Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 05.20MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » Ulduzların karyerası həm də kinodan keçir.
Ulduzların karyerası həm də kinodan keçir.
00.25

Murad Dadaşov: "Belə bir fürsət olsa, 100 faiz Mübariz Tağıyevi filmə dəvət edərdim. Mən onu rəhbər vəzifədə olan bir obrazda görə bilərəm".Azərbaycan şou-biznesi yeni istiqamətləri ilə maraq doğurmağa başlayıb. Şou-biznesin əsas qolunu təşkil edən müğənnilər artıq yavaş-yavaş, həm də kino sahəsində özlərini görməyə başlayıblar. Necə deyərlər, bir çoxları artıq müğənniliklə yanaşı, populyar aktyor olmaq iddiasında olduqlarını heç də gizlətmək istəmirlər.
  
   Əslində müğənninin özünü aktyor kimi tanıtmasında, ümumiyyətlə, filmdə və teleserialda çəkilməsində qeyri-adi heç nə yoxdur. Dünya praktikasına nəzər salsaq görərik ki, həqiqətən bir çox populyar müğənnilər var ki, məhz kino sahəsində də yaradıcılıqlarının pik nöqtəsinə çatıblar. Bir sözlə, dünyanın populyar müğənniləri var ki, eyni zamanda aktyor kimi də böyük uğurlar əldə edə biliblər. Cenifer Lopes, Vuitni Hyuston, Britnis Spirs, Barbara Treyzend və başqalarını misal çəksək görərik ki, onlar ilk əvvəl müğənni kimi fəaliyyətə başlasalar da, zamanla artıq aktyor potensiallarını da xərcləməyə başlayıblar. Bu isə onların yaradıcılıq karyerasına ikiqat uğur gətirməyə kömək edib. Son dövrlər Azərbaycan şou-biznesində də müğənnilərin filmlərə çəkilmək istəyi, iddiası hiss olunur. Təbii ki, bunun maraqlı tərəfləri ilə yanaşı, professional yanaşması da önəm daşıyır. Elə bütün bunları nəzərə alıb bu məsələ ilə bağlı bir çox şou-biznes nümayəndələrinə müraciət etmək qərarına gəldik. Bunlar arasında müğənnilər də oldu, tanınmış şoumenlər də, rejissorlar da.
   İlk əvvəl üz tutduq tanınmış şoumen, prodüser Murad Dadaşova. Müğənnilərimizin filmlərə çəkilmək iddiası barədə Murad Dadaşov bunları söylədi: "Əslində bu hal sevindiricidir. Təbii ki, dünya praktikasında olduğu kimi bizdə də müğənnilərin yavaş-yavaş filmlərdə çəkilməsi gözlənilən idi. Hollivud ulduzlarını nəzərə alsaq görərik ki, onların böyük əksəriyyəti ilk əvvəl müğənni və ya model kimi fəaliyyətə başlayıblar. Xüsusilə də Hollivudun müasir ulduzlarının yaradıcılıq yollarının ilkin mərhələsi müğənnilik sahəsində başlayıb. Sadəcə, bəziləri kino sahəsində yetərincə uğur qazana bilmədilər. Bu da həmin sənətçinin istedadının, aktyorluq potensialının lazımınca olmaması ilə əlaqədardır. Misal üçün, Britni Spris bir aktrisa kimi son illər çəkildiyi filmlərdə uğur əldə edə bilmədi. Yəni onun çəkildiyi filmlər uğursuz alındı və ya model kimi başlayan Hilton kino sahəsində lazımi uğura imza ata bilmədi. Baxmayaraq ki, o, imperiya varisi idi, film sahəsində uğursuzluqla qarşılaşdı. Barbara Treyzend isə aktrisa kimi böyük bir uğura imza ata bildi. Çox uzağa getməyək, yaxın Türkiyəyə nəzər salaq. Türkan Şoray, İbrahim Tatlısəs, Əmrah kimi sənətçilər yaradıcılıq yollarının ilkin dövründə müğənnilik etsələr də, tədricən rejissorların da marağını qazandılar. Artıq aktyor potensiallarını da üzə çıxarmağa çalışdılar. Filmə dəvət almaq hələ ilkin dövrdür. O sənətçi eyni zamanda o qədər istedadlı olmalıdır ki, filmdə inandırıcı obraz yarada bilsin. Bu baxımdan hər sənətçi filmdə çəkilə bilməz".
