Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-04-30, 11.47MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 2 » BAKININ MƏRKƏZİNDƏ BİNA UÇDU
BAKININ MƏRKƏZİNDƏ BİNA UÇDU
22.42

Tikinti şirkətinin qəzalı vəziyyətə saldığı evin çökməsi nəticəsində bir nəfər yaralanıb .
Dünən saat 16 radələrində, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 175 ünvanında yerləşən ikimərtəbəli binanın bir hissəsi uçub. Hadisə nəticəsində binanın sakini Nazilə Qasımova xəsarət alıb. Uçqundan dərhal sonra hadisə yerində olub olayın təfərrüatlarını binanın sakinlərindən və şahidlərdən öyrənməyə çalışdıq. Zərərçəkən Nazim İmranov qəza baş verərkən eyvanda olduğunu söylədi.
“Bacım Nazilə eyvanda iş görürdü. Birdən uçqun baş verdi. Mən dəmir borudan tutub özümü saxlaya bilsəm də Nazilə yerə yıxıldı. Ağır vəziyyətdə xəstəxanaya aparılıb. Binanın uçmasının əsas səbəbi isə yaxınlıqda tikilən 20 mərtəbəli binadır. Həmin çoxmərtəbə tikilərkən bizə bildirdilər ki, bu məhəlləni köçürəcəklər. Lakin vədlərinə əməl etmədilər. Yeni bina tikildikcə evimizin divarlarında çatlar əmələ gəldi. Nəticədə də uçqun baş verib. Qorxuruq ki, bina tamamilə uça, biz də altında qalaq”.
Uçan mənzilin sahibi Anar Qasımov həyat yoldaşının təcili yardım xəstəxanasında müalicə olunduğunu söylədi: “Hazırda onun vəziyyəti orta-ağırdır. Binamız yaxınlıqda tikilən çoxmərtəbənin hesabına qəzalı vəziyyətə düşüb. Bina tikildikcə divarlarda çatlar əmələ gəlməyə başladı. Şirkətin rəhbərliyi isə bizim müraciətlərimizə əhəmiyyət vermədi. Mənzil-istismar idarəsinə dəfələrlə müraciət etmişik, amma faydası olmayıb. Hazırda bizim binanın bütün mənzilləri qəzalı şəraitdədir. Tikinti şirkətləri pul verib mənzillərimizi almaq əvəzinə, binamızı uçurmaq qərarına gəliblər”.
Məhəllənin digər sakinləri də binalarının qəzalı vəziyyətə düşməsinə yaxınlıqda tikilən çoxmərtəbənin bais olduğunu söylədilər.
SEVDIMALI_Pervin.

Views: 692 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024