Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-12, 11.58MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 10 » ERMƏNİLƏR İKİ VƏTƏNDAŞIMIZI ÖLDÜRDÜ .
ERMƏNİLƏR İKİ VƏTƏNDAŞIMIZI ÖLDÜRDÜ .
14.07

Qarabağda yenə qan töküldü
ABŞ atəşkəsin bərpasına çalışır, hakimiyyətsə ön xətdəki vəziyyətə laqeyddir
.Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. ABŞ başda olmaqla Qərbin atəşi dayandırmaq yönündə göstərdiyi səylərə baxmayaraq, rəsmi İrəvan Ermənistanda yaranmış gərginlikdən yerli və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün yeni-yeni təxribatlara əl atır. “ANS-PRESS”-in məlumatına görə, srağagün erməni hərbi birləşmələri Ağdamın işğal altındakı Yusifcanlı kəndindən Azərbaycan ordusunun üzbəüz mövqelərini və cəbhə xəttindəki yaşayış məntəqələrini bir saata qədər atəş altında saxlayıb.
Nəticədə, cəbhə xəttində yerləşən Əfətli kəndinin 4 sakini də atəşə məruz qalıb. Onlardan ikisi - 26 yaşlı Niyaməddin İsmayılov və 38 yaşlı Etibar Mikayılov hadisə yerində həlak olublar. Ermənistan ordusu daha bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub.
Göründüyü kimi, atəşkəs rejimi artıq mövcud deyil və cəbhə bölgəsində qarşıduran tərəflər arasında faktiki olaraq mövqe döyüşləri gedir. Lakin təəccüblüdür ki, belə şəraitdə Minsk Qrupuna həmsədrlik edən ölkələrdən erməni tərəfinə ciddi təzyiqlər müşahidə edilmir. Ötən həftə Tərtər istiqamətində gedən döyüşlərdən sonra Bakıda səfərdə olan və atəşin dayandırılması haqda danışıqlar aparan ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın da səyləri nəticə verməyib. Brayza Bakıda bildirmişdi ki, o, atəşin dayandırılması haqda tərəflərdən təminat alıb. Amerikalı diplomat daha sonra İrəvanda oldu və münaqişə bölgəsində yaranmış vəziyyəti müzakirə etdi. Lakin onun İrəvanda danışıqları başa çatdırması ilə demək olar, eyni vaxtda erməni qüvvələri cəbhə bölgəsində yeni təxribatlar həyata keçirib, Azərbaycan tərəfdən iki mülki şəxs həlak olub. Bu isə qonşu ölkənin atəşkəs rejiminə qayıtmaq marağında olmadığını nümayiş etidirir. Həmsədrlərin isə Ermənistanın bu davranışına reaksiyası yoxdur.
Bu arada vasitəçilər Dağlıq Qarabağdakı son hadisələrlə bağlı birgə bəyanat veriblər. Bəyanatda deyilir: “ATƏT-in Minsk qrupu martın 4-də cəbhə xəttində insan tələfatı ilə nəticələnən hadisələrdən təəssüfləndiyini bəyan edir. Həmsədrlər tərəfləri təmas xəttində etimadı bərpa etməyə, gələcək qarşıdurmadan, zorakılığın qızışdırılması və hərbi ritorikadan çəkinməyə çağırırlar”. Vasitəçilər Ermənistanla Azərbaycanı 2007-ci ilin noyabrında Madriddə tərəflərə təqdim etdikləri baza prinsiplərini dəstəkləməyə və mümkün qədər tez həmin prinsiplər əsasında sülh sazişi layihəsi hazırlamağa çağırırlar. Onlar bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Dağlıq Qarabağın statusunun isə danışıqlar predmeti olduğunu bəyan edirlər.
Lakin indiki situasiyada həmsədrlərin bəyanatı münaqişə bölgəsində yaranmış vəziyyətə adekvat sayıla bilməz. Hansı danışıqlardan söhbət gedə bilər ki, erməni tərəfi hər gün cəbhə bölgəsində mövqe döyüşləri aparır və yeni təxribatlar törədir? Azərbaycan hakimiyyətinin də Qarabağda yaranmış vəziyyətə reaksiyasını adekvat saymaq olmaz. Ötən həftə məsələnin prezident İlham Əliyevin yanında müzakirə ediləcəyi gözlənilirdi. Lakin bu, baş verməyib. Digər tərəfdən görünür ki, Azərbaycan ordusunun mövqeləri qarşı tərəfdən təhlükənin və təxribatların açıq-aşkar artmasına baxmayaraq əlavə qüvvələr, o cümlədən hərbi texnika ilə möhkəmləndirilməyib. Əksinə, düşmən tərəfin mövqelərə əlavə qüvvələr, o cümlədən hərbi texnika cəmləşdirdiyi haqda məlumatlar var. Nəticədə, cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan mülki şəxslərin də həyatı üçün təhlükə yaranıb.

Category: Yeni Xəbərlər | Views: 665 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024