   Maraqlandıq ki, Murad Dadaşov film çəkmək imkanı əldə etsəydi, yerli sənətçilərimizdən hansını filminə dəvət edərdi? M.Dadaşov "Belə bir fürsət olsa, 100 faiz Mübariz Tağıyevi filmə dəvət edərdim. Mübariz Tağıyev çox sanballı, xarizmatik obraz yarada bilər. Fikrimcə, onda çox böyük aktyor potensialı var. Mən onu rəhbər vəzifədə olan bir obrazda görə bilərəm. Bir də xanım müğənnilərdən Röyanın aktyorluq qabiliyyətinə şübhəm yoxdur. Onun potensialı artıq bir dəfə çəkildiyi filmdə özünü təsdiqləyib. Müəyyən mənada artıq təcrübəsi də var. Röyada sözün böyük mənasında xarizm tapmaq mümkündür. Əməkdar artist Aygün Kazımova da mənim fikrimcə, çox maraqlı personajdır. Aygün barədə birmənalı fikir söyləmirlər. Bəzilərinin fikrincə, o, aktrisa kimi maraqlıdır, bəziləri isə tam əksinə, onun aktyorluq ifasında sünilik hiss edirlər. Bunun isə səbəbi var. Əslində Aygündə həqiqətən aktyor potensialı var. Sadəcə, o bir insan, bir müğənni kimi tez-tez dəyişməyi sevir. Aygünün zahiri görünüşü tamaşaçını çaşqın vəziyyətə salır. Bu baxımdan Aygün konkret obrazda görünüb, onu tamaşaçıya çatdırarkən o qədər inandırıcı oynamalıdır ki, tamaşaçı onu Aygün yox, həmin obrazın ifaçısı kimi qəbul etsin. Bunun üçün isə müəyyən mənada Aygünlə işləmək lazımdır. Əməkdar artist Faiq Ağayev də mənim üçün həm maraqlı personajdır, həm də istedadı olan bir aktyor kimi onu qəbul edə bilərəm. Sözün düzü, Faiqi mənfi obrazda görürəm. Hesab edirəm ki, əgər Faiqi filmə dəvət etsəydim, mütləq mənfi obrazı ona həvalə edərdim. Öhdəsindən çox güman ki, uğurla gələrdi. Faiqin aktyorluq bacarığı yetərincədir. O, tamaşaçını inandıra bilər" söylədi.
   Eyni suallarla rejissor Kənan M.M-ə də müraciət etdik. Kənan M.M maraqlı bir mövzu barədə soğru apardığımızı bildirib "Şou-biznesdə, ümumiyyətlə, incəsənətdə yeniliyə meyil göstərmək təbiidir. Bir də ki kino incəsəntin ayrılmaz bir hissəsidir. Əgər dünya praktikasına nəzər yetirsək görərik ki, oranın məşhur müğənniləri də tədricən özlərini kino sahəsində sınamaqdan çəkinməyiblər. Şakira, Cenifer Lopes və digərləri də bu gün aktrisa kimi fəaliyyət göstərirlərsə, nədən bizimkilər bunu etməsinlər? Müğənnilərimizin kinoya çəkilməsinin nəyi pisdir ki? Qaldı Azərbaycan müğənniləri arasında hansı sənətçinin aktyorluq potensialına şübhəm yoxdur. Şəxsən mənə görə Aygün Kazımova, Faiq Ağayev, Röya və İzzət Bağırovun aktyorluq istedadı yetərincədir. Onların hər birinin özünəməxsus aktyor potensialı var. Əgər nə vaxtsa film çəkmək arzum reallaşsa, çox güman ki, Röya ilə Faiqi filmimə dəvət edərdim. Bölgüyə gəldikdə isə elə hesab edirəm ki, Faiq Ağayev komik obrazı mükəmməl yarada bilər. Elə hesab edirəm ki, onun həm yumor hissi, həm də bu baxımdan istedadı bir aktyora yetərlidir. Röya isə kinoda elə bir obraz yarada bilər ki, ağlatsın. Hər halda onu tragik bir obrazda görürəm. Bir də ki onlarla işləmək mənim üçün asan olardı. Xüsusilə də Röya ilə. Çünki həm şəxsi münasibətlərimiz normaldır, həm də təcrübəmə, iş prinsipimə bələddir. Əgər sənətçilərimiz tədricən özlərini həm də kino sahəsində sınamağa başlasalar, yəqin ki, bunu dəstəkləmək lazımdır" söylədi.
