Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 18.55MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 24 » Dağlıq Qarabağ problemi.
Dağlıq Qarabağ problemi.
17.08
"Dağlıq Qarabağ münaqişəsinin ədalətli danışıqlar yolu ilə həllini dəstəkləyirik"

ABŞ dövlət katibinin müavini Daniel Fridin «Hesabat Mirşahinlə» verilişinə müsahibəsi
BMT-də qəbul edilmiş qətnamə, daha doğrusu Amerika da daxil olmaqla ATƏT-in Minsk Qrupu həmsədrlərinin əleyhinə çıxdıqları sənəd və ölkəmiz, habelə bütünlükdə bölgə üçün mühüm olan digər məsələlərlə bağlı suallara Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Daniel Frid cavab verib.

- Nəyə görə ABŞ BMT-də keçirilən son səsvermədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi? Siz ABŞ-nın öz regionda strateji tərəfdaşını itirməsindən narahat deyilsinizmi?

- Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, lakin biz həmçinin Azərbaycanla bu məsələdə birgə çalışaraq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli danışıqlar yolu ilə həllini dəstəkləyirik. Biz bu münaqişənin həlli üçün daha çox çalışacağıq və sülhə nail olmaq istiqamətində hər şeyi edəcəyik. Biz onları dəstəkləməyə daha çox qadirik.

- Siz fikirləşmirsinizmi ki, ABŞ-nın Kosovonun müstəqilliyini tanıması dünyada qeyri-sabitliyə səbəb oldu? Balkanlarda başlanan etirazlar Tibetdə də müşahidə edilməkdədir.

- Tibetdəki etirazların Kosovoya heç bir dəxli yoxdur. O, bunsuz da baş verəcəkdi. Fakt odur ki, Kosovonun müstəqilliyi keçmiş Yuqoslaviyadan ayrılmış bir ərazidə baş verir. Lakin heç bir digər yer üçün presedent deyil. Bu, sözsüz ki, nə Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı bölgə üçün bu baxımdan presedent ola bilməz.

- ABŞ İranın həll olunmamış nüvə məsələsi ilə bağlı hərbi variantı nəzərdən keçirirmi?

- Hərbi variant pis variantdır. Bu, edilə biləcək ən pis şeydir, əlbəttə ki, daha pis alternativləri istisna etməklə. Amma bu, yaxşı ideya deyil. Biz birinci yerdə diplomatiyanı nəzərdən keçiririk. 2-ci yerdə isə iqtisadi sanksiyalar gəlir ki, BMT 3-cü dəfədir ki, İranın əleyhinə səs verib. Biz dünya ictimaiyyətinin İranı seçdiyi özünütəcrid kursunun düzgün yol olmadığına inandırmasında kömək etməsini istəyirik. Mənim dediyim kimi hərbi variantlar pis variantlardır.

- Siz Rusiyanın xarici işlər nazirinin müavini Korasinlə martın 17-də nələri müzakirə etdiniz? Rusiyanın Dağlıq Qarabağ məsələsi və Amerikanın raketdən müdafiə sistemi ilə bağlı mövqeyində hansısa dəyişikliklər var?

- Biz ruslarla Dağlıq Qarabağ məsələsində yaxşı əməkdaşlıq edirik. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədrləridir. Biz münaqişənin həllində irəliləyişə nail olmaq üçün birgə işləmişik. Bu, bizim Rusiya ilə sıx əməkdaşlıqda işlədiyimiz sahədir və onlarla işimizi davam etdirəcəyik. Nazir müavini Korasinlə bir sıra məsələləri müzakirə etmişəm- Gürcüstan, Ukrayna, Dağlıq Qarabağ, Ermənistan. Biz yaxşı müzakirələr aparmışıq və və yaxşı işgüzar münasibətlərə malikik. Siz raketdən müdafiə sistemi sahəsində irəliləyişlərdən danışdınız. Deyə bilərəm ki, biz bununla bağlı Moskvada yox yaxşı həftə keçirdik. Biz rusları raketdən müdafiə sisteminin onlara tərəf tuşlanmadığına inandırmağa çalışdıq. /«Hesabat Mirşihinlə»/

Attachments: Təsvir 1
Category: Yeni Xəbərlər | Views: 635 | Added by: keder | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024