Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 11.00MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 17 » MƏŞHUR VƏKİLİ ÖLDÜRMƏK İSTƏDİLƏR .
MƏŞHUR VƏKİLİ ÖLDÜRMƏK İSTƏDİLƏR .
18.16

Osman Kazımova qarşı sui-qəsd
Hücumun siyasi motivlə bağlılığı istisna edilmir
.Dünən günorta saatlarında məlumat aldıq ki, tanınmış vəkil Osman Kazımov naməlum şəxslərin hücumuna məruz qalıb. Olay mart ayının 15-də, axşam saat 21 radələrində baş verib. Yaşadığı 9-cu mikrorayon ərazisindəki mənzilindən 200 metr aralıda ikən vəkilə 3 nəfər naməlum şəxs hücum edib. Daha bir nəfər isə maşında oturaraq, hücumçuları gözləyib. Naxçıvan ləhcəsi ilə danışan quldurlar O.Kazımova yaxınlaşan kimi “sən yaman qudurmusan” deyiblər. Bu sözdən dərhal sonra isə hücuma keçərək, onu zorla kənarda saxladıqları maşınlarına aparmaq istəyiblər.
Əlbəyaxa zamanı vəkil əlinə keçən dəmir parçası ilə müdafiə olunub. Fiziki gücünün hesabına hücumçulara müqavimət göstərən O.Kazımov ilk zərbə endirənin əlini tuta bilib. Bu zaman digər şəxs onun ayağından zərbə endirib. Lakin quldurlar istəklərinə nail ola bilməyiblər. Onlar vəkili təhqir edib və hədələyiblər. Hücum nəticəsində vəkil biləyindən və dizindən zədə alıb.
Məlumatın təfərrüatlarını öyrənmək üçün O.Kazımovun özünə müraciət etdik. Osman bəy xəbəri təsdiqləməklə yanaşı, zarafatından da qalmadı. “Hesab edin ki, Çelsi ilə oyunda zədənlənmişəm” deyən vəkil baş verənlərlə bağlı heç bir orqana şikayət etməyəcəyini, özünün onu araşdıracağını dedi: “Mənim heç kimlə düşmənçiliyim yoxdur. Baş verən hadisənin nədən qaynaqlandığı haqda bir söz deyə bilmərəm”.
Xatırladaq ki, qısa müddət öncə vəkilə təhdid zəngləri gəlmişdi. Müxbirimiz bu zəngləri xatırladıb, baş verənlərlə bu təhdid arasında nə kimi əlaqə ola biləcəyini soruşdu. Vəkil həmin zəngləri xatırlatdı: “Amma ilk dəfədir həyatıma bu cür açıq-aydın şəkildə sui-qəsd baş verir”.
Dünən həftənin bazar günü olduğu üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq təşəbbüslərimiz nəticə vermədi. Amma hadisəni diqqətdə saxlayacağıq.
Bizsə öz növbəmizdə xatırladırıq ki, O.Kazımov son olaraq, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsindəki sərt çıxışları ilə yadda qalıb. Baş redaktorun müdafiəsinə həsr etdiyi çıxışda vəkil hakimiyyəti tamamən ifşa etməklə yanaşı, onun qanunsuz əməllərini də bir-bir sadalayıb. Bundan başqa, O.Kazımov 2003-cü il 15-16 oktyabr hadisələri zamanı həbs edilmiş Arif Hacılı və Pənah Hüseynin müdafiəsində iştirak edib.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı O.Kazımovun Azərbaycanda çox tanınmış, peşəkar vəkillərdən biri olduğunu söylədi. Müsahibimizin sözlərinə görə, vəkilin ən mühüm fərqləndirici xüsusiyyəti onun çəkingən olmamasıdır: “O, müdafiə etdiyi şəxslə bağlı tələb olunan hallarda ən sərt addımları atmağa, ən sərt sözlərini deməyə hazır fədakar insandır. Bu, vəkillərdə nadir sayılan cəhətlərdir. Müəyyən mənada ictimai-siyasi əhəmiyyət daşıyan işlərdə öz əməyini sərf etsə də, bir çox hallarda bunları ödənişsiz edir. Onun fədakarlığını yüksək qiymətləndirirəm”.
Jurnalistlərlə bağlı sui-qəsd hallarına dəfələrlə şahidlik etdiklərini deyən R.Hacılı vəkillərlə bağlı bunun ilk presedent olduğunu vurğuladı. Müsahibimizin fikrincə, cəmiyyətdə belə müstəqil vəkillərin olması bir çox insanları qorxudur.
Q.Zahidin müdafiəsində O.Kazımovla birgə çalışmış vəkil Elçin Sadıqov da hesab edir ki, həmkarına qarşı sözügedən olay sırf Q.Zahidin müdafiəsində göstərdiyi fəallıqla bağlıdır. Onun sözlərinə görə, O.Kazımovun da daxil olduğu müdafiə tərəfi ittihamı biabır edib: “Amma bunun qarşısında belə biabırçı addıma əl atmalarını gözləmirdim. Ümumilikdə bizim müdafiəmiz hakimiyyətin maraqlarına zidd idi. Bundan başqa, son söz çıxışında da sifarişin hardan gəldiyini deməsi bu təqib faktoruna mühüm təsir göstərdi”.
E.Sadıqov hesab edir ki, əslində vəkillərin təhlükəsizliyinin qorunması birbaşa dövlətin borcudur. Onun sözlərinə görə, təhlükədə olan şəxslərin mühafizəsi hökumətin üzərinə düşdüyü üçün onlara mühafizəçi ayrılmalıdır: “Mən şəxsən sabah daxili işlər nazirinə müraciət edəcəm ki, biz vəkillərin təhlükəsizliyini qorusunlar”.
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun fikrincə, son illər hakimiyyətin apardığı siyasət müstəqil düşünən bütün insanları özlərinə düşmən saydıqlarını göstərir. O.Kazımovun ən sanballı, müstəqil vəkillərdən olduğunu deyən müsahibimizin sözlərinə görə, o, müdafiə etdiyi şəxsi hakimiyyətin sifarişi ilə yox, beynəlxalq qanunlara müvafiq müdafiə edir: “Osman Kazımov Qənimət Zahidin məhkəməsində möhtəşəm son sözlə çıxış elədi. Onun çıxışı təkcə Qənimətin müdafiəsinə yox, hakimiyyətin məqsədyönlü siyasətinin, istintaqın ifşasına həsr olunmuşdu. Hətta onun çıxışı elə möhtəşəm idi ki, sonda zalda alqış qopdu və bundan sonra Qəniməti şərləyərək həbs etdirən Vüsal Həsənov da əvvəlcədən hazırladığı 10-12 səhifəlik çıxışı oxumağa özündə cəsarət tapmayıb iki-üç cümləlik çıxış etdi. Bizdə məlumat var ki, Osman Kazımova qarşı bu hücum Qənimət Zahidin müdafiəsi ilə bağlıdır. Çünki Osman bəy Apelyasiya Məhkəməsinə hazırlaşır. Hakimiyyət isə qorxur ki, vəkil bu dəfə məhkəmədə daha möhtəşəm çıxış edib, bu prosesin arxasında dayanan məqamları daha açıq şəkildə desin”.                                                                        17.03.2008

Category: Siyasət | Views: 707 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024