Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 09.33MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 27 » YAŞAR NURİ ƏMƏLİYYATA HAZIRLAŞIR .
YAŞAR NURİ ƏMƏLİYYATA HAZIRLAŞIR .
18.33
“Aprelin 10-u, 15-i İstanbula yollanacam”Fevralın 9-da Türkiyədə prostat vəzidən əməliyyat edilən Azərbaycanın xalq artisti Yaşar Nuri yenidən əməliyyat olunacaq. Qaraciyər xəstəliyindən əziyyət çəkən aktyor bir müddət əvvəl İstanbul Memorial Xəstəxanasında müalicə almışdı. Həkimlərin məsləhətilə Bakıya qayıdan Y.Nuriyə uyğun donor tapıldıqdan sonra əməliyyat ediləcəyi bildirilmişdi. Qeyd edək ki, aktyorun Bakıya dönüşünün əsas səbəbi Novruz bayramını öz yaxınları arasında keçirmək istəyi olub.

Dünən bizimlə söhbətində aktyor adəti üzrə ağrılardan şikayətlənməyərək özünü yaxşı hiss etdiyini bildirdi: “Səhhətimlə bağlı narahatlıq keçirənlərə minnətdaram. Məni yada salan da sağ olsun, salmayan da. Qəzetinizin kollektivini və bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Özümə gəlincə, yenidən Türkiyəyə müalicəyə qayıdacam. Həkimlər növbəti əməliyyata ehtiyac görüblər, əməliyyat bu dəfə qaraciyərimdə aparılacaq. İnşallah, aprelin 10-u, 15-i İstanbula yollanacam”.

İRADƏ “N-1“dən NİYƏ İMTİNA EDİB?
Xeyli vaxtdır ATV telekanalında nümayiş olunan “N-1” realiti-şousunda müğənni İradənin həmkarı Rəqsanə ilə ”rinq”ə çıxmaması verilişin tamaşaçılarını təəccübləndirib. Dünən redaksiyamıza zəng edən bir oxucu ötən həftə ATV-də “Bozbaş-Pikçers” şousunda İradənin keçmiş kliplərindən birinin əcaib təqdimatından danışdı. Oxucu xahiş etdi ki, bu təqdimata müğənninin necə münasibət göstərməsini öyrənək: “Məncə, bu klipin ”Bozbaş”da nümayişi İradə xanımın “N-1”i ”boykot” etməsinə cavab idi”.
Dünən İradənin mətbuat katibi ilə əlaqə saxlayıb onun realiti-şouda iştirak etməməsinin səbəbini öyrəndik. Mətbuat katibi bildirdi ki, müğənni “N-1”də Rəqsanənin çağırışına ona görə gəlməyib ki, həmin vaxt onun Rusiyada konsertləri olub: “Bu konsertlər 3-4 ay öncə planlaşdırılmışdı. Azərbaycan diasporunun təşkilatçılığı ilə müğənni Novruz bayramı ilə əlaqədar Rusiyanın bir neçə şəhərində təntənəli konsertlər verib. İradə xanımın həmin ərəfədə “N-1”də iştirak etməməsinə səbəb bu idi. Bu haqda biz rəsmi şəkildə məlumat yaysaq da, nədənsə məlumat səslənmədi. Sözügedən klipin təqdimatına gəlincə, bu klipi İradə xanım özü ATV-yə təqdim edib. Amma “xüsusi şərhlərlə” nümayiş olunması hər halda xoşagələn deyil”.

Category: Yeni Xəbərlər | Views: 582 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024