Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 10.42MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 28 » “ÇAL-ÇAĞIR” EFİRƏ ÇIXMAYACAQ?
“ÇAL-ÇAĞIR” EFİRƏ ÇIXMAYACAQ?
21.58

Oqtay Əliyev: “Bu kimlərinsə xam xəyalıdır
Qalmaqal və şouları ilə baxımlı verlişlərdən olan “Çal-çağır”ın efirə çıxmasına deyəsən, problem yaranıb. “Bizim yol” qəzetinin yazdığına görə, verilişin aparıcısı Dilarə Əliyeva “ANS-Prees” nəşriyyat evinə məxsus jurnallardan birinə verdiyi müsahibədə sevimli içkisi kimi qazlı sulardan birinin adını çəkib. Bu isə verilişə sponsorluq edən “Jalə” şirələrini istehsal edən “Gilan-holdinq”in rəhbərliyinə xoş gəlməyib. Hətta onların müqaviləsi pozulmaq həddinə çatıb. “Soy” kampaniyasının rəhbərliyi də məsələyə qarışaraq məsuliyyəti jurnalın üzərinə atsa da, barışıq mümkün olmayıb.

Bəs, “Çal-çağır” verilişi efirə çıxmayacaqmı? Dünən bununla əlaqədar “Soy” kampaniyasına müraciət etdik. “Soy-prodakşn”ın həmsədri Oqtay Əliyev bildirdi ki, söylənilənlər şayiədir: “Çal-çağır”ın bağlanması kimlərinsə xam xəyalından başqa bir şey deyil. Veriliş bu bazar efirdə olacaq".

FİRƏNGİZ ƏLİZADƏ “UNESKO”nun MÜKAFATINI ALIB
Bəstəkarlar İttifaqının sədri, məşhur bəstəkar və pianoçu Firəngiz Əlizadə “Dünya artisti” fəxri adını alıb. Bəstəkar aprelin 3-də Parisdə “YUNESKO”nun təşkilatçılığı ilə keçirilən festivala dəvət alıb. Firəngiz xanıma orada “Dünya artisti” mükafatını “YUNESKO”nun baş direktoru Kiotiro Matsuura təqdim edəcək.
Qeyd edək ki, F.Əlizadənin əsərləri Avropa, Amerikada keçirilən musiqi festivallarında dəfələrlə səslənib.
Bu yaxınlarda onun Nyu Yorkda “Allahlar Şərqdən gəlirlər” əsərinə də baxış keçiriləcək. Xor üçün yazılan bu əsər məşhur Amerika drijoru M.Şapironun rəhbərliyi altında “Cantory New-York” ansamblı tərəfindən səsləndiriləcək.
“Allahlar Şərqdən gəlirlər” ilk dəfə 2000-ci ildə qərb-alman radiosunda səslənib. Azərbaycan və alman mədəniyyətini ifadə edən əsərin mövzusu alman şairi Hötenin “Şərq-Qərb” divanından götürülüb.

KANADADA ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILMIŞ ABİDƏLƏRİN FOTOSƏRGİSİ KEÇİRİLİB
Martın 26-da Kanadanın Ottava Universitetində Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən dağıdılmış mədəni irs və qədim abidələrin fotosərgisi açılıb. Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, Ottava Azərbaycanlıları İcmasının təşkil etdiyi sərgidə məqsəd həmin abidələrin qorunması, bərpası və gələcək nəsillərə çatdırılmasına çağırışdır.
Aprelin 6-dək davam edəcək sərgidə dağıdılmış abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar nümayiş etdirilir.
İcmanın nümayəndəsi Yaşar Moğan işğal altında olan Azərbaycan ərazisində 738 tarixi abidənin, 28 muzeyin və 14 xatirə kompleksi dağıdıldığını və bunun təkcə Azərbaycan deyil, bütün bəşəriyyət üçün böyük itki olduğunu vurğulayıb.
Sərginin açılışında Kanadanın qeyri-hökumət təşkilatlarının rəhbərləri, dini icma qurumlarının, Azərbaycan və Türk icmalarının nümayəndələri və həmçinin tələbələr iştirak ediblər.

“BEST MODEL”dən SEÇİLƏN GÖZƏL BEYNƏLXALQ MÜSABİQƏYƏ QOŞULACAQ
2006-cı ildə “The Best Model of Azərbaycan” gözəllik müsabiqəsinin qalibi olan Lalə Eyvazova yeni beynəlxalq müsabiqəyə dəvət alıb. L.Eyvazova “Miss Tourism Queen İnternational” şəhərlərarası gözəllik müsabiqəsində iştirak edəcək.
Qeyd edək ki, boyu 175 sm olan 19 yaşlı model hazırda tələbədir. Xatırladaq ki, model Lalə və Rüstəm  2006-cı ildə Azərbaycanda keçirilən “Best Model” müsabiqəsinin rəhbəri, türkiyəli iş adamı Ərkən Özərman tərəfindən qalib seçilsə də, onların beynəlxalq müsabiqədə iştirakına əngəl yaradılmışdı. Hətta bu səbəbdən “The Best Model of Azərbaycan”ın həmin vaxt azərbaycanlı təmsilçisi olan Aygün Kazımova ilə Ərkən Özərmanın işgüzar münasibətlərinin pozulduğu bildirilir. Görəsən, Lalə yeni beynəlxalq müsabiqəyə necə hazırlaşır? Onu arasaq da, əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

BƏDİİ GİMNASTİKA ÜZRƏ KOMANDAMIZ DÜNYA QRAN-PRİSİNDƏ İŞTİRAK EDƏCƏK
Bədii gimnastika üzrə qrup komandamızın Dünya Qran-Prisinə hazırlığı başa çatdmaq üzrədir. Komandanın rəhbəri Mariana Vasilyevanın yetirmələri Dünya Qran-Pri mərhələsində martın 29-da çıxış edəcək.
Fransanın Tie şəhərində keçiriləcək festivalda komanda iki nominasiyada çıxış edəcək. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alyona Tryopina və Anastasiya Prosolovadan ibarət kvintetlər əvvəlcə 5 iplə nəzərdə tutulmuş kompozisiyanı münsiflər heyətinə təqdim edəcək. Daha sonra beşlik 3 halqa və 2 cüt gürzlə də çıxış edəcək. Komanda finala vəsiqə alsa, xalça üzərində çıxış edəcək.

 

Sevdimali_Pervin.

Category: Məşhurlar | Views: 845 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024