Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 11.42MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 28 » Niderland deputatı İslam dinini tənqid edən “Fitnə” filmini internetdə yerləşdirə bildi.
Niderland deputatı İslam dinini tənqid edən “Fitnə” filmini internetdə yerləşdirə bildi.
14.07
 
15 dəqiqəlik filmdə “Quran”ın oxunması 2001-ci il sentyabrın 11-də Ümumdünya Ticarət Mərkəzindəki terror və 2004-cü ildə Madriddə qatar partlayışı xronikası ilə müşayiət olunur.

Niderland parlamentinin qalmaqallı deputatı və sağçı “Azadlıq Partyası”nın lideri Qeert Vilders internetdə antiislam yönümlü film yerləşdirib. 15 dəqiqəlik “Fitnə” adlı filmdə “Quran”ın oxunması 2001-ci il sentyabrın 11-də Ümumdünya Ticarət Mərkəzindəki terror və 2004-cü ildə Madriddə qatar partlayışı xronikası ilə müşayiət olunur. Film LiveLeak.com saytında ingilis və holland dillərində yerləşdirilib.

Qeyd edək ki, depuat bir neçə dəfə cəhd etsə də heç bir holland telekanalı onun filmini yayımlamağa razılıq verməmişdi, Amerikanın Network Solutions provayderi isə siyasətçinin əvvəl filmi yerləşdirmək istədiyi saytı bağlayıb.
Bloomberg.net saytının verdiyi məlumata görə, film Niderlandın müsəlman icmasının narazılığıa səbəb olub. Marıtn 22-si Amsterdamda 5000 nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib.
Holland hökuməti isə bu roliklə əlaqələri olmadığını deyib. Belə ki, ölkənin baş naziri Yan Peter Balkenende bildirib ki, onlar müsəlman təşkilatlarının bu filmə təmkinli reaksiyasından razıdırlar. O, həmçinin deyib ki, Vildersin islam barədə anlayışı ilə qəti razı deyil. “Filmdə İslam zorakılıqla eyniləşdirilir. Biz bununla razılaşa bilmərik”.
Qeyd edək ki, 44 yaşlı Qeert Vilders 2004-cü ildə liberal partiyasını tərk etdikdən və özünün “Azadlıq Partiyası” hərəkatını təşkil edəndən bəri müsəlman ölkələrindən olan mühacirlərlə mübarizə aparır. Onun hərəkatının əsas şüarı isə niderlandlıların islamlaşmasının dayandırılmasına çağırışdır.

Category: Yeni Xəbərlər | Views: 585 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024