Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 09.41MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 11 » ORDUMUZ DAHA BİR ŞƏHİD VERDİ .
ORDUMUZ DAHA BİR ŞƏHİD VERDİ .
20.05

Cəbhədəki gərginlik genişmiqyaslı müharibəyə keçə bilər
Eldar Sabiroğlu: “Azərbaycan savaşa hazırdır”
Azərbaycan - Ermənistan silahlı qüvvələrinin təmas xəttində martın ilk günlərindən müşayiət olunan gərgin situasiya hökm sürməkdə davam edir. Ən son məlumatlara görə, təcavüzkar Ermənistanın hərbi bölmələri ötən günlər ərzində də az qala bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ermənistan ordusunun bölmələri martın 9-da saat 14.05-dən 14.20-dək Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini,...

...saat 10.00-dan 22.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.10-dan 20.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.45-dən martın 10-u saat 00.55-dək fasilələrlə Tərtər rayonunun Çiləbürt, Qızıl Oba və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmənin cavab atəşi ilə susdurulduğu xəbər verilir.

Vətən sağ olsun!

Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində isə Azərbaycan ordusunun əsgəri, Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü İsmayılov Ramin İsmayıl oğlu şəhid olub (Allah rəhmət eləsin!).
Nazirliyin məlumatında bildirilir ki, düşmənin açdığı atəş nəticəsində Bakı şəhərinin Nərimanov Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər İsmayılov Ülvi Vaqif oğlu isə sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Cavab atəşi ilə düşmənin 1 əsgərinin məhv edildiyi bildirilir.
Digər xəbərdə deyilir ki, martın 8-də cəbhənin Ağdam rayonunun Əfətli kəndi istiqamətində erməni işğalçılarının qətlə yetirdiyi kənd sakini Niyaməddin Maşallah oğlu İsmayılovun meyitini neytral zonadan götürmək mümkün olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri dünən gecə meyiti düşmənin atəş altında saxladığı ərazidən götürərək yaxınlarına təhvil veriblər.
Qeyd edək ki, N.İsmayılov və onun dayısı Etibar Mikayılov martın 8-də ermənilərin işğal altındakı Yusifcanlı kəndindən açdıqları atəş nəticəsində qətlə yetiriliblər. N.İsmayılovun atası Maşallah İsmayılov və əmisi Müzəffər İsmayılov isə yaralanıblar. Boğazından güllə yarası alan Maşallah İsmayılov hərbi hospitalın reanimasiya şöbəsinə, 6 güllə yarası alan Müzəffər İsmayılov isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Maşallah İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

“Müharibə hər an başlaya bilər”

Qeyd edək ki, martın 4-də Tərtər istiqamətində bütün gün ərzində davam edən atışmada Azərbaycan ordusunun bir zabiti, iki əsgəri şəhid olmuşdu, daha bir əsgər isə yaralanmışdı. Cəbhədən gələn xəbərlər faktiki olaraq müharibənin getdiyinə şübhə yeri qoymur.  1994-cü ilin mayında imzalanan atəşkəs sazişinin əslində, bu gün mövcud olmadığını da söyləmək mümkündür. Xüsusilə də Ermənistan daxilində gərginliyin hökm sürdüyü bu günlərdə Azərbaycanın itkilərinin sayı sürətlə artır. Təkcə son bir həftə ərzində Azərbaycan tərəfdən 1 zabit, 4 əsgər, iki mülki şəxs düşmən gülləsinin qurbanı olub. Daha iki əsgərimiz və dörd mülki şəxs yaralanıb. Bu, kifayət qədər ciddi itkilərdir. Azərbaycanın düşmənin özbaşınalığına daha sərt reaksiya verməməsi bəzi müşahidəçilər tərəfindən birmənalı qəbul olunmayıb. Məsələn, sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata açıqlamasında atəşkəsin hər iki tərəfin razılığı əsasında pozulduğunu söyləyib. Onun fikrincə, tərəflər Ermənistandakı gərginliyi arxa plana keçirməkdən ötrü razılaşdırılmış qaydada atəşkəsi pozublar: “Əgər Azərbaycan razılaşmaya getməyibsə, niyə bundan istifadə etmədi”,-deyə eks-nazir sual edib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu R.Qazıyevin belə bir mövqe sərgiləməsindən təəssüfləndiyini söylədi: “Onun əlində belə bir fakt varmı ki, deyir atəşkəs razılaşma əsasında pozulub? Yoxsa öz fikrini çatdırmaqla camaatda başqa rəy formalaşdırmaq istəyir? Bu kimi iddialarla çıxış edib ictimai rəyi çaşdırmaq lazım deyil”.
MN rəsmisi Azərbaycan tərəfinin itkilərlə barışmayacağını bildirdi: “Zaman-zaman itkilərin əvəzi alınıb. İki mülki şəxsimizin qətlə yetirilməsi, əlbəttə ki, bizi çox narahat edir. Lakin ermənilər bununla bir daha sübut etdilər ki, onlar martın 4-də aldıqları zərbələrin əvəzini silahsız mülki insanlara atəş açmaqla çıxmaq istəyiblər”. E.Sabiroğlu müharibə ehtimalının real olduğunu da etiraf etdi: “Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıyıq və müharibənin yenidən alovlanmasını, qan tökülməsini istəmirik. Ancaq torpağımız işğal altındadır. Danışıqlar da müəyyən nəticə vermir. Vəziyyət bu şəkildə sonsuzluğa qədər davam edə bilməz. Ona görə də müharibə hər an başlaya bilər. Azərbaycan buna hazırdır”.

