Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 19.13MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Rüşvətə xor baxanın…
Rüşvətə xor baxanın…
18.56
Rüşvətə xor baxanın…
Göydəki Allah bizi yerdəki "allah"lardan qorusun!.

   Məni qınamayın, son zamanlar məndə belə bir əminlik yaranıb ki, rüşvətxorluq, alıb-aldatmaq, çapıb-talamaq ancaq və ancaq bizim millətə xas olan bir adətdir. Və bu adətlər digər millətlərə də bizdən keçib. Hansı yolla keçdiyini dəqiq deyə bilmərəm, bir də ki, bunun nə mənası var axı!? Lap elə cinsi yolla keçib, bu nəyi dəyişir ki?! Əsas odur ki, biz də öz adət-ənənələrimizi kimlərəsə sırımışıq. Həm də bu ənənələrin tarixi o qədər qədimdir ki, onun qarşısını almaq üçün kökünə gedib çıxmaq qeyri-mümkündür. Onun kökünə çıxmaq istəyənin kökünü elə qazıyırlar ki, ömrü boyu nəsil törətmək imkanından məhrum olur.

    Açığı məndə bu əminlik Gürcüstana son səfərim zamanı yarandı. Niyəsini indi Sizə də izah edəcəyəm. Hər dəfə Gürcüstana gedəndə oradakı dəyişiklikləri müqayisə etdikcə məni həmişə bir sual düşündürürdü. Niyə bu dəyişikliklər bizim Gürcüstanda yaşayan soydaşlarımızın həyatına təsir etmir?

    Gürcüstanda rüşvətxorluğun kökü kəsilir, soydaşlarımızın yaşadığı bölgələrdə əksinə, inkişaf edir, vətəndaş məmura rüşvət verməkdən çəkinir, məmur vətəndaşdan rüşvət almağa qoruxur, bizim milli məmurlarımız isə vətəndaşın nəinki malını, üstəlik canını da alırlar. Gürcüstanda oğruluq azalır, bizimkilər yaşayan ərazilərdə dövlət səviyysində oğruluğa başlayırlar. Gürcüstan hökuməti fahişəliyə qarşı mübarizə aparır, fahişələri damlayır, bizim kənd sovetlərimiz fahişəliyə başlayır. Qardaşının qız qaçırıb zorlamasını ört-basdır etmək üçün camaatın qızını fahişə damğası ilə içəri soxdurur. Gürcüstan dövləti torpağı kəndlilərə 50 illiyə icarəyə verir, kənd soveti bütün torpağı kəndlidən alır. Gürcüstan hökuməti vətəndaşa yardım paylayır, bizim milli kənd sovetlərimiz həmin yardımı bazarda topdan satış qiyməti ilə xalqın özünə sırıyır. Üstəlik də yaxşı kişi obrazını formalaşdırır. Bazarda bir kisə un 50 lariyə (təxminən 30 AZN) satıldığı halda, kənd soveti xalqın ununu özünə 35 lariyə satdırır. Adını da qoyur ki, dövlət bazardakı bahalığını qarşısını almağa çalışır. Daha millətin xəbəri yoxdur ki, 35 lariyə sırınan un onlara havayı verilməli olan yardımdır. Xəbər tutan 3-5 nəfər ağsaqqal, qarasaqqalın evinə isə bir kisə əvəzinə iki kisə un gönədirlir. Razılaşmayanın adını isə «suka» qoyub nüfuzdan salırlar. Ona görə də məndə belə əminlik yaranır ki, hansı dövlətdə yaşamasından asılı olmayaraq bizim xalqın «yaxşı adət-ənənələrini» məhv etmək qeyri-mümkündür.

    Onu da deyim ki, Gürcüstanda yaşayan soydaşlarımızın «məmə deyənindən pəpə yeyəninə qədər», hamısı oturub-durub yaşadıqları ərazilərin Azərbaycan torpağı olmasından danışırlar. Yəni inzibati ərazi bölgüsü baxımından o bölgələr hazırda Gürcüstana aid olsa da, onlar özlərini həmişə azərbaycanlı, Azərbaycan vətəndaşı hesab ediblər. Fikirləşirəm ki, yuxarıda sadaladığım «adət-ənənələr»in hələ də qorunub-saxlanmasında, daha da inkişaf etdirilməsində məhz bu amilin böyük təsiri var. Buna görə də, Gürcütanda baş verən hər bir müsbət dəyişiklik, Azərbaycanlıların həyatında əks-reaksiya verir. Mənə elə gəlir ki, bu bizim millətin harada yaşamasından asılı olmayaraq «milli dəyərlərimiz»ə yükəsk «sədaqət»indən və «hörmət»indən irəli gəlir.

    Həm də sağ olsunlar Gürcüstanldakı milli məmurlarımız da bu «adət-ənənələr»in qorunub saxlanılmasında çox əziyyətlər çəkirlər. Onar Gürcüstan dövlətində baş verən hər bir dəyişkliyi öz şəxsi maraqlarına uyğunlaşdırmaqda o qədər mahirdirlər ki, kənd camaatı bunun fərqinə də varmır. Varsalar belə səslərini çıxara bilmirlər. Çünki səslərini çıxarsalar da heç kəs eşitməyəcək. Axı, Gürcüstan hökuməti Azərbaycan dilində idarə olunmur. Azərbaycan dilində danışan məmurlarımız isə həmin kəndlini «suka» mükafatı ilə təltif edəcək. Vəssalam. Ona görə də kənd sovetini Allahın yerdəki nümayəndəsi hesab edən kəndlilər onun barəsində şikayət etməyi özlərinə ar bilirlər. Kənd soveti isə özünü nəinki Allahın yerdəki nümayəndəsi, lap elə Allah kimi aparır...
   

    Göydəki Allah bizi yerdəki "allah"larlrdan qorusun! AMİN

Category: Yeni Xəbərlər | Views: 607 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024