Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 08.21MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 11 » ZAKİR QARALOVUN YERİNƏ NAMİZƏD AXTARILIR.
ZAKİR QARALOVUN YERİNƏ NAMİZƏD AXTARILIR.
19.57

Biznesi əlindən alınmış baş prokuror isə istefa ərizəsinin nə zaman imzal
Ötən ilin sentyabrında səhhətində yaranmış problemlərlə bağlı Almaniyaya müalicəyə gedən baş prokuror Zakir Qaralov oktyabrda işə qayıtsa da ötən müddət ərzində o, publika qarşısında cəmi bir neçə dəfə görünüb. Əgər əvvəllər ölkədəki səs-küylü kriminal hadisələrlə bağlı açıqlama və şərhləri Z.Qaralov özü verirdisə, ötən ilin payızından bu işi baş prokurorun birinci müavini Rüstəm Usubov yerinə yetirir. Z.Qaralovun səhhətində problemlər yarandığı gündən bir sıra ziddiyyətli məlumatlar ortaya çıxıb.
Əvvəl deyildi ki, baş prokuror ürəktutma diaqnozu ilə xəstəxanaya aparılıb. Amma onun bu diaqnozla Neftçilər Xəstəxanasının mədə-bağırsaq xəstəlikləri şöbəsinə yerləşdirilməsi müəmmalara yol açdı. Bəzi mənbələr bunu belə izah etdi ki, Qaralov zəhərlənib, amma bu, “hörmətli” xəstəlik olmadığı üçün ictimaiyyətə onun ürəyində problem yaranması haqda məlumat verilib. Belə məlumatlar da ortalığa çıxdı ki, Z.Qaralovun Mərkəzi Klinik Xəstəxanaya (MKX) yox, Neftçilər Xəstəxanasına aparılmasının özü də məqsədli xarakter daşıyır. Yəni Neftçilər Xəstəxanası MKX ilə müqayisədə cəmiyyətin geniş təbəqələrinə daha açıqdır və hakimiyyət bu addımı atmaqla Z.Qaralov barədə məlumatların ictimaiyyətə yayılmasına şərait yaradıb. Burada məqsəd gələcəkdə Z.Qaralovu səhhətində problemlər yaranması bəhanəsi ilə istefaya göndərməkdir.
Apardığımız dəqiqləşdirmələr zamanı bəlli olmuşdu ki, Z.Qaralovun ürəyində həqiqətən də problem yaranıbmış. Sadəcə, ilkin diaqnoz düzgün qoyulmadığından onu mədə-bağırsaq xəstəlikləri şöbəsinə yerləşdiriblər. Baş prokurorun ürəyində qəfil problemlərin yaranması isə bir çox səbəblərlə izah edilirdi. Bəziləri deyirdi ki, Qaralov prokurorluqda çalışan bəzi şəxsləri işdən çıxardığına görə ölkə başçısı tərəfindən danlanıb və bu səbəbdən həyəcan keçirərək ürəyində problem yaranıb.
Başqa mənbələr isə qeyd edirdi ki, Qaralovun uzun illər ərzində qazandığı pulları sərf etməklə yaratdığı “Akkord” şirkətlər qrupunu əlindən alıblar. Bundan çox təsirlənən baş prokuror yatağa düşüb. Doğrudan da sonrakı araşdırmalarımız zamanı da təsdiqləndi ki, “Akkord”u Qaralovun əlindən alıblar. Şirkət tamamilə Ailənin nəzarətinə keçib. Baş prokurorun xeyli vaxtdır inhisarda saxladığı yumurta biznesi də başqasının nəzarətinə keçib. Hakimiyyətdə mövqeləri o qədər möhkəm olmayan Qaralovun biznesinin də əlindən alınması ona əlbəttə ki, mənfi təsir etməyə bilməzdi.
Amma onun itirdikləri bununla bitmir. Redaksiyamıza verilən məlumata görə, əslində Qaralovun mövqelərinin zəiflədilməsi və Neftçilər Xəstəxanasına aparılıb xəstə olması barədə rəy yaradılması onun vəzifədən çıxarılmasına hesablanıbmış. Müəyyən hissəsi artıq icra edilmiş plan bu yaxınlarda tam reallaşdırılacaq. Kifayət qədər mötəbər mənbədən aldığımız xəbərdə bildirilir ki, Qaralov yaxın vaxtlarda “səhhətində yaranmış problemlərlə əlaqədar” istefaya göndəriləcək: “Artıq bundan Qaralovun özünün də xəbəri var. Onu psixoloji baxımdan buna çoxdan hazırlayıblar. Hazırda Baş Prokurorluqda qeyri-müəyyən vəziyyət hökm sürür. Çoxları artıq Qaralovu baş prokuror kimi qəbul etmək istəmir. Çünki onun orada formal olaraq saxlanıldığını çoxları bilir. Hazırda qurumun fəaliyyətinin tənzimlənməsində Rüstəm Usubov əhəmiyyətli rol oynayır”.
Mənbə Qaralovun səhhətində, doğrudan da ciddi problemlərin olduğunu söylədi: “Təbii ki, istənilən adam onun vəziyyətinə salınsa, xəstəliyə düşər. Biznesini tamamilə əlindən alıblar, heç bir məsələdə onun rəyi əsas götürülmür. Tamamilə mövqesiz bir vəziyyətdə olan baş prokuror istefaya nə zaman göndəriləcəyini gözləyir. Artıq hakimiyyət daxilində bu məsələyə dair qərar var. Hazırda yeni baş prokurorun kim olması ilə bağlı məsələ müzakirə olunur. Bu posta iddialılar sırasında daha çox Rüstəm Usubovun və parlamentin Hüquq və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynovun adı hallanır. Əli Hüseynov ölkə rəhbərliyinin gözündə daha layiqli namizəd sayılsa da, bir çox tələblərə cavab vermədiyinə görə onun baş prokuror gətirilməsi məqbul sayılmır. Yəni onun möhkəm arxa-dayağı yoxdur. Rüstəm Usubov isə bu vəzifəyə yiyələnməyə özü can atır. O, ötən müddətdə baş prokuror olmaq üçün bütün variantlara əl atıb, mümkün olan xidmətləri göstərib. Amma onun bu posta təyin edilməsi məsələsi hələ müzakirə olunmur”.
Qaynağın deməsinə görə, hakimiyyət baş prokuror postuna təyinat zamanı regional mənsubiyyət məsələsində manevr edərək xal toplamaq istəyir: “Belə plan var ki, baş prokuror postuna Qərbi Azərbaycandan və Naxçıvandan olmayan, rusdilli bir şəxsi gətirsinlər. Ölkə rəhbərliyi bununla müəyyən dairələrin dəstəyini qazanmağa, yəni ”biz regionçuluq prinsiplərinə üstünlük vermirik" imitasiyasını yaratmağa çalışır. Bu amil seçkilər ərəfəsində iqtidarın xeyrinə işləyə bilər. Odur ki, Zakir Qaralovun, daha doğrusu, yeni baş prokuror məsələsini seçkilərə qədər həll edəcəklər". anacağını gözləyir
.                                                                  11.03.2008  

Category: Yeni Xəbərlər | Views: 618 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024