Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 13.31MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Rəqsanənin bacısı və anasına hökm oxunub.
Rəqsanənin bacısı və anasına hökm oxunub.
18.08
Müğənninin bacısı Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib.

    Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanənin bacısı Ellada İsmayılova və onun anası Adilə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ANS PRESS-ə verilən məlumata görə, hakim Eynulla Vəliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun anası A. Həsənovaya isə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

    E. İsmayılovaya Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), A. Həsənovaya isə CM-nin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

    Qeyd edək ki, Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi oktyabrın 4-də E. İsmayılovaya qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar olmadığından onun barəsində bəraət hökmü çıxarıb. E. İsmayılovanın barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A. Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra zaminə buraxılıb. E. İsmayılova və A. Həsənova insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib.

Category: Yeni Xəbərlər | Views: 580 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024