   Əməkdar artist Faiq Ağayev populyar müğənni olsa da, xatırladaq ki, sənətçi İncəsənət Universitetinin məhz aktyorluq fakültəsini bitirib. Bu baxımdan Faiq Ağayevin aktyorluq sənəti barədə yetərincə məlumatı var. Eyni zamanda onu da nəzərə alsaq ki, sənətçi həm də kliplərində kifayət qədər aktyorluq bacarığını nümayiş etdirə bilib, onda sənətçinin aktyor kimi filmdə çəkilməsini gözləməyə dəyər. Odur ki, mövzu ilə bağlı Faiqlə də əlaqə saxladıq. Münasibətini öyrənməyə çalışdıq. "Müğənnilərin filmlərdə çəkilmə prosesi bu gün başlamayıb. Sadəcə, bu gün filmdə çəkilməyə maraq çoxalıb. Səbəb isə həm də odur ki, film nəsildən-nəsilə qalan bir yaradıcılıq məhsuludur. Bu baxımdan dəyəri böyükdür. Diqqətinizə bir məqamı çatdırım ki, uzun illər əvvəl də müğənnilərimiz filmlərdə aktyor kimi fəaliyyət göstəriblər. Hörmətli sənətçimiz Polad Bülbüloğlu, Flora Kərimova, Ruhəngiz Musəvini misal göstərmək yəqin ki, yetərlidir. Vaxtilə onlar həm müğənni kimi fəaliyyət göstəriblər, həm də bir çox filmlərə çəkiliblər. Şəxsən mən Faiq Ağayev üçün filmə çəkilmək ən böyük arzularımdandır. Təbii ki, məni filmə dəvət etsələr, məmnuniyyətlə razılıq verərəm. Qeyd etdiyiniz kimi, mən aktyorluq fakültəsini bitirmişəm və aktyor kimi uğur qazanacağıma da əslində şübhə etmirəm. Aktyor üçün xarizm lazımdır. Bundan əlavə istedadla yanaşı, həm də vizual görünüş, inandırıcı obraz yaratmaq da önəmlidir. Mənim üçün filmə dəvət alsam, obrazın mənfi və ya müsbət olması önəmli deyil. Əsas odur ki, yaddaqalan obraz yaradım. Obrazım xarizmatik olsun. Sizə bir sirr açım, seriala çəkilmək dəvəti almışam. Sadəcə, hələ ki bu film maddiyyat üzündən ləngiyir. Ülviyyə Könül "Qamçı" adlı serial çəkəcək. Filmdə mən müstəntiq obrazına dəvət olunmuşam. Allah qoysa, serialın çəkilişinə start verilsə, mənim aktyor tərəfim də tamaşaçılara tamamilə fərqli istiqamətdən bəlli ola bilər".
   Əməkdar artist Aygün Kazımova da müğənnilərin filmə çəkilməsinə təbii baxdığını bildirdi: " Müğənnilər sənət adamlarıdır. Filmə çəkilmələrini normal qarşılayıram. Populyar simaların filmə çəkilməsi əslində filmin uğur qazanması üçün qarant ola bilər. Təbii ki, burada əsas məsələ həm də müğənninin istedadının olub-olmamasıdır. Əgər o müğənninin aktyor potensialı yoxdursa, sözsüz ki, onun filmdə çəkilməsindən söhbət gedə bilməz. Ancaq o müğənnidə istedad varsa, çəkildiyi filmin uğur qazanması qarant ola bilər. Eyni zamanda həmin müğənninin vizual görünüşü, tamaşaçı üçün inandırıcı obraz yaratması da önəmlidir. Mən Aygünün isə görünməyən tərəfləri hələ ki çoxdur. Yaxşı rejissor axtarıram ki, mənim aktyor potensialımı üzə çıxarsın. Mənə xarakterik qadın obrazı həvalə olunsa, əminəm ki, o rolun öhdəsindən uğurla gələrəm".

Category: Məşhurlar | Views: 819 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024