Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 2
Qonaq: 2
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 08.38MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 18 » Azərin
Azərin
02.48
 TELEKANALLARIN GÖSTƏRMƏK İSTƏMƏDİYİ KLİP XARİCİ ÖLKƏLƏTELEKANALLARIN GÖSTƏRMƏK İSTƏMƏDİYİ KLİP XARİCİ ÖLKƏLƏRİ DOLAŞIRRİ DOLAŞIR
 
Əməkdar artist Azərinə məxsus mahnı yerli tamaşaçılara nümayiş etdirilmir

Xocalı soyqırımı günü 4 sənətçinin İsraildə konsert verməsi məsələsi telekanallardan və mətbuat səhifələrindən düşmür. Artıq dövlət səviyyəsində cəzalandırılan sənətçilər dəfələrlə üzr istəsələr belə, hadisələr onların xeyrinə cərəyan etmir.
Xocalının 16-cı ildönümü bunlarla yanaşı, əməkdar artist Azərinin də yaddaşından uzun zaman silinməyəcək. Amma Azərinin Vətəni təbliğ edən maraqlı layihəsi hələ də telekanallara yol tapa bilmir. Müğənni etiraf edir ki, burada maddiyyat rol oynamır, çünki mahnı sevgi-məhəbbətdən yox, məhz vətənpərvərlikdən bəhs edir. Hadisəni təfərrüatı ilə danışan müğənni bunları söylədi: "Bağışlama bizi, Vətən" mahnısı və ona çəkilən klipi 20 Yanvar şəhidləri və Xocalının qurbanlarına həsr etmişəm. Kiçik ekran əsəri Azərbaycanın indiyə qədər ermənilər tərəfindən işğal olunmuş rayonlarının görüntüləri, son 20 ildə törədilən faciələrin mənzərəsi, yurd-yuvasından didərgin düşən qaçqın və köçkünlərin həyatından bəhs edir. Sözləri Rəsmiyyə Sabirə, musiqisi Eldar Mansurova məxsus olan kompozisiyada bir ağırlıq, Vətənə olan borc əks olunur. Lakin telekanallar onu göstərmək istəmədi.
- Yəni bunda maddiyyat rol oynamayıb?
- Çünki vətənpərvər ruhda yazılan mahnı üçün əməkdar artistin pul ödəməsi bir az gülünc görünür. Mahnı əvvəlcə prodüserim tərəfindən ANS-ə təqdim olundu. Daha sonra Xocalı soyqırımı ərəfəsində mən ATV və İctimai Televiziyada qonaq oldum və həmin vaxt klip yayımlandı. O gündən klipin təkrarına adını çəkdiyim kanallarda rast gəlmədim. ANS telekanalı isə, ümumiyyətlə, göstərmədi, halbuki, bu mahnı daha çox bu teleşirkətin formatına yaxındır. Mənə elə gəlir ki, həmin şirkətin nümayəndəsi onu, ümumiyyətlə, rəhbərliyə təqdim etməyib.
- Belə çıxır ki, mahnının mövzusu onun yayımlanmasına imkan yaratmayıb?
- Mən də belə düşünürəm. Amma razılaşmalıyıq ki, torpaqlarımız azad edilməyib və belə mahnıların təbliğatına ehtiyac var. Layihəni hazırlayanda onun eyni zamanda xarici telekanallarda yayımını düşünürdüm. Artıq buna nail olmuşam. Amma etiraf edim ki, bunun üçün böyük zəhmət çəkmədim. Xaricdəki həmvətənlərimiz onun təbliğatını öz üzərlərinə götürdülər.
- Özünüz onlara müraciət etdiniz?
- Yox. Klip mənim adımı daşıyan sayta daxil edilmişdi. İki gündən sonra Türkiyənin 7 telekanalından və bir sıra Avropa ölkələrindən təkliflər aldım. Onlar klipi göstərmək istədiklərini bildirirdilər. Xocalının işğalı günü Türkiyə kanallarının bu mövzuya həsr etdikləri verilişlərin hamısında klipim nümayiş etdirildi. Sonrakı günlərdə də klipin yayımına rast gəlmişəm. Eyni zamanda Amerikada Azərbaycan lobbisinin nümayəndələri - Tomris Azəri, həmçinin Yusif Babanlı klipin bir çox ölkələrdə yayımını təşkil etdilər. "Bağışlama bizi, Vətən" kompozisiyası Avropa ölkələrini dolaşır. Təsadüfən baxdığım bir çox kanallarda klipə rast gəlmişəm. Amma bizim kanallarımız hələ ki belə bir maraq nümayiş etdirmək istəmir.
- Xarici kanallara təqdim olunan klipə titrlər əlavə edilib?
- Əlbəttə. Saytıma edilən müraciətdə əsasən bu məqam qeyd olunmuşdu. Faciənin ildönümünə sayılı günlər qaldığı ərəfədə biz dərhal sözləri ingilis dilinə tərcümə edib titrlərdə yerləşdirdik.
- Azərinin Vətən ruhlu mahnıları niyə tərəddüdlə qarşılanır?
- Yadınızdadırsa, "Çırpınırdı Qara dəniz" mahnısı təzə-təzə eşidiləndə bir çox insanlar zalı tərk edərək sənətimə don geyindirməyə çalışırdılar. Təhdidlərə baxmayaraq, bu kompozisiya himn səviyyəsinə yüksələ bildi. Vaxtilə qəbul etməyənlər indi məhz onu oxumağımı istəyirlər. Düşünürəm ki, sonuncu mahnımın da taleyi bu cür olacaq. Lakin onun günümüz üçün nə qədər aktual olduğu nəzərə alınmır. Ancaq bəzi telekanallar 4 sənətçinin Xocalının işğalı günü konsert vermək xəbərini dəfələrlə nümayiş etdirdi. Mən bunun əleyhinə deyiləm. Amma söhbət vətənpərvərlikdən gedirsə, niyə eyni ruhlu klip ekrana yol tapa bilmir? Ermənilər həmişə iddia edirlər ki, "türklər bizi qırır". Amma bizim əlimizdə materiallar ola-ola ondan istifadə edib ictimaiyyətə çatdırmaq istəmirik.
- Hadisələr sizdə düşkünlük yaratmayıb?
- Əsla. Martın 17-də xarici ölkələrdən birinə səfərim olacaq. Orada iştirakım möhtəşəm bir layihə ilə bağlıdır. Lakin bir işi sonuna çatdırmayana qədər barəsində danışmıram. Həmin həftənin sonu Bakıda olacağam. Bu xəbəri qəzetinizlə bölüşəcəyimə söz verirəm.

Category: Məşhurlar | Views: 638 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024