Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 11.17MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 10 » CİB TELEFONU İNSANLARDA YERSİZ ARXAYINLIQ HİSSİ YARADIR
CİB TELEFONU İNSANLARDA YERSİZ ARXAYINLIQ HİSSİ YARADIR
21.32
ABŞ-ın Ohayo Universiteti (Ohio State University), Templ Universiteti (Temple University) və Bruklin Politexnik Universitetinin (Brooklyn Polytechnic University in New York) birlikdə apardığı tədqiqat işi maraqlı nəticələrə gətirib çıxarmışdır. Belə ki, tədqiqat nəticəsində bəlli olmuşdur ki, gənc insanların cib telefonuna malik olmaları onların həyatını daha riskli edirmiş.

    Washington ProFile xəbər verir ki, 2001-2002-ci illərdə kesirilmiş tədqiqat çərçivəsində 300 nəfərdən çox tələbə arasında sorğu keçirilmişdir. Məlum olmuşdur ki, rəyi soruşulanların 40%-i sutkanın qaranlıq vaxtlarında öz çantalarında və yaxud da ki, kəmərlərində cib telefonu olmadıqları halda heç bir zaman getmədikləri yerlərdə, cib telefonu yanlarında olduqda daima gəzişirlər. Sorğuda iştirak edən tələbələrin dörddən üçü bildirmişdir ki, cib telefonunun olmağı onlara bir arxayınçılıq və təhlükəsizlik hissi verir. Özü də ki, bu zaman qadınlar özlərini kişilərdən daha tez-tez lüzumsuz riskə məruz qoyurlar.


    Tədqiqat müəllifləri isə belə hesab etmişlər ki, belə arxayınlıq və təhlükəsizlik hissləri aldadıcıdır. Belə ki, tez bir halda kömək üçün müraciət edilməsi imkanı verən cib telefonuna malik olma, cavan adamları onların ətrafında baş verən hadisələrə daha az diqqət ayımağa təşviq edir. Tədqiqatda bildirildiyinə görə, cavanlar üçün risk yalnız cinayətkarlar və xuliqanlar tərəfindən gəlmir. Məsələn, məlum olduğuna görə, 48% cib telefonu sahibi yaxınlaşan avtomobillər qarşısında daim yolu qadağan olunmuş yerlərdən keçirlər. Cib telefonu olmayan tələbələrin isə yalnız 28%-i bu cür hərək edir.

    Tədqiqat müəllifləri qeyd edirlər ki, hal-hazırda amerikalı tələbələrin yalnız 14%-i cib telefonuna malik deyillər. Amma tədqiqat aparılan zaman belələri 38% idi.Bu araşdırma barədə müfəssəl məlumat «International Journal of Urban and Regional Research» jurnalında çap olunacaqdır.

    MEHDİ ZÜLFÜQARLI

 “Deyerler” AİN(www.deyerler.org)

Category: Yeni Xəbərlər | Views: 643 | Added by: patriotka | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024