Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 16.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 13 » TER-PETROSYAN YENİ MİTİNQLƏRİN VAXTINI MÜƏYYƏNLƏŞDİRDİ .
TER-PETROSYAN YENİ MİTİNQLƏRİN VAXTINI MÜƏYYƏNLƏŞDİRDİ .
14.33

Erməni müxalifəti fövqəladə vəziyyətin başa çatmasını - martın 21-ni gözləyir
Eks-prezident atəşkəsin pozulmasından ciddi narahatlıErmənistanın eks-prezidenti, müxalifət lideri Levon Ter-Petrosyan bildirib ki, fövqəladə vəziyyət başa çatandan dərhal sonra mitinqləri bərpa edəcək. O bu barədə martın 11-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Mətbuat konfransında ancaq xarici jurnalistlər iştirak edib, çünki yerli KİV fövqəladə vəziyyət dövründə ölkədəki siyasi vəziyyət barədə ancaq rəsmi məlumatları dərc edə bilər. “Biz geri çəkilən deyilik və bütün qanuni vasitələrdən, o cümlədən mitinqlərdən istifadə edərək mübarizəmizi davam etdirəcəyik”- deyə Ter-Petrosyan bildirib.
Ermənistan müxalifətiin lideri onu da deyib ki, əgər hakimiyyət ona İctimai Televiziya ilə birbaşa çıxış etmək imkanı versə, o zaman mitinqlər keçirmək niyyətindən əl çəkəcək: “Bizim məqsədimiz xalqla ünsiyyət yaratmaqdır, əgər 3 milyonluq auditoriya qarşısında çıxış etmək imkanı verilsə, əlbəttə ki, mitinqlərdən imtina edərik”.
Ter-Petrosyan deyib ki, müxalifətə teleefir verilməsə də o, xalqa öz ideyalarını çatdırmaq üçün metodlar tapacaq, DVD-lər buraxacaq və onları ölkənin hər yerində yayacaq. Eks-prezident İrəvanda martın 1-dən 2-nə keçən gecə baş verən hadisələri şərh edərkən deyib ki, proseslərin bu istiqamətdə inkişaf edəcəyini qətiyyən gözləmirdi: “Hesab edirdim ki, Robert Köçəryan səlahiyyətləri başa çatmaqda olan prezident kimi xalqa qarşı silah işlətməz, eyni şeyi Serj Sərkisyanın da haqqında fikirləşirdim”.
Ter-Petrosyan deyib ki, bütün baş verənlərə baxmayaraq Sərkisyanla dialoqa hazırdır, lakin onun legitimliyini tanımaq niyyətində deyil. Keçmiş prezident Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş insident haqda da danışıb. Onun fikrincə, bu, 14 illik atəşkəs dövründə ən ciddi qarşıdurma olub: “Mən bu hadisə haqda xarici müstəqil mənbələrin məlumatlarına əsasən fikir yürüdürəm, bu insidentin motivləri haqda danışmaq istəməzdim, ancaq aydındır ki, ortada motivlər var. Mümkündür ki, Azərbaycanda yüksək səviyyədə olmasa da kimlərsə bizim mövqelərimizin nə dərəcədə möhkəm olduğunu yoxlamaq, Ermənistanın daxili siyasi problemlərlə bağlı nə dərəcədə zəiflədiyini aydınlaşdırmaq istəyib. Ancaq o da istisna deyil ki, erməni tərəfi bunda maraqlı olub və xalqın diqqətini daxili məsələlərdən yayındırmaq istəyib. Mən boş yerdən mülahizə yürütmək istəməzdim, atəşkəs rejiminin pozulmasının özü ciddi narahatlıq doğurur və münaqişənin uzun illərdir həll edilməməsinin nəticəsidir”.
Qeyd edək ki, erməni müxalifətinin mitinqləri bərpa etmək üçün fövqəladə vəziyyət rejiminin başa çatmasını gözlədiyi haqda bundan əvvəl Ter-Petrosyanı dəstəkləyən Xalq Partiyası da bəyan edib. Müxalifət fövqəladə vəziyyətin başa çatmasının ertəsi günü - martın 21-də İrəvanda mitinq keçirməyə hazırlaşır. Hakimiyyət isə bu planlardan narahatdır. Köçəryan ötən gün Ter-Petrosyanın mitinq barədə dediklərini “təxribat” adlandırıb: “Bir müddət mitinqlərdən çəkinmək, bir az dincəlmək və cəmiyyətdə qütbləşmənin səviyyəsini azaltmaq lazımdır”.
Köçəryan deyib ki, fövqəladə vəziyyət başa çatandan sonra da mitinqlərə icazə verilməyəcək: “Təsəvvür edin ki, biz mitinqlərə icazə verdik, meydanların birində son qarşıdurmada iştirak etmiş insanlar toplaşdı, onlarla üzbəüz isə hüquq-mühafizə orqanlarının əməkdaşları dayandı. Təsəvvür edə bilmirəm ki, onların ”ünsiyyəti" necə olacaq. Eyni addımları təkrar etmək üçün təxribatçı olmaq lazımdır”.
Ter-Petrosyan hesab edir ki, hakimiyyət fövqəladə vəziyyətin müddətini Sərkisyanın andiçmə mərasiminədək uzadacaq. Lakin ekspertlərə görə, Ermənistan hakimiyyəti indi güclü beynəlxalq təzyiqlər altındadır və çətin ki, bu addımı atsın. ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza bir gün əvvəl Ermənistan hakimiyyətini sərt tənqid edərək onu müxalifətə qarşı qəddarlıqda günahlandırıb. Avropa da İrəvana təzyiqləri davam etdirir. Dünən Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistana səfər edib. O, üç gün ərzində hazırkı və gələcək prezidentlər, müxalifət liderləri də daxil olmaqla siyasi spektrin bir çox təmsilçiləri ilə görüşəcək.
T.Hammarberq səfərə yollanmazdan əvvəl BBC-yə verdiyi müsahibədə Ermənistandakı həbslərin müzakirə ediləcək əsas mövzulardan biri olacağını bildirib: “Bu, əsas amillərdən biridir. Biz özümüz bu kimi hallar, yəni millət vəkillərinin həbsi, başqa həbs edilən şəxslər barədə ilkin məlumatlar almışıq. Biz bu məsələlərin necə həll olunduğunu bilmək istəyirik. Səfərimizin məqsədi məhz budur. Bundan əlavə, fövqəladə vəziyyətin elan edilməsi və mətbuatın hələ də senzura altında olması kimi məsələlərə baxacağıq. Bu sonuncu məqam hazırkı vəziyyətdə xüsusən mühümdür, çünki müxtəlif şayiələr dolaşmaqdadır və cəmiyyətdə kifayət qədər gərginlik var”.
AŞ komissarı onu da deyib ki, onun məlumatlarına görə, həbs edilənlərin sayı 200-dən çoxdur, ancaq bu da yekun rəqəm deyil və hər gün artır. “Biz həmin həbslərə son qoyulmasını tələb edəcəyik və fövqəladə vəziyyətin aradan qaldırılmasını da istəyəcəyik”- deyə T.Hammarberq bildirib.q keçirir
.                          13.03.2008.

Category: Siyasət | Views: 633 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024