Rasim Musabəyov: “Qarabağ silahlıları İrəvandan idarə olunur”

Politoloq Rasim Musabəyovun fikrincə, atəşkəsin pozulmasında ənənəvi məsələlər də var: “Qış vaxtı bir çox yüksəkliklərlə əlaqə saxlamaq çətin olduğundan, hər iki tərəf aşağı mövqelərə enir. Yazda isə tərəflər boş qalmış mövqelərdə möhkəmlənməyə çalışırlar ki, bu da atışmaların intensivləşməsinə səbəb olur”. Ekspert bu il atəşkəsin pozulmasında xüsusi intensivliyin müşahidə olunmasını təkcə  Ermənistandakı daxili vəziyyətlə əlaqələndirmir. Hesab edir ki, NATO-nun bölgəni özünün nüfuz dairəsinə almaqla bağlı planını reallaşdırmağa çalışması da burda az rol oynamır: “Digər tərəfdən, Transxəzər kəmərin çəkilməsi ilə bağlı mövcud plan gərginliyin artmasına rəvac verir. Cəbhə bölgəsində gərginliyi artırmaqla belə bir iri layihənin reallaşdırılmasının riskli olması təsəvvürünü yaratmaq istəyirlər”.
R.Musabəyov mövcud gərginliyin genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə adlayacağını güman etmir: “Ermənilər artıqlaması ilə torpaq tutublar. Növbəti əraziləri işğal etmələri onların özlərini tam ifşa etməsi və ciddi əks-reaksiya ilə müşayiət olunması ilə nəticələnə bilər. Qərb ölkələri, xüsusilə də Azərbaycan - Türkiyə cütlüyü bu vəziyyətlə təbii ki, barışmayacaq. Digər tərəfdən, unutmaq olmaz ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında kəmərlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə müqavilə var. Bunun hansı şəkildə həyata keçirilməsi Vaşinqtonun xeyir-duası ilə ola bilər. Deməli, o zaman kifayət qədər genişmiqyaslı hərbi əməliyyatlara qərar verilməsi də istisna deyil. Ona görə də indiki məqamda erməni tərəfdən genişmiqyaslı əməliyyatlara qərar veriləcəyini gözləmirəm. Ancaq təmas xəttində gərginliyin daim saxlanması gözləniləndir”. Politoloq Qarabağdakı hərbi qüvvələrin Ermənistandakı gərginlikdən istifadə edib “özfəaliyyət”lə məşğul olduğu barədə fikirləri də real saymır: “Hələlik Qarabağ erməniləri və hərbi rəhbərlik İrəvanın nəzarətindədir. Unutmaq olmaz ki, Qarabağdakı erməni hərbi qüvvələrinin rəhbəri olmuş Seyran Ohanyan bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir və proseslərə şəxsən nəzarət edir”.                                         11.03.2008

Category: Yeni Xəbərlər | Views: 880 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024