Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-13, 20.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 29 » Alqış Həsənoğlu "Yeni Azərbaycan" qəzetindən çıxarıldı.
Alqış Həsənoğlu "Yeni Azərbaycan" qəzetindən çıxarıldı.
21.41

"QƏZETİN SON DÖVRLƏRDƏKİ FƏALİYYƏTİ ÖZÜMÜ DƏ QANE ETMİRDİ" "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev (Həsənoğlu) partiyanın İdarə Heyətinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, qərar İdarə Heyətinin dünən keçirilən iclasında qəbul edilib. Məlumatda o da bildirilib ki, qurumun iclasında partiyanın təsisçisi olduğu "Yeni Azərbaycan" qəzetinin fəaliyyəti müzakirə edilib, qəzetin baş redaktoru Alqış Musayevin fəaliyyəti partiya İdarə Heyətinin üzvlərini qane etməyib.
   Alqış Həsənoğlu APA-ya açıqlamasında məlumatı təsdiqləyib və əlavə şərh verməyib. Dünən A.Həsənoğlunun vəzifədən çıxarılmasıyla əlaqədar "Yeni Azərbaycan" qəzetinin redaksiyasında iclas keçirilib.
   İclasda qəzetin kollektivi, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da iştirak edib. "Media forum" saytının məlumatına görə, partiyanın icra katibliyinin rəhbərliyi yeni baş redaktor təyin olunana qədər qəzetin işinə M.Qurbanlının nəzarət edəcəyini bildirib.
   Nəzərə çatdırılıb ki, bu, M.Qurbanlının icra katibinin ideoloji məsələlər üzrə müavini, eyni zamanda partiyada "Yeni Azərbaycan" üzrə kurator olması ilə bağlıdır.
   "Media forum"un əldə etdiyi məlumata görə, yeni baş redaktorun adının açıqlanması gələn həftəyə qala bilər. Hakim partiyaya yaxın şəxslərdən birinin ehtimalına görə, baş redaktor postuna sabiq "Yeni Azərbaycan"çılardan biri gətiriləcək. Bu sırada vaxtilə "Yeni Azərbaycan"da baş redaktor müavini işləmiş İxtiyar Hüseynli ilə Elçin Kazımovun adı xüsusi hallanır. İ.Hüseynli hazırda rəsmi dövlət qəzeti "Azərbaycan"ın siyasət və parlament şöbəsinin müdiri, E.Kazımov isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.
   "Son zamanlar qəzetin fəaliyyəti mənim özümü də qane etmirdi. Bunun da səbəbləri var. Lakin bu səbəblər haqqında geniş danışmaq istəmirəm. Səbəblər arasında məndən asılı olan və olmayanları vardı. Lakin mən əlimdən gələni etməyə çalışırdım". Bu sözləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsindən uzaqlaşdırılan Alqış Həsənoğlu "Trend" agentliyinə açıqlamasında bildirib: "Mən İdarə Heyətinin qərarını normal qarşılayıram. Qəzeti YAP təsis edib və partiyanın mətbuat orqanıdır. Ona görə də, onların qəzetin baş redaktorunu dəyişmək hüquqları var. Qərara hörmətlə yanaşıram".
   YAP Siyasi Şurasının üzvü olan sabiq baş redaktor bildirib ki, vəzifədən çıxarılması siyasi mənsubiyyətinə təsir göstərməyəcək: "Mən Heydər Əliyevçiyəm, prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Mənim YAP sıralarını tərk etmək niyyətim yoxdur və bu, mümkün deyil".
   A.Həsənoğlu bundan sonra necə fəaliyyət göstərəcəyinə dair qərar vermədiyini açıqlayıb: "Vəzifə hər şey demək deyil. Əsas cansağlığıdır. Bu olandan sonra digər məsələləri həll etmək olar".
   Xatırladaq ki, Alqış Həsənoğlu 2000-2005-ci illərdə Milli Məclisin deputatı, 11 il "Yeni Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 
   

Views: 943 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024