Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 20.52MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 13 » Pənah Hüseyn: “Ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam” .
Pənah Hüseyn: “Ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam” .
14.27
 “USUBOVUN DEDİYİNDƏN GÖRÜNÜR Kİ, SEÇKİ ASAN KEÇMƏYƏCƏK”
“Hazırda müxalifətdən İsa Qəmbərlə Sərdar Cəlaloğludan başqa prezident seçkilərində iştirak barədə qərar qəbul edən şəxs yoxdur. Belə anlaşılır ki, mənim müxalifətçi namizədlərin blokunun yaradılması barədə təklifim yalnız bu iki şəxslə bağlı ola bilər”.
Bunu APA-ya millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca namizədlərin sırası genişlənəcək və daha intensiv müzakirələr aparılacaq. Seçkiyə qatılacaq müxalifət namizədlərinin koordinasiyasını zəruri sayan P.Hüseyn hesab edir ki, bir sıra məsələlər aydınlaşmadığından namizədlər arasında ciddi işbirliyi yaratmaq çətindir: “Daxili işlər nazirinin polisin seçkiyə hazır olması ilə bağlı çıxışından da görünür ki, seçki elə də asan keçməyəcək. Müxalifət bu istiqamətdə addımlarının nədən ibarət olacağını müəyyənləşdirməlidir. Namizədlər elə aksiyalar keçirməlidir ki, onların həqiqətən bu seçkidə ciddi şəkildə iştirak edəcəyinə inam yaransın. Mən 2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam”.
P.Hüseyn namizədlərin blokunun yaradılması mövzusunda bir neçə gün əvvəl S.Cəlaloğlu ilə müzakirə apardığını söyləyib: “Sərdar bəyə dedim ki, məni ciddi şəkildə və ciddi siyasi niyyətdə bu seçkilərdə iştirak etmək fikrində olduğuna inandırsa, o halda bu məsələlərə də münasibətimiz ciddi şəkildə dəyişə bilər. Amma hələlik ortada yekun fikir yoxdur”.
S.Cəlaloğlu isə namizədlərin blokunun yaradılmasını P.Hüseynlə müzakirə etmədiyini vurğulayıb: “Onun mənimlə nə üçün görüşdüyünü desəm, böyük biabırçılıq olar. Ona görə də demirəm”. 13.03.2008 .
Attachments: Təsvir 1
Category: Siyasət | Views: 627 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024