə, soyqırımı abidəsinin qoyulması da AXC hakimiyyətinin süqutu üzündən yarımçıq qalmış işlərdəndir: «Bundan başqa, 1918-ci ilin mart soyqırımıının təhqiq edilməsi də yarımçıq qaldı. Bu istiqamətdə çox böyük işlər görüldü. 1918-ci il iyulun 15-də soyqırımının tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradırması haqqında qərar qəbul edildi. Komissiya mart soqyrımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniya ərazisində ermənilərin tbörətdiyi ağır cinayətləri araşdırdı. Lakin vaxt bu cinayətlərin məhkəməsini qurmağa imkan vermədi».

Fəzail İbrahimli hesab edir ki, hazırkı Azərbaycan Respublikası Beynəlxalq Məhkəməyə də müraciət etməli, AXC dövründən yarımçıq qalmış işi başa çatdırmalıdır.

Xatırladaq ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı hadisələri zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülüb ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olub. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılıb, 131 min 900 nəfər isə qətlə yetirilib.

Category: Yeni Xəbərlər | Views: 573 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024