Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 23.26MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 11 » "Azerbaycan BMT-ye teqdim etdiyi qetname ile bağlı inadcıl davranmalıdır"
"Azerbaycan BMT-ye teqdim etdiyi qetname ile bağlı inadcıl davranmalıdır"
02.27
Politoloq Vəfa Quluzadənin fikrincə, işğal olunmuş ərazilərlə bağlı bu məsələdə rəsmi Bakı heç kimə, o cümlədən Ağ Evə də güzəştə getməməlidir.

İşğal olunmuş ərazilər barədə fevralın 26-da BMT-yə təqdim edilmiş və martın 14-də səsverməyə qoyulacaq qətnamənin gündəmə gətirilməsi politoloq Vəfa Quluzadə tərəfindən müsbət addım kimi dəyərləndirilir.

Vəfa Quluzadə ANSPRESS-in əməkdaşı ilə söhbətində bildirib ki, bu qətnamə keçərsə, BMT-də Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş əraziləri barədə indiyə kimi qəbul olunmuş və qüvvədə olan 4 qətnaməni bir daha gündəmə gətirəcək.

«Kəlbəcər işğal olunanda BMT 822-ci qətnamə, Ağdam işğal olunanda 854-cü qətnamə, Füzili işğal olunanda 874-cü qətnamə, qalan rayonlar işğal olunanda isə 884-cü qətnamə qəbul olunmuşdu. Hamısında da ermənilər işğalçı kimi tanınır və qeyri-şərtsiz tutduqları ərazilərdən çıxmaları tələb edilir»,- deyə politoloq vurğulayıb.

Vəfa Quluzadə bu qətnamələrin daima qüvvədə olduğunu vurğulayır: «Merzlyakov kimi bəzi siyasətçilər ermənilərin başının altına yastıq qoyur ki, həmin qətnamələr artıq köhnəlib, yaddan çıxıb. Amma elə deyil, əgər qətnaməni qəbul etdirmək mümkün olarsa, bu, əvvəlkiləri daha da gücləndirəcək».

BMT-yə təqdim edilmiş yeni qətnamə layihəsində isə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk Qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

Ermənistan tərəfi sözügedən sənədin qəbul edilməməsi üçün əlindən gələni edəcəyini bildirib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Ermənistan qətnamə layihəsinin səsverməyə buraxılmaması üçün bütün diplomatik səylərini sərf edəcək.

Vəfa Quluzadənin fikrincə, Ermənistan hər şeydən öncə hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyaya ümid bağlayır: «Bu məsələ Təhlükəsizlik Şurasının geniş tərkibində müzakirə edilməlidir, orada 70-ə yaxın dövlət var. Biz qərbdə və müsəlman dünyasında olan dostlarımızdan istifadə etməliyik. Heç kimdən gizli deyil ki, həmin torpaqların həqiqi işğalçısı Rusiyadır. Rusiya nüvə dövlətidir və Qərb onunla ehtiyatlı davranmağa məcburdur. Bir də ki, Qərbin NATO-nun genişlənməsi kimi daha strateji maraqları var və hələlik onların təmin olunması ilə məşğuldur. Lakin bir gün gələcək və ABŞ marağında olan bu məsələnin həll olunması qərarına gələcək. Onda Rusiyadan tulalarını Qarabağdan çəkməyi tələb edəcək».

Lakin, Ermənistan XİN-in təmsilçisi Tiqran Balayan ATƏT-in Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Metyu Brayzaya istinad edərək Ağ Evin də qətnamənin Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasının əleyhinə olduğunu bildirir.

Vəfa Quluzadə Azərbaycanı bu məsələdə heç kimə fikir verməməyə çağırıb: «Metyu Brayza nə deyib, ermənilər onu necə yozur, dəqiq bilinmir. Amma bir şey dəqiqdir ki, Azərbaycan öz dövləti marağı olan məsələlərdə heç kimə, o cümlədən ABŞ-a da güzəştə getməməlidir. Bunu bütün dünyaya ABŞ öyrədib. Buna görə də qətnamənin BMT-də səsverməyə qoyularaq, qəbul olunmasına çalışmalıdır».

Category: Azərbaycan | Views: 1207 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024