Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 20.12MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 28 » AKTYORLARIMIZ DOLANIŞIQ XATİRİNƏ TOYLARDA TAMADALIQ EDİRLƏR .
AKTYORLARIMIZ DOLANIŞIQ XATİRİNƏ TOYLARDA TAMADALIQ EDİRLƏR .
13.50

Rasim Balayev isə oynadığı baş rola görə 2-3 min dollarla kifayətlənməli olur .Milli kinomuzun hazırkı durumu ilə bağlı dəfələrlə yazmışıq. Bildirmişik ki, son illər çəkilən filmlərin kəmiyyəti heç də onların keyfiyyətindən xəbər vermir. Səbəblər isə müxtəlifdir. Sadalayaq, siz də bilin. Yəni rejissor işi, aktyor oyunu və ən əsası, filmə ayrılan maliyyə vəsaiti yaranacaq ekran əsərinin baxımlı olub-olmayacağından xəbər verir. Amma son illər əksər rejissorlar lentə aldıqları filmlərin zəif alınmasının günahını kinostudiyadakı texniki avadanlıqların köhnə olması ilə əlaqələndirirlər.
Heç kimə sirr deyil ki, 90-cı illərin durğunluğu kinomuzdan da yan keçmədi. Bu sahədə yaranan hərc-mərclik, kinostudiyanın bir müddət fəaliyyətini dondurması məcbur etdi ki, aktyorlarımız xarici ölkələrə üz tutsunlar. Son illər çəkilən filmlərin sayı artıb. Çünki Mədəniyyət və Turizm Nazirliyi bu işə qol qoyandan sonra il ərzində ən azı 5-6 film istehsal edilib. Amma bu filmlərdən yalnız biri, ən yaxşı halda isə ikisi ürəkaçan olur. Burada maraqlı məqamlardan biri də odur ki, ərsəyə gələn filmlərə kino mütəxəssisləri rəy vermək istəmir, mətbuatda resenziya ilə çıxış etməkdən çəkinirlər. Ölkə ziyalıları və sənətçiləri deyirlər ki, yerli sənət aləmində pərakəndəlik hökm sürür. Diqqət etsəniz, görərsiniz ki, bu pərakəndəlik kinomuzda da mövcuddur. Şou-biznesimizi Avropa ilə müqayisə edirlər, düşünmürlər ki, orada şərtlər tamam başqadır, müğənnilərin yaradıcılığı toyxanalar üzərində qurulmayıb. Hollivudla Azərbaycan kinosunu müqayisə edəndə isə, görürük ki, onların aktyorları hər hansı bir filmdən 20 milyon dollar qonorar alır. Bəs yaxşı, Rasim Balayevin, Fuad Poladovun, Elmira Şabanovanın həmin o Hollivud ulduzlarından nəyi əskikdir?! Hollivud ulduzları il ərzində 2-3 filmə çəkilir, hər filmdən isə 20 milyon qonorar əldə edir. Bizim aktyorlarımız isə dolanışıq üçün toyxanalarda tamadalıq edirlər...
Xalq artisti Rasim Balayevin fikrincə, kinomuzu Hollivud filmləri ilə müqayisə etmək sadəlövhlükdür. Çünki bizdə çəkilən filmin büdcəsi 100 min dollar olur: “Hollivudda sistem tamam başqadır. Bizim kino sistemimizlə Hollivudu müqayisə etmək qeyri-mümkündür”.
Rasim bəy deyir ki, bizdə şedevr filmin ərsəyə gəlməsi üçün külli miqdarda maliyyə tələb olunur. Amma əsl rejissor azla da qane olmağı bacarmalıdır: “Biz xarici aktyorların çəkildiyi filmərə görə aldıqları pulların məbləğini heç ürəyimizdən keçirmirik. Çünki bizdə bu mexanizm tamam başqa cür qurulub”.
Sən demə, hətta postsovet məkanında aktyorlar üçün yaradılan şərait indikindən heç nə ilə fərqlənmirmiş. Bir sözlə, köhnə hamam, köhnə tas: “Hətta o zamanlar bizim qonorarımız simvolik olub. Təsəvvür edin, mən Nəsimi kimi rola min altı yüz rubl pul aldım. Amma beynəlxalq festivallarda elə bilirdilər ki, “Nəsimi”ni öz şəxsi studiyamda çəkmişəm və bu filmə görə milyonlar qazanmışam”.
Aktyor daha bir maraqlı fakt ortaya qoydu. Dedi ki, Rusiyada aktyorlar baş rola görə 70-80 min dollar qonorar alırlar: “Amma biz baş rola görə 2-3 min dollarla kifayətlənməli oluruq. Kino işçilərimiz hər şeydə əcnəbiləri təqlid edirlər. Amma pulda yox”. “Ərsəyə gələn filmin güclü alınması üçün reJissordan çox şey asılıdır” - deyən R.Balayev rejissorlarımızın az pula yaxşı film çəkdiklərini də söylədi: “Maliyyə nə qədər çox olursa, rejissorun düşüncə qabiliyyəti də genişlənir. Bilirsiniz, kinonun müəllifi rejissordur. Rejissor uğurlu kollektiv yarada bilirsə, bu da onun əməyidir”.
Gələcəyə nikbin baxan aktyor əmindir ki, Azərbaycanı məhz kinolarımızla bütün dünyaya tanıda biləcəyik: “Kinoda itirdiklərimiz çox olub. Amma mənə elə gəlir ki, artıq yavaş-yavaş maliyyə vəsaitini artırırlar. Çox istərdim ki, Azərbaycan həqiqətlərini böyük ustalıqla çəkə bilən rejissorlar yetişsin. Mən deyəndə çoxlarının xoşuna gəlmir. Mədəniyyət və İncəsənət Universitetində aktyorlar hazırlayırlar. Amma baza yoxdur. Bu gün hazırlanan operatorlar yalnız videokamera ilə işləyirlər. Ölkəmizi bütün dünyada tanıtmaq üçün kino əla bir vasitədir”.

Views: 846 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024