Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 09.39MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » RAMİZ RÖVŞƏN “ACLIQ İLİNİN BALIQLARI” ADLI KİTAB YAZIB
RAMİZ RÖVŞƏN “ACLIQ İLİNİN BALIQLARI” ADLI KİTAB YAZIB
17.27

“Hazırda ”Aclıq ilinin balıqları" kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən “Qala” filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. “Xəyanət” adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır". Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib.
Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib: “Bədii əsərlər müharibənin nəticəsinə uyğun yazılır. Müharibə isə hələ bitməyib.
Mən inanıram ki, biz müharibədən qalib çıxacağıq və ədəbiyyatımızda bu ovqatla böyük nümunələr yaranacaq. Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır. Müharibə insan ölümünün ucuzlaşması, dünyada harmoniyanın pozulmasıdır”. Bu mövzuda Azərbaycan poeziyasında həmişə gözəl nümunələr yarandığını deyən Ramiz Rövşən ədəbiyyatda yalnız torpaqların itirilməsindən bəhs edilməsini şairlərin ovqat adamı olması ilə izah edib: “Torpaqları ədəbiyyat yox, Qarabağı hisslərində yaşadan insanlar qaytara bilər. Torpaq ürəkdə itiriləndən sonra, onu qaytarmaq çətin olacaq. ”Müsibət vaxtı eyş-işrət" ifadəsi var - indi biz belə bir zamanı yaşayırıq. Problem şairlərdə deyil, bu zamandadır. Qarabağın qayıtması cəmiyyətin havasında olmalıdır, çünki bu gün Azərbaycanda insanların şüurunu, əxlaqını, mənəviyyatını ədəbiyyat və sənət yox, telekanallar formalaşdırır".                                           14.03.2008 

Category: Yeni Xəbərlər | Views: 695 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024