Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 04.07MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 8 » “Day after day” mahnısına Ukraynada klip çəkilir
“Day after day” mahnısına Ukraynada klip çəkilir
00.11
Azərbaycan təmsilçilərinin “Eurovision-2008” müsabiqəsində ifa edəcəkləri “Day after day” mahnısına Ukraynada klip çəkilir
Azərbaycanı “Eurovision-2008” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadənin müsabiqədə ifa edəcəyi “Day after day” mahnısına Ukraynada klip çəkilir. Bu barədə “Eurovision-2008” müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. Hazırda təmsilçilərin Ukraynada səfərdə olduğunu bildirən A.Kərimli, klip üzərində yerli mütəxəssislərin çalışdığını vurğulayıb: “Elnur və Samir martın 20-də Bakıya qayıdacaqlar. Elə həmin vaxta klip çəkilişləri başa çatacaq. Martın sonlarında isə təmsilçilərin ikinci Avropa turnesi həyata keçiriləcək”. A. Kərimlinin sözlərinə görə, ikinci promo-turne çərçivəsində E. Hüseynov və S. Cavadzadə Malta, Andorra, Rumıniya və Sloveniyada konsert verəcəklər. Bundan sonra isə təmsilçilər üçüncü turneyə hazırlaşacaqlar. Təmsilçilərin üçüncü Avropa turnesi isə aprelin sonları üçün nəzərdə tutulub. İlk turnedən söz açan A. Kərimli, təmsilçilərin Ukrayna, Yunanıstan və Latviyanın şəhərlərində konsert verdiklərini bildirib: “Maraqlıdır ki, ilk dəfə bu müsabiqədə təmsil olunmağımıza baxmayaraq, bütün ölkələr bizim təmsilçiləri yüksək qiymətləndirirdilər. Hətta çıxış etdiyimiz ölkələr Elnur və Samirin səs diapazonuna və ifa edəcəkləri mahnıya heyran qaldıqlarını da etiraf edirdilər”. Qeyd edək ki, təmsilçilər turnelərdə “Eurovision-2008” müsabiqəsində səsləndirəcəkləri sözləri Zəhra Bədəlbəyli, musiqisi isə Gövhər Həsənzadəyə məxsus olan “Day after day” mahnısını ifa edəcəklər.
 
Category: Məşhurlar | Views: 646 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024