Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 16.34MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 27 » İsrail parlamenti qondarma “erməni soyqırımı” məsələsini müzakirə edəcək.
İsrail parlamenti qondarma “erməni soyqırımı” məsələsini müzakirə edəcək.
14.33
 
Plenar iclasda baxışdan sonra, parlament məsələnin hansı komissiyada müzakirə olunacağına qərar verməlidir.

İsrail knessetində ilk dəfə qondarma “erməni soyqırımı” məsələsinin tanınması məsələsi müzakirə edilib. Plenar iclasda baxışdan sonra, məsələ parlamentin təhsil komissiyasının baxışına verilib. Bu barədə Newsru.co.il saytı məlumat verib.

Qeyd edək ki, bu məsələ knessetdə deputat Xaim Oronun təklifi ilə müzakirəyə çıxarılıb. Belə təkliflər parlamentdə hər il olsa da, hər dəfə də hökumət Xarici İşlər Nazirliyinin tələbi ilə bu məsələnini müzakirəsinə imkan vermirdi. Bu dəfə isə xarici işlər naziri Sipi Livninin (“Kadima”) əvəzinə hökuməti parlamentdə kənd təsərrüfatı naziri Şalom Simxon (“Avoda”) təmsil edib. O, əvvəlcə məsələnin plenar iclasda müzakirəsinə etiraz etsə də, sonradan gözlənilmədən deputat, İsrail-Ermənistan dostluq parlament assosiasiyasının sədri Zeva Elkinin (“Kadima”) təşəbbüsü ilə razılaşıb. O, isə erməni soyqırımının tanınması məsələsinin təhsil komissiyasına verməyi təklif edib. Zeb Elkin Xaim Oronun təşəbbüsünü də fəal olaraq dəstəkləyib. Nəticədə isə deputatlar məsələnin təhsil üzrə komissiyanın iclasında müzakirəsinə yekdilliklə səs veriblər. Daha sonra isə deputat, İsrail- Azərbaycan dostluq parlament assosiasiyasının sədri İosif Şaqal (“Bizim ev İsraildir”) məsələnin xarici işlər və müdafiə məsələləri üzrə komissiyaya verilməsini təklif edib. Bundan sonra knesset məsələlər üzrə komissiyası harada müzakirə olunacağına qərar verməlidir.

Category: Yeni Xəbərlər | Views: 631 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024