Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 04.30MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 14 » “AZADLIQ” QƏZETİNİN MÜXBİRİ BIÇAQLANDI .
“AZADLIQ” QƏZETİNİN MÜXBİRİ BIÇAQLANDI .
17.14

Daha bir jurnalistə qarşı terror
Aqil Xəlil 22 gün əvvəl zeytun bağında məmurlar tərəfindən döyülmüşdü
.Dünən saat 19:40 radələrində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil naməlum şəxslərin hucumuna məruz qalıb. A.Xəlilə hücum edən şəxslər onun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıblar. A.Xəlil dərhal “Azadlıq”ın baş direktoru Azər Əhmədova zəng edərək hücuma məruz qaldığı və yaralandığı barədə məlumat verib. A.Xəlil təcili olaraq Kliniki Tibbi Mərkəzə (keçmiş Musa Nağıyev adına Təcilli Tibbi Yardım Xəstəxanası-red.) aparılıb. Bu barədə redaksiyamıza məlumat daxil olduqdan dərhal sonra xəstəxanaya getdik.
Biz ora çatanda Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov və idarənin istintaq şöhbəsinin əməkdaşları, Bakı Şəhər Baş Polis İdarəsinin məsul işçiləri xəstəxanadaydılar. 
A.Xəlili müayinə edən həkimlər onun üzərində cərrahiyə əməliyyatının aparılmasının vacib olduğunu bildirdilər. Və müxbiri əməliyyat otağına apardılar.
Hadisənin detalları barədə məlumat əldə etmək üçün “Azadlıq” qəzetinin baş direktoru A.Əhmədovla söhbətləşdik. Azər bəy dedi ki, Aqil dünən işdən çıxıb evə gedərkən Apelyasiya Məhkəməsinin binası qarşısında iki nəfərlə qarşılaşıb. O, idman geyimində olan şəxslərdən birini tanıyıb. Bildiyiniz kimi, A.Xəlil fevralın 22-də 6-cı mikrorayon ərazisində “zeytunluq” adlanan ərazidə reportaj hazırlayarkən döyülmüşdü. Həmin şəxslərin fotoşəkilləri və şəxsiyyətləri barədə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilmişdi. Aqili döyən şəxslər ona şikayəti geri götürməyi təklif etmiş və bunun müqabilində qan pulu verməyə hazır olduqlarını bildirmişdilər. Aqil Xəlil edilən təklifə razı olmadıqda isə, onu hədələməyə başladılar. Son günlər açıq və gizli nömrələrdən Aqilin telefonuna zəng edən şəxslər onu hədələyirdilər. Bundan əlavə, Aqil daim izlənilirdi. Bu barədə biz müvafiq orqanlara müraciət etmişdik. Bu gün (dünən - red.) axşamüstü Apelyasiya Məhkəməsinin binası qarşısında A.Xəlilin qarşısını kəsənlərdən biri 15 gün ərzində onu təqib edənlərdən biri olub.
Aqil geri dönüb qaçmaq istəyərkən, arxadan gələn digər iki şəxsdən biri onun ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib. Aqil saat 19:53-də mənim mobil telefonuma zəng edərək yaralandığını bildirdi. Dərhal hadisə yerinə gedib onu xəstəxanaya çatdırdıq. Onu müayinə edən həkim yaranın dərin olmadığını bildirdi. Qeyd edim ki, Aqil xeyli miqdarda qan itirmişdi, üst-başı qan içində idi". 
Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov  qəzetimizə verdiyi qısa açıqlamasında hadisə ilə bağlı təhqiqatın başlandığını bildirdi: “Hadisə barədə idarəyə məlumat daxil olduqdan dərhal sonra xəstəxanaya gəlmişik. Artıq araşdırmalara başlanılıb. Hesab edirik ki, cinayəti törədənlər qısa müdət ərzində həbs ediləcək”.
A.Xəlilin üzərində aparılan cərrahiyyə əməliyyatı təxminən bir saat davam etdi. Əməliyyatı həyata keçirən Kliniki Tibbi Mərkəzin cərrahiyə şöbəsinin növbətçi cərrahı jurnalistlərə açıqlamasında xəstənin vəziyyətinin kafi olduğunu bildirdi. Qeyd etdi ki, bıçaq zərbəsi sol döş yarısının əzələ qatını yaralasa da, ürəyə çatmayıb.
Aqil Xəlil reanimasiya şöbəsinə yerləşdirildikdən sonra Yasamal RPİ-nin rəisi Möhübbət Hüseynov jurnalistin mühafizəsini təmin etmək üçün xəstəxanada polis postunun təşkil olunması barədə göstəriş verdi.
Qəzet çapa hazırlanarkən son durumu öyrənmək üçün “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovla əlaqə saxladıq. O, bildirdi ki, A.Xəlil əməliyyatdan çıxarılıb reanimasiya şöbəsinə aparılarkən jurnalistin səhhətinin pis olduğunu hiss ediblər: “Buna görə də, ona baş çəkmək istədim. Amma Möhübbət Hüseynov bildirdi ki, ehtiyac yoxdu və Aqil izahat yazır. Bundan sonra Möhübbət Hüseynov və 26-cı polis bölməsinin rəisi Sultan Zeynalovla birlikdə hadisə baş verən yerə getdik. Onların söhbətindən belə başa düşdüm ki, hadisənin orada baş verməsinə inanmaq istəmirlər. Sonra 26-cı bölmədə söhbəti davam etdirdik”.
A.Əhmədov dedi ki, onlarda olan məlumata görə, axşam M.Hüseynovla Yasamal rayon prokuroru yenidən hadisə baş verən əraziyə baxış keçiriblər, ərazidə yaşayan şəxsləri sorğu-suala tutublar: “Bizə deyilənə görə, artıq həmin ərazidə yaşayan şəxslərə təzyiqlər başlayıb ki, istintaqa gərəkən informasiyaları verməkdən boyun qaçırsınlar”.                                       14.03.2008  

Category: Siyasət | Views: 803 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024