Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 13.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » Abdulla Gül ve Tayyip Ərdoğanı mehkemeye verdiler.
Abdulla Gül ve Tayyip Ərdoğanı mehkemeye verdiler.
23.50
Türkiyənin baş prokuroru AKP-nın qapadılması, Abdulla Gül və Rəcəb Tayyip Ərdoğanın siyasətdən uzaqlaşdırılması iddiası ilə məhkəməyə müraciət edib

 [ 14 Mart 2008 23:15  ]

İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya bu ölkənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.


Türkiyə bürosunun məlumatına görə, baş prokuror iddiasını AKP-nin “dövlətin dünyəvi quruluşuna qarşı fəaliyyətlərin mərkəzi halına gəlməsi” ilə əlaqələndirib. Prosedura görə, Konstitusiya Məhkəməsi ilkin araşdırmalardan sonra iddiada hər hansı çatışmazlıq qeydə almasa, o zaman iddianı qəbul edəcək və AKP-yə müdafiə üçün iddianaməni göndərəcək. Qanunlara görə, bir ay müddətində AKP müdafiə tərəfi olaraq arqumentlərini məhkəməyə təqdim edəcək.
Bundan sonra iddiaçı tərəf öz arqumentlərini bildirəcək, bu arqumentlər də AKP-yə göndəriləndən sonra hər iki tərəf yazılı açıqlama yayacaq və məhkəmə bütün xüsusları toplayandan sonra məsələ müzakirə ediləcək. AKP-nin qapadılması üçün Konstitusiya Məhkəməsinin 11 üzvündən 7-nin iddianın lehinə səs verməsi lazımdır.
Konstitusiya Məhkəməsinin başqanı Haşim Kılıç bildirib ki, bu qapatma iddiası ilə yanaşı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanın da daxil olduğu 71 nəfərə siyasi fəaliyyət göstərməyin qadağan olunması barədə də iddia daxil olub.
Bu xəbərdən dərhal sonra baş nazir Rəcəb Tayyip Ərdoğan AKP rəhbərliyi və bəzi nazirlərlə görüşüb.
Məsələyə münasibət bildirən Türkiyə prezidenti Abdulla Gül Böyük Millət Məclisində bu qədər çoxluqda olan bir partiyanın qapadılması ilə bağlı iddianın ölkəyə nə verəcəyini düşünmək lazım olduğunu deyib: “Mən Türkiyənin birliyini təmsil edirəm. Türkiyənin qısa, orta və uzun müddətli hədəflərini düşünürəm”.

Qeyd edək ki, indiyə qədər Türkiyədə 26 partiya qapadılıb.

Category: Siyasət | Views: 656 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024