Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-30, 17.34MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 9 » 4 milyon dollara Ayda 3 gün qalmaq
4 milyon dollara Ayda 3 gün qalmaq
20.24
ABŞ-ın Delaver Universiteti (University of Delaware) və İtaliyanın paytaxtı Roma şəhərindəki La Sapiens Universitetinin (Universitety La Sapienze) mütəxəssislərinin birgə keçirdiyi tədqiqatın proqnozlarına görə, dünya artıq kosmik turizm erasının astanasındadır. Belə ki, proqnozlara görə, artıq 2010-cu ildən başlayaraq kosmik orbitə kütləvi şəkildə turist putyovkalarının satışı başlanacaqdır.

    «Yaxın Kosmos – Turizm sənayesinin yeni həddi kimi» («Outer Space as a New Frontier for Hospitality and Tourism») adlanan tədqiqat işində o cümlədən bildirilir ki, kosmik turistlər «ekstremal yeni səyahətlərdə» maraqlı olan insanlardan təşkil olunacaqdır.

    Bu zaman potensial kosmik turistin orta yaşı təqribən 55 olacaqdır. Yerin kosmik orbitinə getmək arzusunda olan insanların üçdən ikisi – kişilərdir. Və bu insanların demək olar ki, yarısının çox əla sağlamlıq durumu vardır. Potensial turistlərin 48%-i hər il ərzində bir ay və bir qədər də çox istirahət edirlər. Onların 41%-i daimi iş yerlərində tam iş günü çalışmaqda davam edirlər, yerdə qalanları isə ya artıq işləmirlər, ya da ki, əlavə olaraq işləyirlər.

    Güman eldiyinə görə, 2021-ci il üçün artıq dünyada təqribən 21 min nəfərə yaxın adam kosmik səyahətə getmək həvəsində olacaqdır və bunun üçün də zəruri olan bütün vəsaitlərə malik olacaqlar. Bütün bunların cəmi olaraq isə, biznesin bu növü kosmik turizm uçuşlarının təşkilatçılarına ildə 700 milyon dollar pul gətirə bilər.

    Araşdırmanın nəticələrinə görə, hal-hazırda yalnız çox az arzu edən insan Beynəlxalq Kosmik Stansiyada iki həftəlik qonaq qalmaq üçün 20 milyon dollar həcmində vəsait ödəyə bilmək iqtidarındadır. Ona görə də bundan daha da cəlbedici variant kimi – suborbital kosmik uçuşlar görünür. Belə ki, belə uçuşlarda iştirak etmək üçün lazım olan biletin qiyməti 80 min dollar həndəvərində ola bilər. Müəyyən edildiyinə görə, turistlər artıq 2010-2015-ci illərdə suborbital uçuşlardan istifadə edə biləcəklər. İlk kosmik mehmanxana isə artıq 2025-ci ildə reallığa çevrilə bilər.

    Artıq hal-hazırda Ay səthində ola biləcək mehmanxanaların layihələri hazırdır. Və buradakı mehmanxanaya üç günlük səfərin qiyməti təqribən 4 milyon dollara bərabər olacaq. Maraqlıdır ki, ilk dəfə olaraq bu cür mehmanxana layihəsini 1967-ci ildə məşhur «Hilton Hotels» mehmanxanalar şəbəkəsinin banisi və başçısı Berron Hilton (Barron Hilton) təklif etmişdir.

    Məlum olduğu kimi, ilk kosmik turist – amerikalı Dennis Tito (Dennis Tito) olmuşdur. Belə ki, D.Tito 2001-ci ildə Rusiyaya məxsus olan «Soyuz TM-32» kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur.

    XƏDİCƏ TƏQİZADƏ (www.deyerler.org)
Category: Yeni Xəbərlər | Views: 686 | Added by: patriotka | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024