Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 18.24MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 12 » ZİYA MƏMMƏDOVUN ADAMLARI ATIŞDI .
ZİYA MƏMMƏDOVUN ADAMLARI ATIŞDI .
10.51

Nəqliyyat nazirinin qoçu dəstələri paytaxtda vahimə yaratdı
Yasamalda baş verən silahlı qarşıdurma ilə bağlı 8 nəfər həbs edildi
........Martın 11-nə keçən gecə paytaxtda atışma olub. Belə ki, Bakı şəhər sakini Zaur Zeynalov bir qrup (8-10 nəfər) şəxslə Yasamal rayonu, İnşaatçılar prospektindəki “Meridian-İnşaat” şirkətinə gələrək, oranın mühafizəçiləri - Babək Novruzov, Asəf Asifzadə və Yunis İsmayılova dəmir və daş parçaları ilə xəsarət yetiriblər. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, bu zaman B.Novruzov Bakı şəhər sakini Rüfət Hacıyevə məxsus olan ov tüfəngindən havaya 2 dəfə atəş açıb. Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Cavid Məmmədov isə ANS-ə bildirib ki, mübahisə qız üstündə başlayıb.
Z.Zeynalov İnşaatçılar prospekti 42 saylı ünvanda avtomobili saxlayaraq istədiyi qızı düşürüb. Həmin şəxs qızın evə daxil olmasını gözləyərkən ərazidəki tikinti şirkətinin mühafizəçiləri ona yaxınlaşaraq ərazidən getməsini tələb ediblər.
Mühafizəçilərlə baş verən mübahisəyə daha bir neçə nəfərin də qarışmasından sönra vəziyyət gərginləşib və mühafizəçilər silahdan istifadə ediblər. Qeyd edək ki, bu hadisə “Lider” televiziyasının kamerası tərəfindən lentə alınıb və ötən gün bir neçə dəfə xəbər buraxılışlarında nümayiş etdirilib. Kadrlarda qarşıdurmada iştirak edən şəxslərin sifətləri aydın görünür. Eyni zamanda mühafizəçinin “Vinçester” tipli silahdan atəş açması səhnələri də lentə alınıb. Mühafizəçilər hətta asayişi bərpa etmək istəyən polis zabitlərinə də fiziki güc göstəriblər. Bu, onların özlərini arxalı hiss etməsinin göstəricisidir.
“Lider” TV-in məlumatına görə, hadisədən sonra Zaur Zeynalov və iki mühafizəçi saxlanılıb. Onlar ifadə vermək üçün Yasamal Rayon Polis İdarəsinə dəvət olunublar. Mühafizəçilər istifadə etdikləri silahı qonşudan aldıqlarını bildiriblər. İlkin ifadələrdə onlar göstəriblər ki, tikinti şirkətinin direktoru Rauf Kərimov adlı şəxsdir.
“Lider”in çəkilişlərində bir məqam da diqqəti cəlb edir. Qarşıdurma zamanı hadisə yerini BMW “X5" markalı, qara plyonkalı, nömrəsiz avtomobildə olan bir şəxsin müşahidə etməsi aydın görünür. Həmin avtomobil saxlanılıb və onun sürücüsü Vüsal Rzayev adlı şəxsin özəl şirkətlərindən birində mühafizəçi işlədiyini, hadisə yerində təsadüfən olduğunu bildirib.
Ən maraqlısı isə odur ki, faktla bağlı polis heç bir rəsmi açıqlama vermir.
Dünən bizim apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Meridian İnşaat” de-fakto nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Məlumatlı mənbənin sözlərinə görə, “Meridian” markası altında fəaliyyət göstərən şirkətlər, restoranlar əvvəllər eks-spiker Murtuz Ələsgərovun oğlu, Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərova məxsus olub. Lakin bir neçə il öncə hansısa səbəbdən onlar həmin şirkətlər qrupunu satmaq məcburiyyətində qalıblar. Həmin vaxtdan “Meridian” Şirkətlər Qrupu Z.Məmmədovun nəzarətinə keçib. “Meridian”ın Z.Məmmədova məxsus olması ilə bağlı “Realnıy Azerbaydjan” qəzetinin 2 fevral 2007-ci il tarixli sayında tutarlı faktlara söykənən geniş məqalə də dərc edilib.
Araşdırmalarımız zamanı onu da öyrəndik ki, hadisə əslində mühafizəçilərin Z.Zeynalovun istədiyi qıza söz atması səbəbindən baş verib. Sevdiyi qızı müşayiət edən Zeynalov onun arxasınca mühafizəçilərdən birinin getdiyini görüb və onunla mübahisə edib. Tək olduğu üçün mübahisəni yarımçıq qoyan Zaur bir qədər sonra dostları ilə əraziyə gələrək, şirkətin əməkdaşlarını daşa basıblar. Bu zaman B.Novruzov silaha əl atıb.
İstənilən halda paytaxtda silahlı qarşıdurmanın baş verməsi hakimiyyətin daxili sabitliklə bağlı bəyanatlarının puç olduğunu göstərir. Amma heç şübhəsiz ki, ölkə rəhbərliyi bu məsələyə çox ciddi reaksiya verəcək. Çünki bu, sadə məsələ deyil. Artıq məmur-oliqarxların adamları polisi də saymadan silaha əl atırlarsa, deməli, vəziyyət kifayət qədər ciddidir.
Lakin polisin, ölkə rəhbərliyinin indiyədək bu məsələyə reaksiya verməməsi təəssüf doğurur və bir sıra suallara yol açır. Çünki Allah eləməmiş, paytaxtda hansısa müxalifət partiyasının sıradan bir üzvü odlu silahdan istifadə etsəydi, indi onun təmsil etdiyi partiyanı çoxdan bağlayıb üzvlərinin bir çoxunu tutmuşdular.                                                                                                 12.03.2008 

Category: Yeni Xəbərlər | Views: 683 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024