Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 09.31MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 27 » Rusiya məktəblərində İslam dini tədris olunacaq.
Rusiya məktəblərində İslam dini tədris olunacaq.
01.16
 
“Mənəvi-əxlaq mədəniyyəti” dərsi məktəb proqramının tərkib hissəsi olacaq.

Rusiyada orta məktəblərdə 2009-cu ilin sentyabrın 1-dən başlayaraq “Dini-əxlaq mədəniyyəti” dərsi keçiləcək. “Mənəvi-əxlaq mədəniyyəti” dərsi məktəb proqramının tərkib hissəsi olacaq. Bu dərs 2-ci və 11-ci sinif şagirdlərinə keçiləcək. Şagirdlər həftədə iki dəfə bu məşğələlərdə iştirak edəcəklər və onlara dörd dinin əsasları barədə məlumat veriləcək.
Rusiyanın Elm və Təhsil Nazirliyi bu predmetlə bağlı bu ilin sonuna kimi dövlət təhsil standartı hazırlayacaqlarını bildirib. Həmin standart proqram hazır olandan sonra dərslərin hansı formada (mühazirə, oyun, ekskursiya) keçiriləcəyi və s. məlum olacaq. Ümummilli standartın hazırlanması ilə bağlı Rusiyanın Təhsil Akademiyası bütün konfessiyaların iştirakı ilə məşğul olacaq. Müsəlmanlar tərəfdən məsləhətçi Moskva İslam Universitetinin rektoru Marat Murtazin, yəhudilər tərəfdən Rusiyada Yəhudi Dini İcmalarının və Təşkilatları Konqresinin sədri Zinoviq Koqan olacaq. Din nümayəndlərinin fikirləri dərsliklərin təsdiq edilməsində nəzərə alınacaq. Nazirliyin bildirdiyinə görə, dərs zamanı heç bir ibadət, dua və yaxud hər hansı ritualların həyata keçirilməsi təlim edilməyəcək və ya hər hansı bir dini kitabın oxunması məcbur edilməyəvək.

Bu standartın əsasında regionlarda xüsusi təhsil proqramları işlənəcək. Burada məktəblilər və yaxud onların ailələri özləri hansı dini (yalnız bir dini) öyrənmək istədiklərin seçə bilərlər. Hər bir sinif yarımqruplara bölünəcək və hər bir qrupun dərs zamanı öz müəllimi və proqramı olacaq. Əgər valideynlər hər hansı konkret bir dinin keçilməsindən imtina edərlərsə, onda məktəblilərə ümumi etika yaxud, dinşünaslıq dərsi keçiləcək. Verilən məlumata görə, yalnız 4 din son deyil. Əgər digər dinin nümayəndələrinin də belə bir istəyi olarsa, hətta Şimalın kiçik xalqlarının da dinlərinə uyğun müvafiq proqramlar işlənəcək. Qeyd edək ki, Rusiyada artıq 15 regionda “Provslavlığın əsasları” dərsi keçirilir. Oxşar təcrübə Avropada, məsələn, Danimarka və Norveçdə də var: burada xarici məktəblilərə onların ölkələrində hakim olan dinin əsasları keçilir.

Category: Yeni Xəbərlər | Views: 576 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024