Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 2
Qonaq: 2
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 14.16MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » ATA OĞLUNU 10 MİN DOLLARA SATARKƏN YAXALANDI .
ATA OĞLUNU 10 MİN DOLLARA SATARKƏN YAXALANDI .
17.23

Andrey Ağayev 5 yaşlı övladını xarici ölkə vətəndaşına satmaq istəyirmiş.
Dünən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Andrey Ağayevi tutublar. Verilən məlumata görə, Yasamal sakini olan A.Ağayev 5 yaşlı oğlunu xarici ölkə vətəndaşına satarkən yaxalanıb. Hüquq-mühafizə orqanlarındakı mənbəmizin sözlərinə görə, A.Ağayevin əcnəbilərlə sövdələşməyə gedərək övladını satmaq istəməsinə dair əməliyyat məlumatı əvvəlcədən var imiş. Bu məlumat hüquq-mühafizə orqanlarına daxil olduqdan sonra daşqəlbli atanın ətrafında əməliyyat tədbirləri qurulub, onun evi nəzarətə götürülüb.

Uşağı almaq istəyən əcnəbilər A.Ağayevin Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 1 ünvanına gəliblər. Adı hələ açıqlanmayan əcnəbilər A.Ağayevə 10 min dollar verəndən sonra sonuncunun oğlu Nikolay Osyamini özləri ilə apararkən əməliyyatılar onları saxlayıb. İlkin dindirmə zamanı A.Ağayev oğlunu maddi imkanının pis olması üzündən satdığını etiraf edib. Fakt hüquq-mühafiz orqanları tərəfindən araşdırılır.

1 SAYLI MƏKTƏBDƏ VALİDEYN MÜƏLLİMƏNİ DÖYÜB
7 saylı məktəbdə isə mühafizəçi valideyni əzişdirib
Dünən Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, 28 ünvanında yerləşən 7 saylı orta məktəbdə “Riyad” təhlükəsizlik xidmətinin əməkdaşı Emin Məmmədov valideyn Kəmalə Abdinovanı döyüb.
Verilən məlumata görə, valideyn məktəbə övladını evə aparmağa gəlib və həmin vaxt mühafizəçi ilə aralarında yaranmış mübahisə zəminində sonuncu ona xəsarət yetirib. Nəsimi rayonu, Tolstoy küçəsi-167 ünvanında yerləşən 1 saylı orta məktəbdə isə valideyn müəlliməni döyüb. Ellada Şamili adlı valideyn müəllimə Mətanət Səfərova ilə mübahisə edib və ona bədən xəsarətləri yetirib.

MAŞTAĞA YOLUNDA POLİSLƏ OVÇULAR ATIŞDI
Dünən Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat yolunun kənarında yerləşən badam-şam meşə zolağında Çevik Polis Alayının çavuşları Mirələm Məmmədovla Məhəmməd Dostuyev atəş səsi eşidib. Polis əməkdaşları meşə zolağına baxış keçirəndə orada iki nəfərin ov etdiyini görüb.
Həmin şəxsləri saxlamağa cəhd göstərərkən isə onlardan biri polis əməkdaşları istiqamətinə odlu silahdan atəş açıb. Hadisə zamanı polislər xəsarət almayıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və onlardan iki ov tüfəngi götürülüb. Araşdırma zamanı saxlanılanların Ramana südçülük sovxozunun sakinləri Zahid və Nəriman Həsənovlar olduğu müəyyənləşdirilib. Fakt Sabunçu Rayon Prokurorluğunda araşdırılır.

POLİS MAYORU DƏLƏDUZLUQ EDİB
Suraxanı rayonu, Hövsan qəsəbə sakinləri Elşən Bayramov və anası Nazxanım İsayeva Rayon Polis İdarəsinə müraciət edərək 30-cu polis bölməsinin əməkdaşı, polis mayoru Kamandar Mustafayevin onları aldatmasından şikayət edib.
Araşdırma zamanı məlum olub ki, K.Mustafayev torpaq satmaq adı şikayətçilərdən 9 min dollar alıb. Lakin sonradan vədinə əməl etməyərək torpaq sahəsini onlara satmayıb, pulu da qaytarmayıb.

QAYINATA KÜRƏKƏNİNİN QANINI TÖKDÜ
Dünən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən evlərin birində kirayədə yaşayan Dəvəçi rayon sakini Saday İsmayılov qaynatası Mircavad Məmmədov tərəfindən bıçaqlanıb.
Bundan sonra qayınata hadisə yerindən uzaqlaşıb. S.İsmayılov ağır vəziyyətdə Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları M.Məmmədovu tutaraq istintaqa təhvil veriblər. Dindirmə zamanı o, kürəkənini ailə mübahisəsi zəminində bıçaqladığını deyib. Faktla bağlı cinayət işi başlanıb.

QOBUSTANDA İKİ QULDUR TUTULDU
Dünən Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları Sahil qəsəbə sakinləri Kamran Piriyevlə Vüsal Məmmədovu yaxalayıb. Verilən məlumata görə, bu şəxslər tanışları olan Tural Əliyevin Şıxlar qəsəbəsindəki evinə basqın ediblər.
Həmin vaxt T.Əliyev onlara müqavimət göstərdiyindən ona bir neçə bıçaq zərbəsi endiriblər. Bundan sonra evi axtararaq qiymətli əşyaları götürüblər. Gedərkən isə yerdə huşsuz vəziyyətdə olan T.Əliyevin cibindən 70 manatını da götürüblər. Hər iki şəxs istintaqa təhvil verilib və barələrində cinayət işi başlanıb.

14.03.2008

Category: Siyasət | Views: 674 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024