Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 13.12MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 4 » YOZEF BLATTER: "FİFA BMT-den DAHA QUDRETLİ TESKİLATDIR"
YOZEF BLATTER: "FİFA BMT-den DAHA QUDRETLİ TESKİLATDIR"
16.35
"Bundan başqa, İspaniyanın bütün klubları Avropa kuboklarından kənarlaşdırıla bilərlər". "APA-Sport" agentliyinin məlumatına görə, bu sözləri FİFA prezidenti Yozef Blatter deyib. Onun sözlərinə görə, İspaniya hökumətinin İdman Şurası (CSD) İspaniya Futbol Federasiyasından (RFEF) təcili prezident seçkisi keçirməyi tələb edib. Baxmayaraq ki, seçki FİFA reqlamentinə əsasən, 2008-ci ilin sonunda baş tutmalıdır. CSD isə federasiyanın yeni prezidentinin Pekin Yay Olimpiya Oyunlarının start götürəcəyi avqustun 8-dək reallaşmasında israrlıdır. Y.Blatter bildirib ki, lazım gələrsə, altı saat ərzində FİFA-nın müvafiq komitəsi təcili iclas keçirərək, İspaniya komandaları haqda diskvalifikasiya qərarı çıxara bilər. O, artıq rəhbərlik etdiyi təşkilatın müxtəlif ölkələrdə milli futbol federasiyalarının işinə müdaxilə faktları ilə qarşılaşdıqlarını vurğulayıb. Misal olaraq, Portuqaliya və Yunanıstan futbol federasiyaları ətrafında baş vermiş olayları xatırladan Y.Blatter hər iki halda problemin FİFA-nın məktubundan sonra qısa müddətdə həllini tapdığını açıqlayıb. O, İspaniyadakı problemin də yoluna qoyulacağına əminlik ifadə edib: "Kiçicik yanğın baş verib. Amma yanğınsöndürənlər hələ lazım deyil. FİFA BMT-yə oxşar təşkilatdır, amma bizim quruma daha çox ölkə daxildir və biz daha qüdrətliyik".
Qeyd edək ki, İspaniya millisi 7 – 29 iyunda Avstriya və İsveçrədə keçiriləcək Avropa çempionatında Yunanıstan, Rusiya və İsveç yığmaları ilə birgə D qrupunda mübarizə aparacaq.
Category: Spor-idman | Views: 659 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024