Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 18.39MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 1 » SİMALİ İRLANDİYADA "YASIL GUN"
SİMALİ İRLANDİYADA "YASIL GUN"
01.21

National Trust xeyriyyə cəmiyyəti Şimali İrlandiyada 170 işçisinə cümə günü işə gəlməməyə icazə verib. Amma onlar əvəzində ətraf mühitə xeyir verən iş görməlidirlər. Cəmiyyət "İqlim üçün addım at" adlanan kampaniya ilə işçilərinin karbon tullantısını azaltmağa yardım etmək istəyir. National Trust eləcə də Şimali İrlandiyadakı 260 könüllüsünə müraciət edərək 29 fevralda işə getməməyə və həmin gün ətraf mühitə ziyan vurmayan işlər görməyə çağırıb. Amma sonradan işçilər həmin gün gördükləri işlə bağlı menecerlərinə hesabat təqdim etməlidirlər.

National Trust başqa şirkətlərə də müraciət edərək eyni addımı atmağa çağırıb. Buna baxmayaraq, cəmiyyətin Şimali İrlandiyadakı idarələri 29 fevralda açıq olacaq. Həmin gün işləmək məcburiyyətində olan işçilərə ilin başqa vaxtını "yaşıl günə" həsr etmək icazəsi veriləcək. National Trust tamamilə müstəqil cəmiyyətdir. O, üzvlərdən və ticarət əməliyyatlarından əldə edilən ianə əsasında fəaliyyət göstərir. Hazırda cəmiyyətin 3.5 milyon üzvü və 43 000 könüllüsü var. Cəmiyyətin nəzarətində olan qapalı əmlaklara 12 milyon, açıq havadakı əmlaklara isə təxminən 50 milyon adam baş çəkir. National Trust ölkə boyunca 300 tarixi binanı, bağı və 49 sənaye abidəsini və dəyirmanı qoruyur.
 

Category: Ordan-burdan | Views: 622 | Added by: NEON | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024