Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-13, 16.06MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 29 » "APRELDƏ HƏMSƏDRLƏRİN REGİONA NÖVBƏTİ SƏFƏRİ GÖZLƏNİLİR"
"APRELDƏ HƏMSƏDRLƏRİN REGİONA NÖVBƏTİ SƏFƏRİ GÖZLƏNİLİR"
21.46

İstənilən ikitərəfli görüş bir neçə şərtdən asılıdır. Əvvəla, bununla bağlı təşəbbüs irəli sürülməlidir. İkincisi, Azərbaycan tərəfi belə bir görüşə razılıq verməlidir. Üçüncüsü, görüşün keçirilməsi üçün öncədən məsləhətləşmələr aparılmalıdır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin mümkün ikitərəfli görüşünün keçirilməsinə dair sualı cavablandıran xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, sadalanan bütün şərtlər yerinə yetirildikdən və prezidentin razılığı alındıqdan sonra bu mövzuda danışmaq olar: "Nəzəri olaraq prezidentlərin görüşü istisna edilməməlidir. Hansısa məqamda dövlət başçıları əlbəttə ki, görüşə bilərlər". A.Əzimov əlavə edib ki, aprel ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir.
   Araz Əzimov Ermənistanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsinə dair təklifinə də münasibət bildirib: "Erməni tərəfi durğunluq vəziyyətini nəzərə alaraq suyu bulandırıb öz niyyətinə nail olmaq istəyir. Yəqin ki, bu təklif diqqəti əsas məsələdən yayındırmaq məqsədilə ortaya atılıb". O deyib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları keçmişdə olduğu kimi, müzakirələrin müəyyən mərhələsində iştirak edəcəklər: "Hazırda müzakirələr o mərhələyə gəlib çatmayıb. Hələlik məsələ prinsipial səviyyədə Azərbaycanla Ermənistan arasında müzakirə olunur. Çünki bu münaqişədə konkret fərqləndirici bir hal var ki, bir dövlət başqa bir dövlətin ərazisini işğal edib. Bu işğal faktı Azərbaycanla Ermənistan arasındakı münaqişəni digər münaqişələrdən fərqləndirir". Azərbaycanlı diplomatın sözlərinə görə, ilk növbədə işğal aradan qaldırılmalı, torpaqlar qaytarılmalıdır: "Yalnız bundan sonra hansısa irəliləyişdən söhbət gedə bilər".
   A.Əzimov Azərbaycanın öz sülhməramlılarını Kosovodan çıxarmağa hazırlaşması məsələsinə də toxunub: "Kosovoda vəziyyət kəskin şəkildə dəyişib. NATO və tərəfdaş ölkələrə Kosovoda sülhməramlı əməliyyat keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi müəyyən dərəcədə pozulub. Artıq 1244 saylı qətnamə qəbul edilərkən hökm sürən şərait mövcud deyil. Ona görə də Azərbaycanın bu məsələyə dair mövqeyinə yenidən baxması məntiqi cəhətdən əsaslıdır".
   A.Əzimov rəsmi Bakının bütün mövqeləri, elementləri, maraqları ölçüb-biçdikdən sonra qərar qəbul edəcəyini söyləyib: "Azərbaycan heç də NATO ilə əlaqələrinin səviyyəsini aşağı salmır və qarşılıqlı münasibətləri eyni ruhda, eyni əsaslarda davam etdirmək niyyətindədir. Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçilərinin sayı bu yaxınlarda iki dəfə artırılıb. Hazırda digər sahələrdə də mümkün yardımların edilməsi nəzərdən keçirilir". A.Əzimov Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb.

Views: 666 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024