Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 09.05MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 28 » “Şeron” qrupu yeni internet saytını təqdim edib .
“Şeron” qrupu yeni internet saytını təqdim edib .
22.04

Bakı. Ülkər Qasımova-APA. Bu gün Ülvi Cəfərovun rəhbərlik etdiyi “Şeron” qrupu yeni internet saytının təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə sayt haqqında ətraflı məlumat verən qrupun prodüseri Orxan Qafarov bildirib ki, www.g-sheron.az internet saytında qrupla bağlı geniş və maraqlı məlumatlar, fotosessiyalar, eləcə də son xəbərlər toplanılıb: “Bundan sonra qrupla bağlı yeni məlumatları ilk olaraq bu saytda yerləşdiriləcək. Saytda qrup üzvlərinin ifasında iki yeni - “Sarı köynək” və qrupun yeni yazdırdığı “Çəkər ha” mahnılarını dinləmək və yükləmək şansınız var. İnternet portalında bu zamana kimi “Şeron” qrupunun ifasında dinlədiyiniz mahnılar, eləcə də bütün kliplər toplanılıb. O. Qafarov deyib ki, internet saytı Azərbaycan, rus və ingilis dillərində olan bölmələrdən ibarətdir. “Şeron”un pərəstişkarları sayt vasitəsilə sual və istəklərinə də cavab ala bilərlər.
Daha sonra öz yaradıcılıq yeniliklərindən danışan “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov bildirib ki, hazırda qrup “Sarı köynək” mahnısına klip çəkilişlərinə hazırlıq aparır. “Şeron”un yeni klipini rejissor Ülviyyə Könül ekranlaşdıracaq. Ü. Cəfərov eləcə də, qrupun may ayında yeni layihəni pərəstişkarlarının ixtiyarına verəcəyini qeyd edib. O bildirib ki, layihə qrupun Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə hazırladığı klassik mahnılardan ibarətdir. Qeyd edək ki, Türkiyənin tanınmış sənətçisi Bengü yaxın günlərdə Azərbaycana səfər edəcək. Bengünün bu səfəri isə məhz “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərovla görüşmək istəyidir: “Bengünün Bakıya gəlməsinin səbəbləri hələ mənə tamamilə məlum deyil. Ola bilər ki, biz duet oxuyaq. O mənimlə duet oxumaq istəyini bildirib, ancaq mən tək deyil, qrupla duetə razılıq verəcəyəm”.

Category: Məşhurlar | Views: 1042 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024